Hərbi elita Putinə qarşı: Rusiyada qiyam ehtimalı

Hərbi elita Putinə qarşı: Rusiyada qiyam ehtimalı
25.12.2025 14:38 Təhlil

Rusiyalı General-polkovnik Leonid İvaşov Ukraynaya qarşı müharibədə Rusiyanın strateji baxımdan məğlub olduğunu bildirib. O, iqtisadiyyatın, elmin və sosial sahələrin dağıldığını deyərək əsas məsuliyyəti Rusiya Prezidenti Vladimir Putinin üzərinə qoyub. 


Maraqlıdır, Rusiya hərbi elitası Putinə qarşıdır? Qiyam baş verə bilərmi? 

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq  Asif Nərimanlı bildirib ki,  Rusiya elitasının etirazları nəticəsiz qalıb:


"Ukrayna müharibəsi başlandıqdan sonra Rusiyada, nadir hallarda olsa belə, bu müharibəyə qarşı çıxan fikirlər səslənib. Əslində, bu müharibənin Rusiya üçün ciddi itkilərlə nəticələndiyini düşünənlər az deyil və Rusiya elitasında da belə fikirlər mövcuddur. Hətta müharibə başlamamışdan bir neçə gün əvvəl, Donetsk və Luqanskın qondarma respublikalarının müstəqilliyinin tanınması mərasimində Rusiya rəhbərliyi daxilində etiraz səsləri olmuşdu. Lakin bu fikirlərin nəticələrə təsiri olmadı, yəni proses dəyişmədi və Putin işğalçı müharibəni başlatdı, hələ də üç ildən artıq davam edir".

Onun sözlərinə görə, Rusiya elitasında fərqli fikirlər olsa da, vəziyyət sabit qalır:

"Buna baxmayaraq, hazırda belə fikirlər yenidən gündəmə gəlir. Lakin hesab edirəm ki, Rusiya elitasında bu cür mövqelər Putinə qarşı kütləvi qiyama səbəb olmayacaq. Qeyd etmək lazımdır ki, müharibənin ən şiddətli və Rusiyanın ən çətin dövrlərində belə qiyam baş verməyib. Hazırda Rusiya üçün müəyyən qədər əlverişli şərait var və Putin öz məqsədlərinə müəyyən dərəcədə nail olub. Bu baxımdan, bu yeni fikirlər qiyama gətirməyəcək. Rusiya kimi bir ölkədə belə bir prosesin baş verməsi çətindir. Əvvəllər müxtəlif cəhdlər olsa da, nəticədə Putin prosesdən qalib çıxıb. Məsələn, son olaraq "Vaqner" qruplaşmasının liderinin üsyan cəhdindən sonra öldürülməsi buna nümunədir və bu, Rusiya elitası və generalları tərəfindən yaxşı bilinir".

Analitik Rusiya elitasında Ukrayna müharibəsinin sonlandırılması mövzusunda ziddiyyətlərin mövcud olduğunu bildirib:


"Buna görə də hesab etmirəm ki, Putinə qarşı olan bu fikirlər kütləvi şəkildə dəstəklənsin. Mənim fikrimcə, bu mövzu hazırda gündəmə gəlir, çünki ABŞ ilə Ukrayna müharibəsinin dayandırılması ilə bağlı danışıqlar aparılır. Görünür, Rusiya elitasında bu planı qəbul etməyə tərəfdar olanlar var. Bu planın qəbul olunması və ya olunmaması ilə bağlı Kremldə ziddiyyətlər mövcuddur".

Politoloqun fikrincə, bəzi qruplar müharibəni yüngülləşdirməyi istəyir, Putin isə maksimalistdir:

"Məlumdur ki, bəzi qruplar hesab edir ki, Rusiya tərəfi daha böyük itki vermədən maksimalist tələblərdən – xüsusən ərazilərlə bağlı tələblərdən – imtina etməli və planı qəbul etməlidir. Bu, həm sanksiyaların aradan qaldırılmasına, həm də siyasi təzyiqdən çıxmağa imkan verəcək. Yəni üç ildən artıq davam edən işğalçı müharibənin ən azı minimal qələbə ilə başa çatdırılmasını istəyənlər var. Digər tərəfdən, Putin və onun tərəfdarları maksimalist mövqedədir, xüsusən ərazilər və NATO, eləcə də Ukraynanın neytral statusu məsələlərində".

A. Nərimanlı sonda əlavə edib ki, Rusiya elitasında fikir ayrılığı volsa da, üsyan ehtimalı yoxdur:

"Məlumatlara görə, Moskvaya təqdim olunan plan Kremldə müzakirə olunur və Rusiya tərəfi planı incələdikdən sonra mövqe bildirəcək. Görünür, bu planla bağlı Rusiya elitasında fikir ayrılıqları mövcuddur. Putini ittiham edən və müharibənin Rusiyaya ziyan olduğunu düşünənlər isə planın qəbul edilməsini istəyirlər. Lakin bu fikirlərin Rusiya elitasında qiyama səbəb olacağını düşünmürəm, çünki belə fikirlərə baxmayaraq, müəyyən qorxu səbəbi ilə Putinə qarşı hər hansı proses dəstəklənmir". 

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 All News