İki gün əvvəl Trampa qısqanıb Çinin gəmisini bombaladı - Putin Pekinə "əğyar" kimi endi

İki gün əvvəl Trampa qısqanıb Çinin gəmisini bombaladı - Putin Pekinə "əğyar" kimi endi
20.05.2026 15:27 Təhlil

Rusiya Prezidenti Vladimir Putin 25-ci dəfə Çinə səfər etdi. Bu səfər həm də Rusiya–Çin arasında imzalanmış 25 illik strateji əməkdaşlıq müqaviləsinin yubileyinə təsadüf edir.  “Limitsiz dostluq” mesajı bir daha təkrarlandı və Trampdan sonrakı dövrdə Çin diplomatiyasının necə balans saxladığı yenidən diqqət mərkəzinə düşdü.

Putinin təyyarəsi Pekin vaxtı ilə saat 23:30-da paytaxta enəndə qırmızı xalça, fəxri qarovul və bayraq yelləyən uşaqlar artıq hazır vəziyyətdə idi. Sosial şəbəkələrdə "zarafat maşını" isə dərhal hərəkətə keçdi: “Trampdan sonra sevgini yoxlayır”, “qısqanc sevgili effekti” kimi zarafatlar sürətlə yayıldı. Çünki adətən bu saatlarda "qonaq" qarşılamırlar. 

Müqayisələr də gecikmədi. Trampı əvvəlki səfərlərində daha aşağı səviyyəli rəsmilər qarşılamışdı, Putini isə Çin Xarici İşlər Naziri Wang Yi şəxsən özü qarşıladı. Sosial mediada bununla bağlı “Trampa janitor, Putinə Politbüro”, “birinə metal pilləkən, digərinə qırmızı xalça” kimi ironik paylaşımlar viral oldu.

Səfərdən cəmi bir gün əvvəl isə diqqətçəkən başqa hadisə yaşanmışdı. Qara dənizdə Rusiyaya məxsus dron Çin yük gəmisi “KSL Deyang”ı vurdu. Hadisənin zamanlaması o qədər uğursuz idi ki, sosial mediada təəccüb reaksiyaları yayıldı. Ukraynalılar da fürsəti qaçırmayaraq “Terrible mistake?” zarafatını gündəmə daşıdılar. Çin tərəfi isə mövzunu  sakit şəkildə keçdi.

Səfərin ən emosional anı isə Putinin 2000-ci ildə Beihai Parkında 12 yaşlı Peng Pai ilə çəkilmiş köhnə fotosunun yenidən gündəmə gəlməsi idi.  Hazırda 38 yaşlı mühəndis olan Peng Pai, 26 ildən sonra Putinlə yenidən görüşdü. Həmin görüntülər Çin sosial mediasında ən çox paylaşılan və bəyənilən kadrlardan birinə çevrildi. 

Pekin də səfərə xüsusi hazırlıq görmüşdü. Şəhər “Zone-2” təhlükəsizlik rejiminə keçdi, yollar bağlandı, hava məkanı qismən məhdudlaşdırıldı, təhlükəsizlik tədbirləri maksimum səviyyəyə çatdırıldı. Sosial mediada zarafatla “Bütün Pekin Putin üçün dondurulub” deyənlər də oldu.

Putin öz zirehli “Aurus” limuzinlərini əvvəlcədən Çinə göndərmişdi. Təyyarənin yalnız Rusiya və Çin hava məkanından istifadə etməsi də diqqət çəkən təhlükəsizlik detalları arasında idi.

Nəticədə səfər  strateji birlik nümayişi ilə yadda qaldı. İki ölkə arasında ticarət dövriyyəsi artıq 200 milyard dolları keçib. Enerji layihələri, Ukrayna müharibəsi və İran məsələsi masada idi.  

Jalə Rövşən 

NEWS FEED
15 JUNE 2026
Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 All News