İran TƏSLİM OLMUR: “Bu ölkələr gizli dəstək verir” – ŞƏRH

İran TƏSLİM OLMUR: “Bu ölkələr gizli dəstək verir” – ŞƏRH
14.03.2026 17:25 Təhlil

2025-ci ildə baş verən və cəmi 12 gün davam edən İsrail-İran müharibəsi İranın hərbi və siyasi resurslarının tez tükənəcəyi barədə təsəvvür yaratmışdı.


2026-cı il fevralın 28-də başlayan İsrail-İran-ABŞ müharibəsi isə bu təsəvvürü dağıtdı.

Maraqlıdır, bu iki dövr arasındakı müddətdə nə dəyişdi?  

Məsələ ilə bağlı TodayPress TV-yə danışan Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) funksioneri Əli Orucov bildirib ki, ABŞ-İsrail koalisiyasının İrana qarşı apardığı müharibədən 15 gün keçməsinə baxmayaraq, tərəflər qarşıya qoyulan hədəflərə tam nail ola bilməyiblər:


“Doğrudur, rejim ağır və böyük itkilərə məruz qalıb, müqavimət gücü xeyli zəifləyib, ancaq buna rəğmən, Tehran hələ də dirəniş göstərir və müəyyən təzyiq imkanlarını qoruyub saxlayır. Xüsusilə Hörmüz boğazını bağlamaqla dünya iqtisadiyyatında təlatümlər yaratması və Birləşmiş Ştatların Körfəzdəki müttəfiqlərinə zərbələr endirməsi gözlənilməz nəticələrə yol açdı. Ötənilki 12 günlük müharibədə ABŞ-nin məqsədi Tehranı istənilən güzəştlərə məcbur etmək və danışıqlar prosesini asanlaşdırmaq idi, lakin bu, baş vermədi. Digər tərəfdən, o zaman İranın tərəfdaşları olan Rusiya və Çin prosesdə aktiv rol oynamırdılar. İndiki müharibədə isə Moskva və Pekin, inkar etsələr belə, hibrid formada prosesin iştirakçısıdırlar. Onlar Tehrana kəşfiyyat, informasiya, texniki və digər mühüm dəstəklər verirlər. İranın raket və dronlarının rəqib hədəflərini dəqiqliklə vurması məhz bu dövlətlərin yardımı ilə əlaqələndirilir. Vaşinqtonun bu günlərdə İrana kömək edən ölkələri açıq şəkildə hədələməsi də təsadüfi deyil”. 

Analitik izah edib ki, dünyanın qütbləşməsinə çalışan və bu istiqamətdə inamlı addımlar atan Çin Rusiya ilə birlikdə ABŞ-nin İranda daha çox itkiyə məruz qalmasında maraqlıdır: 


“Tehranın budəfəki müharibə taktikası daha çox iqtisadi müstəviyə və qlobal enerji zəncirinin qırılmasına əsaslanır. Rusiya yaranmış fürsətdən maksimum yararlanmağa, Çin isə Ağ Evdən müəyyən güzəştlər qoparmağa can atır. Bu səbəbdən onlar İrana dəstəklərini açıq və ya gizli şəkildə davam etdirəcəklər ki, bu da Tehranın özünü hələ də inamlı hiss etməsinə şərait yaradır. Onu da qeyd etmək lazımdır ki, İrana nəzarətin itirilməsi dünya iqtisadiyyatının və qlobal nəqliyyat dəhlizlərinin tamamilə Birləşmiş Ştatların inhisarına keçməsi deməkdir. Rejimə dəstək verən güclər heç zaman bununla razılaşmayacaqlar. Bu isə o deməkdir ki, müharibə hələ uzun müddət davam edə bilər”. 

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
30 JULY 2026
Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 All News