İran və İsrail atəşkəsi: “Taktiki fasilə”, yoxsa…

İran və İsrail atəşkəsi: “Taktiki fasilə”, yoxsa…
07.07.2025 17:43 Təhlil

“İran və İsrail arasındakı 12 günlük müharibənin ABŞ Prezidenti Donald Tramp tərəfindən dayandırılması məcburi xarakter daşıdı. Tərəflər Trampın təklifini məcbur qəbul etdilər”. 

Politoloq Azər Qasımov bunu TodayPress TV-yə açıqlamasında deyib.

O xatırladıb ki, tərəflər qələbəyə yaxın olduğunu hiss etsə də, hər iki tərəfdə ciddi müdafiə problemləri ortaya çıxıb: 

“İran hava məkanına nəzarəti tamam itirmiş, ölkə daxilində kəşfiyyatın zəifliyi üzə çıxmışdı. Ölkədə hərbi rəhbərliyə qarşı sui-qəsdlər törədilmişdi. Ölkə faktiki olaraq başsız qalmış, İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin belə yeri və ya sağ olduğu bəlli deyildi. İsrail hava məkanı da İran raketləri qarşısında çox böyük zəifliklərlə qarşılaşmışdı. Ona görə hər iki tərəfə atəşkəs lazım idi. Görünən odur ki, tərəflər bu zəifliklərini aradan qaldırılması yolları ilə məşğuldurlar. Amma İranın Rusiya və Çindən silah alması üçün illər lazımdır”.

Ekspertə hesab edir ki, "taktiki fasilə" İsrailə yarayacaq: 

“İsrail ABŞ-dən "B2" “xəyalət təyyarəsi” və dərinlik bombası olan "GBU-57" almaq üzrədir. Bu dəfə baş verəcək müharibənin daha dağıdıcı olacağı ehtimalı böyükdür. İsrail əldə etdiyi üstünlüyü əldən vermək istəməz. İsrailin hücum paketində hələ hansı sürprizlər var, bunu yalnız proseslər göstərəcək”. 

Qeyd edək ki, ekspertlərin fikrincə, 12 günlük qarşıdurmadan sonra əldə İsrail və İran arasında olunan atəşkəs sülh yox, sadəcə “taktiki fasilə”dir. 

Hesab olunur ki, İran bu dövrdə nüvə strategiyasını yenidən gözdən keçirir, hipersonik raket və dron hücumlarına hazırlaşır, Rusiyadan S-400, Su-35 və Çindən J-10/J-20 döyüş təyyarələri almaq istəyir, Uran ehtiyatını gizli bölgələrə daşıyır. İsrail isə regiondakı hərbi üstünlüyünü qorumağa çalışır.

Qiymət Mahir

FOTOLAR

İran və İsrail atəşkəsi: “Taktiki fasilə”, yoxsa… — 1
XƏBƏR LENTİ
18 IYUN 2026
Moskvada azərbaycanlıların işlədiyi bazara pua hücumu - GÖRÜNTÜLƏR 12:07 Brejnevin nəticəsi Ukraynada əsir düşdü 11:57 Ukraynadan misli görünməmiş PUA hücumu - Moskva alovlar içində - VİDEO 11:47 Sabah ölkə üzrə pensiyalar ödəniləcək 11:39 Almaniya SSRİ-ni meydandan sildi - Sanki Hitler Stalinə qarşı çıxmışdı və bu dəfə qalib idi 11:21 Ermənistanın ən cinayətkar adamı: Azərbaycan və ölkəsini yağmalayaraq milyonçu, sonra prezident oldu 11:20 I və IV qrupların nəticələri bu tarixdə elan ediləcək 11:37 Prezident Beynəlxalq Sammitin iştirakçılarına müraciət ünvanladı 11:09 İki liderin görüşündə maraqlı hadisə - Bricit Makronun Trampla mübarizəsi - VİDEO 11:03 Qeydiyyatda olan işsizlərin sayı açıqlandı 10:46 Neft Emalı Zavodundakı yanğın söndürüldü - YENİLƏNDİ 09:23 "Real" Entso Fernandeslə razılığa gəldi 10:36 Azərbaycan neftinin bu günə olan QİYMƏTİ açıqlandı 10:27 33 illik qaçış Frankfurtda bitdi! Elşən Şamilov Azərbaycana ekstradisiya olundu 10:11 Prezident: Biz infrastruktura çox böyük sərmayələr yatırırıq 10:06 Prezident Bakıdan bəyan etdi: Biz o ölkələrə kömək etdik! 09:54 Prezident ölkənin qlobal uğurlarından danışdı 09:52 Prezidentdən dünyaya mesaj: Biz artıq sadəcə regional oyunçu deyilik! 09:34 İlham Əliyev: Siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır 09:26 Prezident: Azərbaycanın sabit, uğurlu inkişafı var 09:21 Moskva vuruldu, azərbaycanlı milyarderin obyektinə zərər dəydi 09:09 İlham Əliyev mühüm tədbirdə çıxış edir - CANLI 09:05 İrandan sinsi plan: Hörmüzdəki dumanı Zəngəzura daşımağa başlayırlar 08:57 Memorandumun imzalandı - ABŞ və İran arasında müharibə bitdi? 08:50 Moskva hədəfdə: Dronlar neft zavodunu vurdu - VİDEO 08:44 Bütün Xəbərlər