İran üçün "İNTİHAR" SSENARİSİ: Türkiyədəki NATO bazaları hədəf alınsa…

İran üçün "İNTİHAR" SSENARİSİ: Türkiyədəki NATO bazaları hədəf alınsa…
03.03.2026 16:03 Təhlil

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazının bağlandığını və bu strateji dəniz yolundan keçməyə cəhd edəcək gəmi və tankerlerin vurulacağını açıqlayıb.

"Al Jazeera"nin məlumatına görə, Hörmüz boğazı beynəlxalq dəniz nəqliyyatı üçün bağlanıb və keçid etməyə çalışacaq hər bir gəmi hədəf alınacaq.  


Bəs ABŞ və müttəfiqlərinin buna cavabı necə olacaq? 

Türkiyə Hörmüz böhranında balans siyasətini qoruyaraq vasitəçi rolunu gücləndirə biləcəkmi, yoxsa NATO öhdəlikləri və enerji təhlükəsizliyi riski Ankaranı daha açıq mövqe tutmağa məcbur edəcək?   

Sözügedən məsələni türkiyəli politoloq İsmail Cingöz TodayPress TV-yə şərh edib. 


Ekspert hesab edir ki, beynəlxalq hüquq baxımından İranın boğazı tamamilə bağlamaq səlahiyyəti yoxdur:

 "İranın öz müstəsna iqtisadi zonası və ərazi suları daxilində müəyyən məhdudiyyətlər tətbiq etmək hüququ mövcuddur. Hörmüz boğazının eni təxminən 51 kilometrdir. İran ərazi sularından kənardakı sahələri bağlamasa belə, dəniz dibinin quruluşuna görə (İran tərəfi daha dərin olduğundan) iri tonnajlı gəmilər faktiki olaraq İran sularından keçməyə məcbur qalırlar". 

İQTİSADİ BÖHRAN RİSKİ VƏ TÜRKİYƏNİN MÖVQEYİ


Analitik diqqətə çatdırıb ki, Hörmüz boğazında dəniz nəqliyyatının dayanması, başda Çin və Yaponiya olmaqla, Asiya-Sakit okean regionu ölkələrinə və qlobal enerji bazarına ciddi mənfi təsir göstərə bilər. Bu isə neft qiymətlərinin artmasına və qlobal iqtisadi böhran riskinin yüksəlməsinə səbəb ola bilər.

Politoloq Türkiyədə yerləşən Amerika hərbi obyektlərinin birbaşa ABŞ bazaları deyil, NATO statuslu obyektlər olduğunu vurğulayıb. Əlavə edib ki, İranın bu bazalara zərbə endirməsi faktiki olaraq bütün NATO ölkələrini qarşısına alması deməkdir: 


"Bu İran üçün son dərəcə ağır nəticələr doğura bilər. Türkiyə isə prosesin əvvəlindən etibarən vasitəçilik mövqeyi tutaraq tərəfləri təmkinə və dialoqa çağırır". 

GƏLƏCƏK SSENARİLƏR

Ekspert onu da qeyd edib ki, əgər yeni dini lider “Vilayəti-Fəqih” statusu ilə cihad elan edərsə, bu qərar Amerikadan Avstraliyaya qədər uzanan şiə icmalarını hərəkətə gətirə və genişmiqyaslı xaosa səbəb ola bilər.

"İranın hərbi gücü ABŞ ilə birbaşa müqayisə ediləcək səviyyədə olmasa da, əlindəki strateji alətlər – xüsusilə Hörmüz boğazı və regiondakı ABŞ bazalarına təsir imkanları – Vaşinqtonu da ehtiyatlı davranmağa məcbur edir. Yaxın günlərdə tərəflərin itki olmadan orta yol taparaq atəşkəs prosesinə başlama ehtimalı istisna edilmir", - politoloq fikrini sonlandırıb. 

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 All News