İranda kim uduzdu, kim uddu, peşmanı kim olacaq?

İranda  kim uduzdu, kim uddu, peşmanı kim olacaq?
16.06.2026 14:29 Təhlil

İranın müharibədən qalib çıxdığı barədə İran dairələrinin, o cümlədən bəzi azərbaycanlı ekspertlərin səsləndirdiyi fikirlər müəyyən suallar yaradır. Doğrudur, Tehran rejimi çökmədi və ABŞ ilə əldə olunan çərçivə razılaşmasından sonra özünü qalib kimi təqdim etməyə çalışır.

İran bu qarşıdurmaya qədər region boyunca qurduğu təsir şəbəkəsinə arxalanırdı. Livandan Qəzzaya, İraqdan Suriyaya qədər uzanan bu sistem Tehranın əsas strateji üstünlüyü sayılırdı. İndi həmin şəbəkənin əvvəlki gücündən danışmaq olmur. "Hizbullah" ağır itkilər verib, digər müttəfiq qrupların imkanları da xeyli məhdudlaşıb. Nəticədə İran uzun illər istifadə etdiyi təhlükəsizlik buferinin əhəmiyyətli hissəsini itirib.

Hərbi sahədə də vəziyyət ürəkaçan deyil. Nüvə və raket proqramlarına vurulan zərbələr illərlə ayrılan resursların bir hissəsini faktiki olaraq puça çıxarıb. Hörmüz boğazı üzərində əvvəlki təsir imkanlarının zəifləməsi də Tehranın əlini xeyli zəiflədir.

Ən ağır yük isə iqtisadiyyatın üzərinə düşür. Müharibənin və sanksiyaların yaratdığı təzyiq onsuz da problemlərlə üzləşən iqtisadiyyatı daha da çıxılmaz vəziyyətə salıb. İnflyasiya, işsizlik və əhalinin həyat səviyyəsindəki geriləmə hakimiyyət üçün hərbi meydandakı risklərdən heç də az təhlükə yaratmır. İran iqtisadiyyatını xilas etmək üçün təcili nağd pul və investisiyaya ehtiyac duyduğu halda, qərb ona "damcı-damcı" vəsait buraxacaq. Bu mexanizm İran rejiminin iqtisadi ipini tamamilə Vaşinqtonun əlinə verir. Ticarət tərəfdaşları və xarici şirkətlər "sanksiyaların hər an geri qayıda biləcəyi" qorxusu ilə İrana böyük investisiyalar qoymaqdan çəkinəcəklər.

Bu memorandum İran üçün hərbi zərbələrdən yayınmaq və rejimin fiziki mövcudluğunu qorumaq üçün imzalanmış məcburi geri çəkilmə aktıdır. İran rejiminin regional təsir rıçaqları (nüvə, raket, boğaz və proksilər) əlindən alınır, qarşılığında isə yalnız iqtisadi cəhətdən "boğulmamaq" üçün minimum şərait yaradılır. Sənəd strateji baxımdan tamamilə İranın ziyanınadır.

Ona görə də İranın bu prosesdən qalib çıxdığını iddia etmək yersizdir.

Jalə Rövşən 

NEWS FEED
16 JUNE 2026
"İkinci mərhələ daha çətin olacaq" - Çin XİN rəhbəri xəbərdarlıq etdi 18:46 "Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqibi bəlli oldu 19:11 Ceyhun Bayramov Türk İnvestisiya Fondunun prezidenti ilə görüşdü 18:58 “Qafqaz Qartalı - 2026” təliminin açılış mərasimi keçirildi 18:40 Böyük Britaniya və Aİ arasında ikinci sammit - Tarix açıqlandı 18:36 "Sabah"ın Çempionlar Liqasındakı rəqibi bəlli oldu 18:17 Tarixi imzanın yeri məlum oldu - İsveçrədən rəsmi açıqlama 18:11 Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanladı 17:58 Zelenski Putinin təklifini rədd etdi - görüş ancaq bu şərtlərlə olacaq 17:57 ACR: Modulyarlığın zirvəsi və qəbul olunmayan gələcək 17:47 Paşinyan: "Bütün diqqətimiz Azərbaycandadır" 17:41 Milli Məclisin növbəti iclasının gündəliyinə 14 məsələ daxil edildi 17:33 DİM: Xaricdə təhsil almış 16 nəfərin peşəsi tanınıb 17:15 Bəzi rayonlara dolu düşəcək, külək güclənəcək - XƏBƏRDARLIQ 17:07 Bakıda bu qurumların iş saatı DƏYİŞDİRİLİR: Payızdan yeni iş rejimi 16:55 İki körpəsini öldürən ana: “Ərim qız uşağı istəmirdi” 16:45 Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşdü 16:37 Sürücünü radarlar arasında da izləyən qurğu Azərbaycana gətirilir - İDDİA 16:25 Prezident Niderlandın Baş naziri ilə telefon danışığı apardı 16:13 Fransa Seneqalla, Argentina Əlcəzairlə qarşılaşacaq 16:07 Pensiyalar rayonlarda bu tarixdə ödəniləcək 15:52 Rusiya imperiyasının çöküşü başlandı: Ermənistan belə hörmətsizlik etdi 15:51 AZAL bu istiqamətdə ilk uçuşunu həyata keçirdi 15:39 Aylar sonra ilk dəfə - Zelenski və Tramp görüşdü 15:35 Medina “Qarabağ”dan getdi 15:30 All News