Qərbi Azərbaycan seçkilərdə kimi seçir? -İNFOQRAFİKA

Qərbi Azərbaycan seçkilərdə kimi seçir? -İNFOQRAFİKA
04.06.2026 14:05 Təhlil

Ermənistanda seçki mühiti  qütbləşmiş vəziyyətdədir. Siyasi səhnənin bir tərəfində Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyası dayanır. Bu siyasi qüvvə Qərblə, xüsusilə Avropa İttifaqı və ABŞ-la inteqrasiyanı, demokratik institutların gücləndirilməsini və Azərbaycanla sülh müqaviləsinin imzalanmasını əsas prioritet kimi təqdim edir. Digər tərəfdə isə Robert Köçəryanın liderlik etdiyi “Ermənistan” alyansı və ona yaxın mühafizəkar, revanşist qüvvələr yer alır. Onların kampaniyası əsasən təhlükəsizlik məsələləri, Rusiyayla strateji tərəfdaşlığın qorunması və sülh prosesinə ehtiyatlı yanaşma üzərində qurulub.  


Azərbaycanın  tarixi torpaqları – İrəvan, Sünik, Geğarkunik və digər bölgələr – bu gün Ermənistanın müxtəlif inzibati mərzləri kimi fəaliyyət göstərir. Həmin ərazilərdə seçici davranışı isə eyni deyil və regiondan-regiona ciddi şəkildə fərqlənir.

Paytaxt İrəvan Paşinyanın siyasi dayağı hesab olunur. Şəhərin daha çox urban və gənc elektoratı “sülh və modernləşmə” tezislərinə müsbət yanaşır, Qərbə inteqrasiyanı isə ölkənin inkişafı üçün vacib istiqamət kimi görür.

Buna qarşılıq olaraq, Sünik, Vayots Dzor və Geğarkunik kimi sərhəd bölgələrində təhlükəsizlik məsələləri seçicilərin gündəliyində daha ön sıradadır. Azərbaycanla birbaşa təmas xəttinə yaxın olan bu regionlarda sülh prosesi  potensial risk kimi qəbul edilir. Məhz buna görə də müxalifət və revanşist qüvvələr burada paytaxtla müqayisədə daha güclü dəstəyə malikdir.

Qarabağdan köç etmiş seçicilərin məskunlaşdığı ərazilərdə də hakimiyyətə qarşı narazılıq daha açıq hiss olunur. Bu amil müxalifət bloklarının həmin seçici qrupları arasında daha çox səs toplamasına şərait yaradır.

Eyni zamanda, seçicilərin təxminən 20-25 faizinin hələ də qərarsız olması və ya səsverməyə maraq göstərməməsi seçkinin yekun nəticələrini proqnozlaşdırmağı çətinləşdirir. Bu amil kampaniyanın son mərhələsini xüsusilə vacib edir.

Nəzərə alaq ki, seçki prosesi  Rusiya ilə Qərb arasında Ermənistan üzərində təsir uğrunda gedən geosiyasi mübarizənin kölgəsində keçirilir. Bu baxımdan, qarşıdurma ölkənin gələcək xarici-siyasi istiqamətini formalaşdıracaq.

Erməni seçicisinin qarşısında duran əsas sual budur: Sülhün gətirdiyi  iqtisadi imkanlara üstünlük vermək, yoxsa ənənəvi  modelə sadiq qalmaq?

Bu səbəbdən qarşıdan gələn seçkilər bir növ “sülh və modernləşmə” ilə “təhlükəsizlik və revanşizm” arasında seçim olacaq. Maraqlıdır ki, Azərbaycanın tarixi torpaqlarıda məskunlaşan əhali arasında məhz sülh gündəliyinə qarşı müqavimət daha güclü görünür və həmin ərazilər müxalifətin əsas dayaq nöqtələridir.

Qeyd edək ki, Ermənistanda Parlament seçkiləri iyunun 7-də keçiriləcək. Nəticələr Azərbaycan-Ermənistan münasibətlərinin gələcək istiqaməti, sülh müqaviləsinin hüquqi müstəvidə tamamlanması və regionda uzunmüddətli sabitliyin formalaşması baxımından səbirsizliklə gözlənilir.  

Jalə Rövşən

XƏBƏR LENTİ
16 IYUN 2026
ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 Bütün Xəbərlər