Heç nə təsadüfi baş verməyib: Politoloq Ramiz Mehdiyevlə bağlı elə faktları açdı ki...

Heç nə təsadüfi baş verməyib: Politoloq Ramiz Mehdiyevlə bağlı elə faktları açdı ki...
20.10.2025 17:47 Təhlil

"Ramiz Mehdiyev heç vaxt Qarabağın azad olunmasını dəstəkləməyib".

TodayPress TV xəbər verir ki, bunu politoloq Rizvan Hüseynov öz sosial media hesablarında yazıb.

O bildirib ki, Ramiz Mehdiyev Prezident Administrasiyasına rəhbərlik etdiyi dövrdə Qarabağ mövzusuna uzun-uzadı və darıxdırıcı məqalələr, kitablar vasitəsilə tez-tez toxunub. Bəzən isə Azərbaycan diplomatik korpusunun illik iclaslarında çıxış edib:

"Ümumiyyətlə, diplomatiyaya müdaxilə etmək Ramiz Mehdiyevin sevimli məşğuliyyətlərindən biri idi. İclaslara hazırlıq zamanı ona iki “xarici siyasət mütəxəssisi” məsləhət verirdi: Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin keçmiş müdiri Novruz Məmmədov və ideoloji şöbənin müdiri, eyni zamanda “sarı mətbuat”ın kuratoru Əli Həsənov".

Siyasətçi bildirib ki, R.Mehdiyevin həmin məqalə, kitab və çıxışlarında hər şey yer alıb:

— Qorbaçova və erməni millətçiliyinə qarşı şikayətlər; 

— BMT və ATƏT-in Minsk Qrupundan ümidlər;

— Moskvanın Azərbaycan mövqeyinə ədalətli yanaşacağına inam;

— Azərbaycanın torpaqlarını heç vaxt güzəştə getməyəcəyi barədə andlar;

— Hətta Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın “sülhpərvər mövqeyinə” təriflər və onun Ermənistanda “başa düşülmədiyinə” görə təəssüflər.

R.Hüseynova görə, xüsusilə diqqət çəkən məqam isə R.Mehdiyevin tez-tez Qarabağ münaqişəsinin nəticəsi olaraq SSRİ-nin dağılmasına “təəssüf etdiyini” bildirməsi olub: 

"Onun üçün əsas faciə milyonlarla qaçqın, işğal olunmuş torpaqlar və ya Azərbaycan xalqının şərəfi deyildi — əsas narahatlıq İttifaqın süqutu idi. Görünür, Mehdiyev gizlində sovet dövrünə nostalji hissi bəsləyirdi.

Lakin Ramiz Mehdiyev bir dəfə də olsun, heç bir çıxışında, müsahibəsində, məqaləsində və ya kitabında ermənilərin anladığı yeganə vasitə — "Dəmir yumruq"la çağırış etməyib. O, regionda hərbi-strateji balansın Azərbaycanın xeyrinə kəskin dəyişdirilməsindən də heç vaxt açıq danışmayıb. Diplomatiyanın dalana dirəndiyi vəziyyətdə qüvvə tətbiqi təhdidindən söz açmayıb. Halbuki Mehdiyevin sözünə inanardılar — xüsusilə Ermənistanda. Çünki o dövrdə Ermənistanı idarə edənlər arasında vaxtilə Azərbaycan əyalətlərində fəaliyyət göstərmiş keçmiş komsomol funksionerləri var idi və onlar üçün Ramiz Mehdiyev partiya rəhbərliyinin “ata simvolu” idi. Amma Ramiz Mehdiyev uzun illər aparat kreslosunda oturaraq, buddist rahib mantrası kimi “ermənilərlə münaqişənin yalnız sülh və diplomatik yolla həllinə” dair fikirlərini təkrarlayırdı. 

Bununla belə, Prezident İlham Əliyev dünya ictimaiyyətini açıq şəkildə xəbərdar etmişdi ki, münaqişənin diplomatiya yolu ilə həlli uğursuz olarsa, müharibə qaçılmaz olacaq. O bunu açıq və birbaşa demişdi. Elə buna görə də Ramiz Mehdiyevin vəzifədən uzaqlaşdırılması ilə “Dəmir Yumruq” planının real həyata keçirilməsinin başlanması təsadüfi deyildi”.

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Bütün Xəbərlər