“Miqrant artıq riskdir” — ABŞ-də “Green card” dövrü BİTİR!

“Miqrant artıq riskdir” — ABŞ-də “Green card” dövrü BİTİR!
19.12.2025 17:32 Təhlil

ABŞ Daxili Təhlükəsizlik Katibi Kristi Noem sosial mediada ABŞ-nin "green card" lotereyasını dayandırdığını açıqlayıb.


"Braun Universitetində atışma törədən Klaudio Manuel Neves Valente 2017-ci ildə Müxtəliflik Vizası (DV1) immiqrant vizası proqramı çərçivəsində ABŞ-yə daxil olub və sonradan daimi sakin olub", - deyə katib bildirib.

Katib öz paylaşımında bildirib ki, Prezident Trampın göstərişi ilə ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətlərinə (USCIS) ABŞ vətəndaşlarının təhlükəsizliyinə təhdidlərin qarşısını almaq üçün DV1 proqramını dərhal dayandırmaq tapşırılıb.

Maraqlıdır, ABŞ-nin “green card” lotereyasını dayandırması miqrasiya siyasətində hansı strateji dəyişikliyin göstəricisidir?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Tamilla Qulami bildirib ki, ərazisinin ölçüsünə və dövlət gücünə görə dünyanın supergüc dövləti sayılan ABŞ üçün Green Card (xüsusilə Diversity Visa – DV) siyasəti təsadüfi və ya yalnız humanitar addım olmayıb, dövlət maraqları, təhlükəsizlik, iqtisadiyyat və qlobal nüfuzun kəsişməsində formalaşmış strateji alət kimi çıxış edib:


“Böyük gücə malik olan bir dövlət üçün bu siyasətin nəyə xidmət etdiyi sualı yarana bilər. ABŞ üçün Green Card demoqrafik balansın və əmək bazarının təmin edilməsi, eyni zamanda immiqrasiyanın təhlükəsizlik baxımından nəzarət altında saxlanılması baxımından mühüm mexanizm idi. Nə qədər güclü dövlət olursan ol, qeyri-qanuni miqrasiya və qaçaq yollarının qarşısının alınması üçün bu cür proqramlar təhlükəsizlik nöqteyi-nəzərindən daha idarəolunan hesab edilirdi”.

Politoloqun sözlərinə görə, ABŞ Green Card siyasətini təkcə nəzarət mexanizmi kimi deyil, eyni zamanda özünü inkişaf səviyyəsinə görə daha aşağı hesab etdiyi ölkələrin vətəndaşları üçün “ümid yeri” olan bir ölkə kimi təqdim etmək məqsədilə də tətbiq edib:


“Minlərlə Green Card qazanan şəxs öz ölkəsində faktiki olaraq ABŞ-nin qeyri-rəsmi təmsilçisi rolunu oynayırdı. Bu isə diplomatiyanın ən ucuz və eyni zamanda ən effektiv formalarından biri sayılırdı. Üstəlik, Green Card alanlar əsasən alimlərdən və sosial münaqişə yaratmayan insanlardan ibarət olurdu”.

T.Qulami qeyd edib ki, son dövrlərdə ABŞ Daxili Təhlükəsizlik Katibi Kristi Noemin Braun Universitetində baş verən atışma ilə bağlı açıqlamaları və hadisəni törədən şəxsin 2017-ci ildə Müxtəliflik Vizası (DV1) proqramı çərçivəsində ABŞ-yə daxil olması faktının önə çəkilməsi, eləcə də ABŞ Prezidenti Trampın göstərişi ilə ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətlərinə (USCIS) DV1 proqramının dərhal dayandırılması barədə tapşırıq verilməsi Green Card siyasətinin mahiyyətini bir daha ortaya qoyub:

“Bu addım göstərdi ki, Green Card ABŞ üçün sadəcə miqrasiya qapısı deyil, strateji filtr və qlobal təsir alətidir”.

Analitikin fikrincə, ABŞ-nin Green Card lotereyasını dayandırması miqrasiya siyasətində prinsipial və strateji xətt dəyişikliyinin göstəricisidir:

“Bu qərar ABŞ-nin illərdir tətbiq etdiyi bərabər imkanlar və müxtəliflik yanaşmasından uzaqlaşaraq, təhlükəsizlik, nəzarət və utilitar maraqlar üzərində qurulan daha sərt və selektiv immiqrasiya modelinə keçdiyini göstərir. Artıq miqrant potensial töhfə verən fərd kimi deyil, risk faktoru kimi qiymətləndirilir və miqrasiya humanitar kontekstdən çıxarılaraq təhlükəsizlik və fayda əsaslı siyasi qərara çevrilir”.

T.Qulami əlavə edib ki, bu addım eyni zamanda daxili siyasi auditoriyaya hesablanıb və “dövlət vətəndaşın təhlükəsizliyini qoruyur” mesajının gücləndirilməsinə xidmət edir:

“Fərdi bir hadisənin bütöv bir proqramın dayandırılması üçün əsas kimi təqdim edilməsi miqrasiya məsələsində kollektiv risk və kollektiv cəza yanaşmasının ön plana çəkildiyini göstərir. Nəticə etibarilə, bu qərar ABŞ-nin miqrasiya siyasətində daha qapalı, seçici və təhlükəsizlik mərkəzli dövrə daxil olduğunu, eyni zamanda qlobal yumşaq gücünün müəyyən dərəcədə zəifləməsi riskini də özü ilə gətirdiyini deməyə əsas verir”.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
15 JUNE 2026
Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 All News