İran ABŞ silahlarının yerini necə əli ilə qoymuş kimi tapır?

İran ABŞ silahlarının yerini necə  əli ilə qoymuş kimi tapır?
20.07.2026 11:03 Təhlil

Yüzlərlə ABŞ hərbçisinin və onlarla qırıcı təyyarənin İrana qarşı hücumlar həyata keçirdiyi İordaniyadakı Müvəffəq Salti Hava Bazasına İranın zərbəsi nəticəsində Amerikanın pilotlu təyyarələri və pilotsuz uçuş aparatları vuruldu.

İlk hesabatlara görə, ən azı 2 birbaşa zərbə təsdiqlənib, 2 ABŞ əsgəri həlak olub, biri isə itkin düşüb.

ABŞ mövqelərinin belə dəqiqliklə vurulması Qərbi ciddi narahat edir. Qərb İran raketlərinin dəqiqliyi qarşısında heyrət içindədir.

Çünki bu, İranın artıq ABŞ bazalarının daxili planına və dəqiq koordinatlarına sahib olduğunu göstərir.

Bəs İran bu koordinatları necə bu qədər dəqiqliklə əldə edir?

İran üçüncü nəsil "Beidou" hədəfləmə sistemindən istifadə edir. "Beidou" GPS-in Çin alternativi olan qlobal mövqeləndirmə peyk sistemidir. Bu texnoloji sıçrayışın arxasında, təbii ki, "Beidou" peyk sistemi və Pekindən alınan müasir kəşfiyyat peykləri dayanır. Çin və Rusiyanın bu cür texnoloji dəstəyi ABŞ-nin regiondakı ənənəvi üstünlüyünü sıfırlamağa xidmət edir.

İran bu templə davam edərsə və Körfəzdəki, eləcə də İordaniyadakı digər bazaları da vurub sıradan çıxararsa, ABŞ-nin regionda hərbi aviasiyasını yerləşdirməsi böyük problemə çevriləcək. Qarşıda cəmi iki variant qalır: İsrail və Türkiyə.

Lakin hər iki yol risklidir. ABŞ qırıcılarını İsrailə cəmləşdirsə, bu, İsraili İran raketlərinin birbaşa və kütləvi hədəfinə çevirəcək. Regional logistika üçün ən ideal variant olan Türkiyə isə indiki şəraitdə ABŞ-yə, necə deyərlər, "öz günahını da verməz".

Vaşinqtonun illərdir Ankaraya tətbiq etdiyi sanksiyalar və iki NATO müttəfiqi arasındakı gərginlik indi ABŞ-yə özünə baha başa gəlir. Ağ Ev İrana qarşı irimiqyaslı müharibə planları qurmazdan çox əvvəl Türkiyə ilə münasibətlərini qaydasına salmalı idi. Lakin görünən odur ki, artıq gecikiblər. Vaşinqton indi Yaxın Şərqdə həm logistik, həm də strateji baxımdan sıxışdırılır.

Jalə Rövşən

NEWS FEED
21 JULY 2026
Türkiyə rəsmən elan etdi: S-400-ləri satır 13:05 Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü oldu 13:02 "Bibi"dən sonra Bakı Tel-Əviv ilə necə dolanacaq? 12:54 İran ABŞ-nin strateji hərbi bazasını vurdu 12:48 Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi - YENİLƏNDİ 11:45 Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə birgə bəyannamə imzalanacaq 12:40 Sabahın havası açıqlandı - Neçə dərəcə istilik olacaq? 12:27 BMT Ermənistanı biabır etdi - Həbslərə görə hesabat istədi 11:59 İlham Əliyevin Almaniyada qarşılanma mərasimi oldu - VİDEO 12:02 Almaniyanın yeni səfiri Bakıdadır - FOTOLAR 11:48 15 milyardlıq nəhəng maliyyə: Qazaxıstan Çinlə ittifaqa gedir 11:46 TƏCİLİ! Ukraynanın taxıl koridoru DAYANDI: Qlobal treyderlər çəkildi, gəmilər imtina edir 11:38 Əliyev-Ştaynmayer görüşünə hazırlıq aparılır - VİDEO 11:34 Əsgər üçün aparılan ərzaq niyə qəbul edilmir? - RƏSMİ 11:30 YAXIN ŞƏRQDƏ BOĞAZLAR MÜHARİBƏSİ– "Hörmüz"dən sonra "Bab əl-Məndəb" qapandı! 11:24 Xankəndidə səyyar ASAN xidmət təşkil olundu 11:22 Futbol tarixində yeni era: Futuristik şəhərdə dünyanın ilk "səma stadionu" tikiləcək - VİDEO 11:13 Erməni ailələri qərar verdi: Ağ bayraqla Həkəri çayına gəlirlər 11:10 Prezident Belçika Kralını təbrik etdi 11:04 Məşhur müğənni klip çəkilişində gərgin anlar yaşadı 11:02 "Putin küncə sıxılıb..." - NATO-nun Şərq cinahına QORXULU XƏBƏRDARLIQ 10:59 Boşanma nisbəti ümumi nikahların 53,5%-nə çatdı 10:54 İsrail kəşfiyyatından şok iddia: İran minlərlə sentrifuqanı dağların altına köçürdü 10:50 Momeni: "Əlaqələrin açarı Pakistanın əlindədir" 10:39 Zahid Oruc: ” Azərbaycan xalqı etnik, dini və regional fərqlərdən asılı olmayaraq” 10:39 All News