Gümrüdə gözlənilməz hərbi hərəkətlilik: İl-76 təyyarələri niyə geri döndü?

Gümrüdə gözlənilməz hərbi hərəkətlilik: İl-76 təyyarələri niyə geri döndü?
09.12.2025 14:51 Təhlil

Erməni KİV-də əks olunan məlumatlara görə, uzun fasilədən sonra bu gecə iki ədəd İl76 yük təyyarəsi Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci bazaya enib.


Maraqlıdır, Rusiya Ermənistana yenidən təchizat göndərməyə başlayıb?

Sözügedən məsələni TodayPress TV-yə şərh edən politoloq Rəşad Bayramov bildirib ki, Rusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazasında qeydə alınan aktivlik, o cümlədən iki İl-76 tipli hərbi-nəqliyyat təyyarəsinin uzun fasilədən sonra bazaya enməsi, regionda geosiyasi vəziyyətin yeni mərhələyə keçdiyini göstərən mühüm siqnallardan biri kimi qəbul oluna bilər.


Onun sözlərinə görə, rəsmi məlumatların açıqlanmaması və təyyarələrin hansı yükləri daşıdığı barədə informasiyanın verilməməsi hadisəni daha da diqqətəlayiq edir və müxtəlif ehtimalların yaranmasına səbəb olur:

“Birincisi, bu proses Rusiyanın bölgədə hərbi mövcudluğunu yenidən gücləndirmək niyyəti ilə bağlıdır. Ermənistan–Rusiya münasibətlərində ciddi soyuqluğun müşahidə edildiyi, Ermənistanın Qərblə yaxınlaşması fonunda KTMT-dən faktiki uzaqlaşması və Rusiya hərbi kontingentinə qarşı artan ictimai narazılıq Moskvanı narahat edən əsas amillərdəndir. Bu kontekstdə Gümrü bazasının təchizatının artırılması Rusiya üçün həm simvolik, həm də praktiki əhəmiyyət daşıyır. Kreml beləliklə göstərir ki, Cənubi Qafqazda mövqelərini itirmək niyyətində deyil və regionda güc balansının dəyişməsi halında reaksiya vermək imkanlarını qoruyur.

İkincisi, baş verənlər daxili siyasi proseslərlə əlaqəli ola bilər. Ermənistan hakimiyyəti ilə Moskva arasında yaranmış etimad böhranı fonunda Rusiya öz hərbi iştirakını müəyyən dərəcədə “təzyiq rıçağı” kimi istifadə edə bilər. Bu, xüsusilə Ermənistanın növbəti siyasi mərhələyə – seçkilərə yaxınlaşdığı dövrdə daha aktualdır. Gümrü bazasında müşahidə edilən aktivlik eyni zamanda ölkə daxilində Rusiyaya yaxın olan dairələrə dəstək siqnalı kimi də qiymətləndirilə bilər.

Üçüncü ehtimal isə sırf texniki xarakter daşıyır. Yəni proses hərbi bazanın dövri təchizatı və ya sistemlərin yenilənməsinin bir hissəsi ola bilər. Adətən hərbi bazalar müəyyən fasilələrlə sursat, ehtiyat hissələri, texnika və personal rotasiyası alırlar. Lakin bu dəfə təchizatın uzun fasilədən sonra həyata keçirilməsi və məlumatların məhz indi KİV-lərin diqqətinə düşməsi, təbii olaraq, əlavə suallar doğurur”.

Ekspertin sözlərinə görə, ümumilikdə Gümrü bazasına edilən son təchizat uçuşları regionda vəziyyətin yenidən gərginləşməsi anlamına gəlmir. Bununla belə, baş verənlər Rusiyanın Cənubi Qafqazda öz mövqelərini qorumağa çalışdığını açıq şəkildə nümayiş etdirir:


“Bu hadisə həm regional güc balansını anlamaq baxımından, həm də Ermənistan–Rusiya münasibətlərinin gələcək trayektoriyasını qiymətləndirmək üçün mühüm göstəricidir”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
02 AVQUST 2026
Peruda turist təyyarəsi qəzaya uğradı: Ölənlər var 01:37 Tramp "51-ci ştat" paylaşımını təkrarladı 01:05 Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı apardı 00:47 "Hürmüzdəki insidentlər İrana hücum bəhanəsidir" – Tehran rəsmi mövqeyini açıqladı 00:29 Fransada meşə yanğınları nəzarət altına alındı - Baş nazir 00:04 ABŞ-nin sabiq diplomatı xəbərdarlıq etdi: Tramp İrana qarşı hansı addımı atacaq? 23:43 "Patriot" raketləri anbarlarda qalmamalıdır - Zelenskidən Qərbə açıq çağırış 23:24 13 yaşlı futbolçu faciəvi şəkildə həlak oldu 23:09 Keçmiş kənd təsərrüfatı naziri vəfat etdi 22:59 FIFA prezidentinin yerinə kim gələcək? - UEFA-nın diqqətində iki namizəd var 22:55 Rusiyanın mərkəzində restoranda PARTLAYIŞ - Ölən və yaralananlar var 22:40 "Sabah" hücum xəttini ingilis klubunun futbolçusu ilə möhkəmləndirdi 22:30 Kiyevdə dəhşətli zərbə - raket zavodları hədəfə alındı 22:07 İtaliyada son 40 ilin ən güclü zəlzələsi - Xəsarət alanlar var 21:46 Miqrasiya böhranı böyüyür - İrlandiya TƏCİLİ iclas çağırdı 21:58 ABŞ-dən 50 ölkə üçün yeni viza qərarı: 20 min dollar ödəməli olacaqlar 21:44 İsrail ordusu ən yüksək hazırlıq vəziyyətinə gətirildi 21:30 İlham Əliyevdən Nəriman Həsənzadənin ölümü ilə bağlı paylaşım 21:22 İraq İordaniyaya girəcək - TƏCİLİ xəbərdarlıq edildi 21:12 Tofiq Musayev UFC-də qələbə qazandı 20:54 Bu ölkələr vətəndaşlarını dərhal İrandan çıxmağa çağırdı - TƏCİLİ 20:33 İran Yaxın Şərqi təhdid etdi - VİDEO 20:28 Bu gün bəzi ölkələrdə normal həyatın son gecəsi olacaq - İrandan XƏBƏRDARLIQ 20:23 İspaniya Avropa İttifaqı ölkələrini “eqoistlik”də günahlandırdı 19:59 SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu 19:46 Bütün Xəbərlər