KTMT üzvü NATO ölkəsi ilə “qucaqlaşdı” - Moskva təşvişdə…

KTMT üzvü NATO ölkəsi ilə “qucaqlaşdı” - Moskva təşvişdə…
27.02.2026 15:59 Təhlil

Ermənistan və Polşa hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıblar. Sənəd Nikol Paşinyanın Varşavaya səfəri çərçivəsində rəsmiləşdirilib və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü ola-ola, NATO ölkəsi ilə hərbi əməkdaşlıq sazişi imzalaması birmənalı qarşılanmayıb. 

Politoloq Şakir Ağayev mövcud vəziyyəti TodayPress TV-yə şərh edib. 


O qeyd edib ki, Ermənistan məhz 44 günlük müharibədən sonra Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından  (KTMT) uzaqlaşıb:   

"Bəli, əvvəllər Ermənistan təhlükəsizlik məsələlərində əsasən KTMT-yə arxalanırdı. Lakin son illərdə rəsmi İrəvan bu istiqamətdə kursunu dəyişərək daha çox Qərbə yönəlməyə çalışır. Ermənistan tərəfi bunu 44 günlük müharibə dövründə Rusiyanın və KTMT-nin ona yetərincə dəstək verməməsi ilə əsaslandırır. Rusiya və KTMT isə bildirirlər ki, hərbi əməliyyatlar Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisində aparılıb və təşkilatın müdafiə mexanizmi yalnız üzv dövlətin öz ərazisinə hücum olunduqda işə düşür".


Analitik məhz bundan sonra İrəvanla Moskva arasında münasibətlərdə gərginliyin  artmağa başladığını diqqətə çatdırıb:

"Paşinyan həm müharibədəki məğlubiyyətin məsuliyyətini qismən Rusiyanın və KTMT-nin üzərinə yönəltməyə çalışdı, həm də Qərblə inteqrasiya xəttini gücləndirdi və bu siyasəti hazırda da davam etdirir".


Ekspert eyni zamanda vurğulayıb ki, Paşinyan qarşıdan gələn seçkilərdə yenidən baş nazir postu uğrunda mübarizə aparmaq niyyətindədir: 

"Ermənistanın seçkilər ərəfəsində Avropa Birliyinə müraciət edərək kiber təhlükəsizlik və seçki prosesinin qorunması sahəsində dəstək istəməsi də Qərbə siyasi mesaj kimi qiymətləndirilə bilər. Bununla Paşinyan həm Avropaya sadiqliyini nümayiş etdirir, həm də mümkün beynəlxalq dəstəyə ümid edir".


Politoloq, həmçinin xatırladıb ki, Azərbaycanla sülh sazişi paraflanıb və imzalanma mərhələsindədir. Bununla yanaşı, o qeyd edib ki, Ermənistan 44 günlük müharibədə itirdiyi hərbi potensialı bərpa etməyə çalışır və bu məqsədlə Polşa, Fransa və Hindistanla hərbi əməkdaşlığı genişləndirir:

"Bu addımlar həm təhlükəsizlik ehtiyacları ilə, həm də cəmiyyətə “Avropaya inteqrasiya” kursunun davam etdiyini göstərmək məqsədi ilə izah olunur". 

Ş.Ağayev yekun olaraq bildirib ki, proseslərin necə nəticələnəcəyi Ermənistanda keçiriləcək seçkilərin nəticələrindən asılı olacaq. 

Jalə Rövşən

NEWS FEED
15 JUNE 2026
Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 All News