Moskva hədəfdə: Dronlar neft zavodunu vurdu - VİDEO

Moskva hədəfdə: Dronlar neft zavodunu vurdu - VİDEO
18.06.2026 08:44 Dünya

Ukrayna Silahlı Qüvvələri 18 iyun səhər saatlarında Rusiyanın paytaxtı Moskva və ətrafına növbəti dron hücumu həyata keçirib.

TodayPress TV xəbər verir ki, Rusiya mənbələrinin məlumatına görə, paytaxt istiqamətində çoxsaylı pilotsuz uçuş aparatları aşkarlanıb və hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.

Buna baxmayaraq, Kapotnya rayonunda yerləşən Moskva Neft Emalı Zavodu yenidən zərbə alıb. Bildirilir ki, bir neçə dron zavodun anbar çənlərinə dəyib. Sosial şəbəkələrdə yayılan görüntülərdə partlayışın gücü nəticəsində çən qapağının yüzlərlə metr hündürlüyə qalxdığı əks olunub. Hadisədən sonra ərazidə güclü yanğın baş verib.

Moskva meri Sergey Sobyanin obyektə ziyan dəydiyini təsdiqləyib. Bu, iyunun 16-da eyni zavoda edilən hücumdan sonra ikinci belə hadisədir.

Hücum fonunda Moskvanın Vnukovo və Domodedovo da daxil olmaqla bir neçə hava limanında uçuşlar müvəqqəti dayandırılıb. Daha sonra reyslərin bərpa olunduğu bildirilib.

Rusiya Müdafiə Nazirliyi və yerli hakimiyyət orqanları hadisə ilə bağlı itkilər barədə məlumat verməyib.

Türkan İsgəndərli

TodayPress TV


XƏBƏR LENTİ
03 AVQUST 2026
Susuzluğu hansı daha yaxşı yatırır? Qarpız və çiyələk müqayisə edildi 00:17 Bu əşyaları uzadıcıya taxmayın! Yanğın baş verə bilər 23:51 İtaliyada nəhəng yayın balıqları ekosistemi təhlükə altına saldı 23:30 2000-ci illərin mətbəx dəbi yenidən qayıdır - Amma bu dəfə fərqli görünüşdə 23:23 Pişiyiniz siz evdə olmayanda nə edir? - Mütəxəssislər açıqladı 23:18 “Hörümçək-adam” rekordu toruna saldı: 167 milyon dollar 23:09 “Dünyanın ən bahalı buz kubu”nun sirri: Onu niyə ABŞ-a gətirdilər? 00:09 İsrailin qorxduğu ssenari üzə çıxdı: 7 oktyabr təkrarlana bilər 00:04 Sumqayıtda 4 avtomobil bir-biri çırpıldı 23:55 Tramp İsraili qəzəbləndirdi - İstədiyini etmədi 23:45 Saakaşvilidən maraqlı müqayisə: “Mən Odisseyəm, onlar isə…” 23:36 Ağdamda güclü yanğın başladı - VİDEO 22:59 ABŞ “Patriot”ların sirrini Ukraynaya açacaq 22:51 Başına 5 milyon dollar qoyulan kartel lideri saxlanıldı 22:30 Pakistanda polis bölməsinin yanında dəhşətli partlayış: 14 ölü, 20 yaralı 21:55 Dənizdə boğulan üç nəfər son anda xilas edildi 21:30 İran və Oman Hörmüz üçün hərəkətə keçdi 21:05 Küləkli havada dənizdə üzən gəncin meyiti tapıldı 20:39 Gürcüstan ABŞ-dən addım gözləyir 20:12 Vətən müharibəsindən bəhs edən filmin ilk görüntüləri - VİDEO 19:55 FİFA bu şəxsə 30 milyon dollar maaş vermək istəyir 19:36 İranın “kölgədə qalan” generalı üzə çıxdı - İsraildən maraqlı DETALLAR 19:10 Yanğın söndürməyə gedən helikopterlər toqquşdu - VİDEO 18:53 Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ! 18:43 Putinin generalına sui-qəsd cəhdi - DETALLAR - FOTO 18:22 Bütün Xəbərlər