Zəfər paradı – Azərbaycanın hərbi qüdrətinin və milli qürurunun nümayişi

Zəfər paradı – Azərbaycanın hərbi qüdrətinin və milli qürurunun nümayişi
12.11.2025 16:00 Təhlil

"8 Noyabr Zəfər Günü münasibətilə keçirilən hərbi parad indiyə qədər Azərbaycanda baş tutan hərbi paradlar arasında ən möhtəşəm və ən yadda qalan tədbirlərdən biri idi".

Bunu TodayPress TV -yə açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.

O qeyd edib ki, Zəfər paradı Azərbaycanın hərbi gücünün və qətiyyətinin simvoluna çevrildi:

"2020-ci ilin dekabrında Bakıda keçirilən, daha sonra Xankəndində təşkil olunan paradlardan sonra bu il Zəfərimizin beşinci ildönümü münasibətilə paytaxtda keçirilən parad bütün dünyaya güclü bir mesaj verdi. Son paradda nümayiş olunan yeni silah və sursatlar, Azərbaycanın müdafiə və təhlükəsizliyinə zəmanət verən avadanlıqlar ölkəmizin hərbi qüdrətinin artdığını göstərdi və eyni zamanda, Azərbaycana qarşı düşmən mövqe tutan dövlətlərə siqnal göndərdi ki, ölkəmiz bundan sonra da öz hərbi potensialını artırmaqda davam edəcək".


Ekspertin sözlərinə görə, parad, həmçinin Azərbaycanın son illərdə hərbi və müdafiə gücünü əhəmiyyətli dərəcədə artırdığını nümayiş etdirdi:

"Bu parad, Azərbaycanın son beş ildə hərbi gücünü nə qədər artırdığının canlı sübutu idi. Həm xaricdən alınan, həm də Müdafiə Sənayesi Nazirliyi tərəfindən istehsal edilən yerli hərbi texnika və avadanlıqlar Azərbaycanın müdafiə sənayesində mühüm nailiyyətlər qazandığını göstərdi. Qarabağ artıq işğaldan azad olunsa da, bu, müdafiə və təhlükəsizlik sahəsində diqqətin azalması anlamına gəlmir. Çünki bu gün dünyada və regionda mürəkkəb proseslər gedir, yeni geosiyasi reallıqlar formalaşır. Buna görə də Azərbaycan Silahlı Qüvvələrini daim yüksək hazırlıq vəziyyətində saxlamalıdır".


Ü.Cəfərov əlavə edib ki, paradda təqdim olunan müasir silah və sistemlər ordunun yenilənən gücünü ortaya qoydu:

"Paradda nümayiş olunan yeni avadanlıqlar — Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə sistemləri, raket-artilleriya qoşunlarının texnikası, eləcə də Xəzər dənizində tapşırıqları icra etmək üçün nəzərdə tutulan pilotsuz “Kaira” kateri — ölkəmizin hərbi modernləşmə istiqamətində atdığı addımların bariz nümunəsidir. Parad zamanı ilk dəfə olaraq insansız sistemlərdən ibarət qoşun növünün şəxsi heyətinin də Azadlıq meydanından keçidi Azərbaycanın gələcəkdə bu sahəyə xüsusi önəm verəcəyini göstərdi".


Ekspertin qənaətincə, bu paradda bir başqa önəmli məqam isə Pakistan Silahlı Qüvvələrinin nümayəndələrinin ilk dəfə iştirak etməsi idi. Bu, Azərbaycan-Pakistan qardaşlığının təzahürü kimi qiymətləndirilir. Daha əvvəl, avqust ayında Azərbaycan hərbiçiləri İslambadda keçirilən paradda iştirak etmişdilər. Qardaş Türkiyə hərbiçilərinin də yenidən Bakıda paradda iştirakı, F-16 təyyarələrinin Azərbaycan səmasında uçuşu isə həm dünyaya, həm də Azərbaycana qarşı planlar quran dairələrə güclü mesaj oldu.


Üzeyir Cəfərov son olaraq əlavə edib ki, Zəfər paradı Azərbaycan Ordusunun yüksək hazırlığını və xalqın birliyini simvolik şəkildə nümayiş etdirdi:

"Sosial şəbəkələrdə paradın aparıcısı və bəzi təşkilati məsələlərlə bağlı müzakirələr aparılsa da, əsas diqqət Azərbaycan əsgərinin qüruruna və ləyaqətinə yönəlməlidir. Əsgər və zabitlərimiz, eləcə də döyüş generallarımız Azadlıq meydanında yüksək nizam-intizam, dözüm və hazırlıq nümayiş etdirərək nəyə qadir olduqlarını bir daha sübut etdilər.

2025-ci ilin 8 Noyabr paradı uzun illər yaddaşlarda qalacaq, illərlə xatırlanacaq və haqqında çox danışılacaq. Bu parad hər bir Azərbaycan vətəndaşı üçün qürur mənbəyinə çevrildi. Şəxsən mən bu paradı böyük fəxarətlə izlədim. Bu tədbir Azərbaycanın hərbi qüdrətinin artmasının, ordumuzun gücünün və xalqımızın birliyinin təcəssümüdür.

Tanrı Azərbaycan Silahlı Qüvvələrini, ordumuzu və xalqımızı qorusun".

Jalə Rövşən

XƏBƏR LENTİ
30 IYUL 2026
Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Bütün Xəbərlər