Japarov Qırğızıstanı TÜRKLƏŞDİRİR: rus adları dəyişdirilir...

Japarov Qırğızıstanı TÜRKLƏŞDİRİR: rus adları dəyişdirilir...
14.04.2026 17:45 Təhlil

Qırğızıstan  Prezidenti Sadır Japarov  Oş vilayətinin Alay rayonunda yerli sakinlərlə görüşü zamanı  bütün kənd və yaşayış məntəqələrinin adlarının Qırğız dilində dəyişdiriləcəyini açıqlayıb. O, prosesin 2027-ci ilin sonuna qədər tamamlanacağını vurğulayıb. Bu bəyanat Rusiya mediasında geniş rezonans doğursa da, əslində uzun illər davam edən ruslaşdırma siyasətinə qarşı atılan addımların təbii davamıdır.

Ruslaşdırma siyasəti Qırğız torpaqlarında XIX əsrin ikinci yarısından başlayıb. Rus imperiyası 1876-cı ildə bölgəni tam nəzarətə aldıqdan sonra yerli toponimləri, coğrafi adları sistemli şəkildə dəyişdirməyə başladı. Məqsəd təbii ki,  sadəcə idarəetmə deyil, xalqın tarixi yaddaşını silmək, onu rus mədəniyyətinə inteqrasiya etmək idi. Sovet dövründə isə bu proses daha da dərinləşdi. 1920-1930-cu illərdə Stalin rejimi “beynəlmiləlçilik” adı altında ruslaşdırmanı gücləndirdi. Kəndlər, rayonlar və küçələr Lenin, Marx, Komsomol, Sverdlov, Frunze kimi rus və sovet liderlərinin adları ilə əvəz olundu. Məsələn, paytaxt Bişkek 1926-cı ildən 1991-ci ilə qədər Frunze adlandı, bir çox kənd isə “Bolshevik”, “Novodonetskoye”, “Semyonov” kimi rus mənşəli adlar aldı. Soyadlara da -ov, -ova suffiksləri məcburi əlavə edildi ki, yerli əhali ruslaşdırılsın. Nəticədə Qırğız  dili idarəetmə, təhsil və rəsmi sənədlərdə ikinci plana keçdi, xüsusilə şimal bölgələrində və paytaxtda Qırğız dili azlıqda qaldı.

Müstəqillik əldə edildikdən sonra, 1991-ci ildə  bu miras yavaş-yavaş aradan qaldırılmağa başladı. Bu  2021-ci ildən, Sadır Japarovun prezidentliyi dövründə daha geniş vüsət alamağa başladı. 2021-2025-ci illər ərzində 15-dən çox kəndin adı dəyişdirildi. Semyonovka Kojoyar-Ata, Tashtak Malkaldy, Bolshevik Bayaly Isakeyev, Novodonetskoye isə Aitmatov adını aldı. 2025-ci ildə ölkənin üçüncü böyük şəhəri Celalabad Manas olaraq dəyişdirildi. Bu dəyişikliklər yalnız ad dəyişdirmək deyil, həm də milli kimliyin bərpası idi. Prezident hökumət rəsmilərinin Qırğız dilini bilməsini məcburi edən qanun imzaladı, soyadlarda  rus suffikslərinin atılmasına icazə verdi və Sovet dövrü adlarının qaytarılmasına qarşı mübarizə apardı.

Bu proses təkcə Qırğızıstan  xas deyil. Qazaxıstan, Özbəkistan və digər Orta Asiya ölkələrində də oxşar de-rusifikasiya dalğası gedir. Amma Qırğızıstanda Japarovun rəhbərliyi ilə daha sistemli və sürətli şəkildə həyata keçirilir. Rus mediası bunu “anti-rus siyasəti” kimi təqdim etsə də, əslində söhbət tarixi ədalətin bərpasından, xalqın öz adlarını, dilini və mədəniyyətini geri qaytarmağından gedir.

Nəticədə, Qırğız  xalqının bu addımı bütün türk xalqları üçün böyük əhəmiyyət kəsb edir. Türkçülük və milliləşmə ideyası – yəni öz dilini, adlarını, tarixini qorumaq və gücləndirmək – türk dünyasının hər bir ölkəsi üçün vacibdir. Azərbaycandan Türkiyəyə, Qazaxıstandan Türkmənistana qədər bütün türk xalqları bir vaxtlar imperiya təzyiqi altında oxşar assimilyasiya siyasəti ilə üzləşib.

Bu gün də qloballaşma və xarici təsirlər qarşısında milli kimliyi qorumaq üçün dil siyasəti, toponimika və mədəni özünəqayıdış ən güclü vasitədir.  Qırğızıstanın bu mübarizəsi göstərir ki, milliləşmə sadəcə keçmişə qayıdış deyil, gələcəyin təminatıdır. Türk xalqları bir-birindən öyrənərək, öz milli şüurunu gücləndirərək daha güclü, daha birləşmiş və daha müstəqil ola bilər. Bu, türk dünyasının ortaq taleyidir.

Jalə Rövşən

NEWS FEED
15 JUNE 2026
Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 All News