Kreml təhlükəsizliyi gücləndirir: ŞOK! Putinə SUİ-QƏSD iddiası yayıldı

Kreml təhlükəsizliyi gücləndirir: ŞOK! Putinə SUİ-QƏSD iddiası yayıldı
07.01.2026 13:27 Təhlil

Rusiya KİV-lərinin məlumatına görə, Kreml ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib. Tədbirlərin görülmə səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.  

Maraqlıdır, bu, nə ilə bağlı ola bilər? 

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi analitik Abutalıb Səmədov bildirib ki, Rusiya Putinə sui‑qəsd cəhdini gündəmə gətirib:


“Ötən ilin sonunda Rusiya Xarici İşlər Naziri açıqlama verərək bildirdi ki, guya Putinin Novqorod vilayətindəki iqamətgahına dron hücumu edilib və onun öldürülməsinə cəhd göstərilib. Rusiya bu iddianı geniş şəkildə gündəmə gətirdi, hətta ABŞ Prezidenti Donald Tramp da bu addımı pisləyən bəyanat verdi. Belə təəssürat yarandı ki, Rusiya Trampı Putinə qarşı real sui‑qəsd təhlükəsinin mövcud olduğuna inandıra bilib”.

Onun sözlərinə görə, bundan sonra Rusiya tərəfi sülh danışıqlarının davam etməsinin  mənasız olduğunu iddia etdi və Ukraynanı cavab tədbirləri ilə hədələdi. Həmin cavabın hələ verilmədiyi bildirilsə də, onun gözlənildiyi vurğulandı.

“Sonradan aparılan dəqiqləşdirmələr isə göstərdi ki, Rusiya bu hücumla bağlı məsələni şişirdib və ya uydurub. Ukraynanın Putinin iqamətgahına hücum etmək və onu öldürmək planı olmayıb. Bu barədə Tramp da sonradan açıq şəkildə danışıb”, - analitik qeyd edib.

Ekspertin qənaətincə, Kreml yaxşı qorunur, xəbərlər şişirdilib:


“Buna baxmayaraq, həm Rusiyada, həm də dünyada bir çox insan bu prosesləri diqqətlə izləyir. İlkin versiyanı gücləndirmək məqsədilə indi guya Kreml və onun ətrafında təhlükəsizlik tədbirlərinin artırıldığı barədə məlumatlar yayılır. Halbuki Kreml və ətrafı onsuz da ciddi şəkildə qorunur və əlavə gücləndirməyə real ehtiyac yoxdur”.

A.Səmədovun fikrincə, Rusiya hücum iddialarını şişirdir: 

“Guya Novqorod bölgəsində Putinin iqamətgahına hücum edilibsə və onu orada öldürə  bilməyiblərsə, Kremldə bunu edə biləcəkləri fikri irəli sürülür. Bütün bu addımlar prosesi müşahidə edənləri çaşdırmağa yönəlib. Rusiya rəhbərliyinin yalan danışdığını isə prosesi yaxından izləyənlər yaxşı bilir. Buna baxmayaraq, bəzi böyük dövlətlər hələ də Ukraynanın Putini öldürməyə cəhd göstərdiyi versiyasını qəbul edir”.

Analitik son olaraq əlavə edib ki, Rusiya yalanları gücləndirərək Ukraynanı təzyiq altında saxlayır:

“Əsas məqsəd əvvəllər dövriyyəyə buraxılmış yalanı davam etdirmək, onu gücləndirmək və Ukraynanı təzyiq altında saxlamaqdır. Əslində isə bu iki dövlət arasında sülhə kimin daha çox mane olduğunu müəyyənləşdirmək istəsək, ilk növbədə Rusiyanın addımlarına baxmaq lazımdır. Mövcud vəziyyət Moskvanın bu istəklərini reallaşdırmaq üçün informasiya mühitindən istifadə etdiyini göstərir”.

 Jalə Rövşən

TodayPress TV

NEWS FEED
30 JULY 2026
“Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Ermənilərin qara siyahıya saldığı, son nəfəsinə qədər Azərbaycanı sevən amerikalı - Tomas Qolst 13:46 Paşinya Rusiya-Ermənistan əlaqələrindən danışdı: Bizimlə münasibətləri ya eksklüziv görür, ya da ümumiyyətlə görmürlər 13:38 “Bornmut”un əsas qol silahı uzun müddət oynamayacaq 13:34 “Baş nazirin xanımı zorakılığın qurbanı olsa...” - Anna Hakobyan təhdidlərdən danışdı 13:31 Ançelottidən Neymar etirafı: Məni yalnız bu əsəbiləşdirdi 13:26 Rusiya təyyarəsi vuruldu, səfir öldürüldü – Baş nazirin dəhşətli əmri 13:21 Avropa İnfantinoya qarşı birləşir – yeni namizəd bəlli oldu 13:17 Stress onu buna vadar edib: Oyun öncəsi siqaret çəkirdi 13:03 Karyerasını təhlükəyə atan addımlar: Tennisçiyə ağır sanksiya 13:00 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi 12:56 Nolanın "The Odyssey"i tarix yazdı 12:54 Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq 12:53 All News