İran qarışıb, hakimiyyət çöküb - Prezidenti divara sıxıblar, SEPAH sərhəd tanımır

İran qarışıb, hakimiyyət çöküb - Prezidenti divara sıxıblar, SEPAH sərhəd tanımır
02.06.2026 10:39 Təhlil

"İran Prezidenti Məsud Pezeşkianın SEPAH-ın ölkəyə tam nəzarəti ələ keçirməsi səbəbindən dini liderə istefa ərizəsi təqdim etdiyinə dair məlumat rəsmi şəkildə təkzib edilsə də, İrandakı mövcud vəziyyət fonunda bunun baş verdiyi ehtimalı yüksəkdir. Sabiq ali dini rəhbər Əli Xameneinin öldürülməsindən sonra İran idarəetməsi böhranla üzləşib, xüsusilə SEPAH-ın bütün sferalarda qərarverici səlahiyyəti de-fakto ələ alması ziddiyyətləri dərinləşdirir".

TodayPress TV xəbər verir ki, bunu politoloq Asif Nərimanlı bildirib.


Onun fikrincə, bu ziddiyyətlərin ortasında Pezeşkianın qalması da səbəbsiz deyil və məsələ təkcə onun daxili və xarici siyasətdə praqmatizmə yaxın loyal yanaşmasının radikal xətlə kəsişməsi deyil, ümumiyyətlə prezident postunda olmasıdır:

"Pezeşkianın prezidentlik yolunun açılması Əli Xameneinin planı idi: azərbaycanlıların dəstəyini qazanmaq və etnik qruplara mərkəzi hakimiyyətə yüksəlmək imkanını göstərmək; daxili qarşıdurmada mühafizəkarlara “ağa”nın kim olduğu dərsini vermək və s. Radikal xətt Pezeşkianı əvvəldən süngü ilə qarşılayırdı, onun Xameneinin sağlığında istefa vermək istəyi də bundan qaynaqlanırdı. Lakin keçmiş dini liderin dövründə Pezeşkiana SEPAH-la mübarizə imkanları tanınsa da, indi vəziyyət daha mürəkkəbdir".

Analitik hesab edir ki, mövcud ziddiyyətlər fonunda Pezeşkianın prezident postunda qalması təkcə onun praqmatik yanaşması ilə izah olunmur, həm də ümumilikdə prezident institutunun mövcudluğu ilə bağlıdır.

Onun iddiasına görə, hazırda “yeni dini lider faktiki olaraq yoxa çıxıb” və Müctəba Xameneinin təlimatlarının kuryerlər vasitəsilə çatdırıldığı bildirilir. Bu isə, qərarvermə mexanizmini zəiflədir:

"Müctəbanı dini lider postuna gətirən SEPAH-ın ölkəyə tam nəzarəti ələ almasına şərait yaradan məqamlardan biri də budur. “Keşikçilər”in daha öncədən planlaşdırdıqları post-Xamenei dövründə nəzarəti tam ələ keçirmək prosesi müharibənin başlanması ilə sürətləndi. Bu vəziyyətdə işləmək Pezeşkian üçün çətindir".

Politoloq əlavə edib ki, SEPAH-ın post-Xamenei dövrü üçün əvvəlcədən planlar qurduğu və müharibə şəraitinin bu prosesləri sürətləndirdiyi iddia olunur:

"Mövcud şərtlərdə “daxili çatları” ört-basdır etmək üçün Pezeşkianı istefa məsələsini təxirə salmağa və səlahiyyətlərindən istifadədə reallıqla barışmağa məcbur edəcəklər, hərçənd, ziddiyyətlərin kəskinləşəcəyi, azərbaycanlı prezidentin postunu vaxtından əvvəl tərk edəcəyi ehtimalı getdikcə artır. ABŞ ilə atəşkəs və müharibə arasındakı qeyri-müəyyən vəziyyət də İranda daxili ziddiyyətləri – idarəetmə uğrundakı mübarizəni kəskinləşdirəcək. Mübarizənin qalibi SEPAH-dır, lakin o da aydın görünür ki, “keşikçilər”in tam nəzarət etdiyi İranın radikal xətti ön plana çıxacaq və bu, təkcə ölkənin yox, bütün regionun təhlükəsizliyinə risklər vəd edir".

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
30 JULY 2026
Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 All News