Makron-Si Cinpin görüşü: Çin vasitəçi rolunda

Makron-Si Cinpin görüşü: Çin vasitəçi rolunda
04.12.2025 16:44 Təhlil

Pekində dövlət səfərində olan Fransa Prezidenti Emmanuel Makronla görüşdə Çin Xalq Respublikasının sədri Si Cinpin bildirib ki, Pekin Ukraynada sülhün əldə edilməsinə yönəlmiş bütün səyləri dəstəkləyir və tərəflərin dialoq və danışıqlar yolu ilə hamı üçün məqbul, ədalətli və davamlı sülh sazişinə nail olacağına ümid edir. Makron isə Çinin xüsusilə Ukrayna müharibəsinin dayandırılması və qlobal ticarət balansının bərpası istiqamətində daha fəal rol oynamasının vacibliyini vurğulayıb.    


Maraqlıdır, Çin Rusiya ilə yaxın münasibətlər fonunda Ukrayna sülh prosesində real vasitəçi rolunu üzərinə götürə bilərmi?   

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi analitik Abutalıb Səmədov xatırladıb ki, Çinin 12 bəndlik sülh planı vaxtilə dəstək tapmamışdı:


"Çin 2023-cü ilin fevralında belə bir vasitəçilik missiyasını öz üzərinə götürməyə cəhd göstərdi və 12 bəndlik sülh sazişi layihəsini təqdim etdi. O dövrdə bu layihəyə ciddi maraq göstərilmədi və bundan sonra Çin, demək olar ki, vasitəçi olmaq fikrindən tamamilə çəkindi və bir daha heç bir təşəbbüslə çıxış etmədi". 

O bildirib ki, Çin Rusiyaya mümkün olan köməyi göstərir. Şimali Koreya qədər açıq dəstək verməsə də, dolaylı şəkildə Rusiyanın hərbi potensialının artırılması üçün xeyli iş görür.

Analitik hesab edir ki, Çin Rusiyaya təsir imkanına malik olsa da...

"Aydın məsələdir ki, Rusiyaya ən çox təsir göstərə bilən dövlətlər sırasında Çin ön sıradadır. Hətta Tramp da Çinin bu prosesdə iştirakını xahiş edir və Rusiyaya müəyyən təsir göstərməsini istəyir.

Ancaq əgər Trampın mövqeyi Putinə bu qədər yaxındırsa, burada Çindən nə kömək gözləmək olar? Təbii ki, Çin də ən azı o qədər Rusiyanın mövqeyini müdafiə edir".

A.Səmədov, həmçinin sülh danışıqlarının Tramp–Putin xətti üzrə formalaşacağı ehtimalını dəyərləndirib:


"Hadisələrin gedişi göstərir ki, sülh danışıqları Trampın birinci variantda təklif etdiyi məsələlər ətrafında gedəcək. Baxmayaraq ki, Avropa buna etiraz edir, baxmayaraq ki, Ukrayna bunu qəbul etmir, son nəticədə Trampın ilk variantda irəli sürdüyü təkliflərin müəyyən qədər kiçik dəyişikliklərlə qəbul olunacağı ehtimalı yüksəkdir. Çünki nə Avropanın, nə də  Ukraynanın buna qarşı durmaq gücü var. Tramp və Putinin mövqeyi demək olar ki, eynidir və Çin lideri də onlarla birlikdə eyni mövqeyi müdafiə edir".

Ekspertin fikrincə, Çin öz strateji maraqlarını üstün tutacaq:

"Makronun səfəri bu mövqeyi dəyişdirə bilməz. Çünki Çinin gələcəkdə Tayvanla bağlı planları var və Rusiyanın Ukraynada öz məqsədinə nail olması Çin hakimiyyətinin də müəyyən imkanlarını artıra bilər. Bu səbəbdən Çin Trampın təklif etdiyi və Putinin qəbul etdiyi sülh variantını dəyişdirmək fikrində ola bilməz və belə bir niyyət də yoxdur".

Şərhçi sonda əlavə edib ki, hamı bu reallığı qəbul etməlidir: sülh danışıqları Trampın təklif etdiyi və Rusiyanın qəbul etdiyi müddəalar ətrafında aparılacaq.   

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Bütün Xəbərlər