İqtisadi, siyasi və strateji addım: Suriyaya təbii qaz tədarükü ölkəyə nə vəd edir?

İqtisadi, siyasi və strateji addım: Suriyaya təbii qaz tədarükü ölkəyə nə vəd edir?
25.07.2025 18:00 Təhlil

“Azərbaycanın avqustun 1-dən etibarən Türkiyə ərazisi vasitəsilə Suriyaya təbii qaz tədarükünə başlaması təkcə iqtisadi deyil, həm də siyasi əhəmiyyət daşıyan strateji addımdır”. 

İqtisadçı-ekspert Elman Sadıqov bunu TodayPress TV-yə danışarkən bildirib. 

Onun sözlərinə görə, bu qərar, enerji ixracatçısı kimi Azərbaycanın regional rolu ilə yanaşı, daha geniş geosiyasi kontekstdə də qiymətləndirilməlidir.

“Azərbaycan qaz ixracı baxımından bazar problemi yaşamır, əksinə ona tələbat kifayət qədər yüksəkdir. Lakin Suriyaya qaz ixracı ilk növbədə siyasi sabitlik və regional təhlükəsizliyə yönəlmiş bir addımdır. Suriyada yeni formalaşan hökumətin ən çətin dövrünü yaşadığı bir vaxtda Azərbaycan tərəfindən göstərilən bu dəstək ölkənin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq. Eyni zamanda Suriyanın Azərbaycanın yaxın strateji tərəfdaşı və qardaş dövləti olan Türkiyənin sərhəd qonşusu olması da məsələnin geosiyasi önəmini artırır. Rəsmi Ankaranın Suriyanın parçalanmaması və vahid dövlət olaraq mövcudluğunu qorumasında maraqlı olduğu bir dönəmdə, Azərbaycanın bu istiqamətdə atdığı addımlar Türkiyə ilə strateji həmrəyliyin təzahürü kimi də dəyərləndirilə bilər”. 

Məsələyə iqtisadi aspektdən yanaşdıqda isə ekspert bildirir ki, Suriya gələcəkdə neft-qaz hasilatı və ixracı üçün ciddi potensiala malikdir. Hazırda zəngin enerji ehtiyatları olan bu ölkədə stabillik bərqərar olacağı təqdirdə, Azərbaycanın SOCAR kimi təcrübəli dövlət şirkəti vasitəsilə bu bazarda iştirak etməsi mümkün olacaq. Artıq SOCAR tərəfindən müəyyən ilkin razılaşmaların əldə edilməsi bu istiqamətdə mühüm bir siqnaldır.

“İxrac olunan qaz bu gün üçün iqtisadi mənfəət gətirsə də, əsl məqsəd uzunmüddətli strateji mövqe qazanmaqdır. Gələcəkdə Suriyanın enerji sektorunun bərpasında iştirak, qaz və neftin çıxarılması, bölgüsü və beynəlxalq bazarlara ixracı kimi proseslərdə yer almaq Azərbaycanın həm iqtisadi, həm də siyasi qazancını artıracaq”.

Bununla belə, iqtisadçı mövcud risklərə də diqqət çəkərək vurğulayıb ki, Suriyada hələ də müxtəlif etnik, dini və tayfa əsaslı qarşıdurmalar qalır. Bu səbəbdən, iqtisadi imkanlar geniş olsa da, siyasi sabitlik təmin edilmədən bu imkanlardan tam yararlanmaq çətin olacaq. 

E.Sadıqovun qənaətincə, əgər Suriya bütövlüyünü və daxili sabitliyini bərpa edə bilsə, Azərbaycan bu prosesdə həm siyasi vasitəçi, həm də iqtisadi tərəfdaş kimi aparıcı rol oynaya bilər. Lakin bunun üçün beynəlxalq birlik tərəfindən Suriyanın parçalanmasına çalışan qüvvələrə qarşı sistemli dəstək vacibdir.

Töhfə Səməd

FOTOLAR

İqtisadi, siyasi və strateji addım: Suriyaya təbii qaz tədarükü ölkəyə nə vəd edir? — 1
XƏBƏR LENTİ
31 IYUL 2026
Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Bütün Xəbərlər