İranın hücumlarının arxasında BU ÖLKƏ dayanır - SENSASİON AÇIQLAMA

İranın hücumlarının arxasında BU ÖLKƏ dayanır - SENSASİON AÇIQLAMA
11.03.2026 16:19 Təhlil

Martın 8-də Rusiyanın İsfahandakı konsulluq binasına hücum olub. Həmçinin Rusiya Prezidenti Vladimir Putinlə iranlı həmkarı Məsud Pezeşkian arasında təcili telefon danışığı baş tutub.   

Maraqlıdır, Putin Rusiyanı İsrail-İran-ABŞ müharibəsinə sövq edə bilərmi? 

Sözügedən mövzunu politoloq Əli Mustafa TodayPress TV-yə şərh edib. 


O bildirib ki, Rusiya ilə İranın münasibətləri hər zaman yaxşı olub və hazırda da bu dostluq və əməkdaşlıq davam edir. 

“Həm Rusiya rəsmilərinin, həm də İran tərəfdən verilən açıqlamalardan görünür ki, onlar əməkdaşlıqlarını və dostluqlarını qoruyurlar”.

Politoloq hesab edir ki, Rusiya İsrail-İran-ABŞ qarşıdurmasına gizli dəstək verir:


"İsfahanda Rusiya səfirliyinə edilən hücum və Prezident Pezeşkianla Putin arasındakı danışıqlar göstərir ki, Rusiya və İran arasında kommunikasiya mövcuddur. Hətta Rusiya prezidenti humanitar yardıma görə təşəkkür alıb və əlaqələr qorunub saxlanılır. Beləliklə, ehtimal etmək olar ki, Rusiya bir formada İsrail-İran-ABŞ qarşıdurmasını dəstəkləyir. Bu dəstək açıq formada görünmür, amma mümkündür ki, kosmik kəşfiyyat sahəsində və bəzi sursat təminatları ilə əməkdaşlıq edilir". 

Politoloq diqqətə çatdırıb ki,  Rusiya ilə İran arasında 500 milyon dollarlıq bir saziş imzalanmışdı və bu saziş çərçivəsində Rusiya İranı hava hücumundan müdafiə sistemləri ilə təmin etməli idi. Hazırda müharibə bu əməkdaşlıqda müəyyən pauza yarada bilər, amma savaşdan sonra İrandakı siyasi sistem dəyişməsə, əməkdaşlığın davam edəcəyi ehtimal olunur.

"Mən Rusiyanın açıq şəkildə bu müharibəyə müdaxilə edəcəyini real hesab etmirəm. Birincisi, Rusiyanın indiki resursları buna imkan vermir. Özü də Ukrayna savaşı Rusiya üçün ağır yükdür: 1000 kilometrdən çox cəbhə xətti, milyonlarla dollar xərclər, çoxlu silah və canlı itkilər. Bu şəraitdə Rusiyanın İrana açıq leqal dəstək verməsi real deyil", - analitik əlavə edib. 

Ə.Mustafa onu da vurğulayıb ki, Rusiya, faktiki olaraq, İrana müəyyən  köməklər göstərə bilər, çünki İran da ona həmişə dəstək olub və Rusiya da bunun əvəzini çıxmalıdır. Amma bu, rəsmi, yəni de-yure şəkildə olmayacaq. 


“Üstəlik, başqa ciddi bir məsələ var: Rusiya Amerika ilə münasibətlərini pozmaq istəmir. Rusiyanın diplomatiyasının əsas məqsədi ABŞ-ni Ukrayna müharibəsindən kənarda saxlamaqdır. Əgər Rusiya İrana açıq şəkildə dəstək verərsə, bu, ABŞ-nin müdaxiləsini şərtləndirə bilər. Bu səbəbdən düşünürəm ki, Putin İran münaqişəsinə açıq şəkildə qoşulmayacaq. Amma ehtimal olunur ki, ABŞ-nin diqqətindən kənar, gizli formada müəyyən dəstək göstərə bilər. Bu dəstəyin çox əhəmiyyətli olacağını gözləməsək də, İran raketlərinin Körfəz ölkələrinə, ABŞ bazalarına və İsrailə endirdiyi dəqiq zərbələrin arxasında Rusiyanın kəşfiyyat dəstəyinin olması ehtimalı gündəmdədir", - ekspert fikrini sonlandırıb.  

Qeyd dək ki, ABŞ və İsrail fevralın 28-dən etibarən İrana qarşı hərbi müdaxiləyə başlayıblar.  

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
31 JULY 2026
Xamenei haradadır? - MKİ və MOSSAD Xameneinin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 50 yaşdan sonra sümükləri qorumaq üçün bu 6 qidanı rasionunuza əlavə edin 10:13 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Azərbaycan nefti bahalaşdı 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Azərbaycan və Qırğızıstan yeni iş yerləri açacaq 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər 09:39 İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu -VİDEO 09:35 Lamin Yamalın ekstravaqant görünüşünün sirri açıqlandı 09:27 Futbolda yeni qarşıdurma: UEFA-nın dünya çempionatı planı üzə çıxdı 09:24 Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib 09:17 Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib 09:16 “Brent” neftinin qiyməti açıqlandı 09:10 All News