İranda “Hollivud filmi” kimi əməliyyat – ABŞ pilotlarını necə xilas etdi?

İranda “Hollivud filmi” kimi əməliyyat – ABŞ pilotlarını necə xilas etdi?
06.04.2026 16:14 Təhlil

Bir neçə gün öncə İran üzərində ABŞ-yə məxsus “F-15 Eagle” qırıcısının vurulması fonunda pilotlardan biri Xuzistan, digəri isə İsfahan yaxınlığında yerə endi. ABŞ qüvvələri isə pilotların tapılması üçün helikopterlər, pilotsuz uçuş aparatları və digər vasitələrlə xilasetmə əməliyyatı həyata keçirdilər.


Maraqlıdır, əməliyyatın nəticələri çox müzakirələrə səbəb oldu. Əsas sual isə budur: Hansı hərbi yeniliklərlə yadda qaldı? 

Nəzərə almaq lazımdır ki, İsfahan İranın nüvə proqramının ürəyidir. Bir pilotun xilası üçün ölkənin 300 km dərinliyinə helikopterlər və PUA-larla girmək hərbi baxımdan çox risklidir. Müzakirə olunan digər mövzular —  "uranın oğurlanması" və ya "materialların ələ keçirilməsi" tezisləri də kifayət qədər məntiqlidir. Çünki xilasetmə əməliyyatı adı altında xüsusi təyinatlılar nüvə obyektlərinin mühafizə sistemini barədə yaxından məlumat toplaya bilərlər. 

Bu əməliyyat, həmçinin İrana göstərdi ki, onun hava məkanı hələ də özünün ixtiyarında deyil. İran bu sızmadan sonra İsfahan və ətrafındakı strateji obyektlərin mühafizəsini SEPAH-ın xüsusi qanadlarına həvalə edə bilər.


ABŞ pilotlarını xilas etdi, indi isə əməliyyatın məlumatları əsasında "İranın dərinliklərində 3-4 günlük quru əməliyyatı keçirmək mümkündürmü?" sualına cavab axtarır.

Müzakirələri göstərir ki, heç kim bu əməliyyatların "xilasetmə" məqsədli olduğuna inanmır. Bu, "nüvə obyektlərinə birbaşa müdaxilənin" ilk praktiki sınağı idi. Əgər doğrudan da uran materiallarının sızdırılması baş veribsə, bu, yaxın günlərdə diplomatik masada və ya yeni hərbi zərbələrdə özünü göstərəcək.

Qiymət Mahir

NEWS FEED
15 JUNE 2026
"Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib 23:03 All News