Gürcüstanda “ölüm-dirim” mübarizəsi: Qərb təsirinə qarşı "Azərbaycan duruşu"

Gürcüstanda “ölüm-dirim” mübarizəsi: Qərb təsirinə qarşı "Azərbaycan duruşu"
05.11.2025 14:56 Təhlil

Gürcüstan və Avropa İttifaqı arasında gərginlik yenidən artıb. Tiflis Brüsselin təzyiqlərinə etiraz edərək Aİ-nin ölkəyə münasibətini “təkəbbürlü və reallıqdan uzaq” adlandırıb.

Gürcüstan parlamentinin sədri bildirib ki, ölkə Aİ-yə inteqrasiya xəttini davam etdirəcək, lakin təzyiqə boyun əyməyəcək. Son iki ildə Tiflis Qərb təsirindən uzaqlaşmağa, daha suveren siyasət yürütməyə çalışır.

Qərbin tənqid və sanksiya xəbərdarlıqları ictimaiyyətdə narazılıq yaradıb, Gürcüstan isə münasibətlərdə bərabərhüquqlu dialoq tələb edir. 

Gürcüstanın Aİ-yə qarşı sərt mövqeyi və suverenlik xəttini gücləndirməsi ölkənin regional siyasətinə, Qərblə münasibətlərinə və daxili sabitliyinə hansı istiqamətlərdə təsir göstərə bilər?   

Mövzu ilə bağlı TodayPress TV-yə danışan politoloq Tofiq Abbasov bildirib ki, Gürcüstan, daha sərbəst kursa yönəlir:

"Gürcüstan, təbii ki, Qərb birliyi, xüsusilə də Avropa İttifaqı ilə uzun illərdir enişli-yoxuşlu münasibətlər qurur. Son dövrdə isə Tbilisidəki hakimiyyətlə Brüssel arasında ciddi fikir ayrılıqları və narazılıqların formalaşdığı müşahidə edilir. Bunun əsas səbəbi Gürcüstanın yeni siyasi rəhbərliyinin Aİ-nin ölkənin daxili işlərinə müdaxiləsinə imkan verməməsidir". 

Politoloq qeyd edib ki, ölkədə Aİ təzyiqlərinə qarşı suveren mövqe nümayiş etdirilərək xarici müdaxiləyə yol verilmir: 

"Bu prosesdə Gürcüstanın Azərbaycan modelindən məharətlə istifadə etdiyini demək olar. Xatırladaq ki, Azərbaycan 2003-cü ildə İlham Əliyevin hakimiyyətə gəlməsindən sonra Avropa İttifaqının müxtəlif təzyiqləri ilə üzləşirdi. Seçki prosesləri və digər siyasi məsələlərdə Brüssel öz maraqlarını qəbul etdirməyə çalışırdı. Lakin Azərbaycan buna imkan vermədi. “Rəngli inqilablar” dalğası yayılanda belə, Azərbaycanı prosesə cəlb etmək cəhdləri baş tutmadı. Ölkədə xalqın dövlət rəhbərliyinə inamı və dövlət-vətəndaş birliyi buna imkan vermədi. Bu baxımdan, Gürcüstan da bu modeli uğurla tətbiq edir və bundan faydalanır". 

Onun sözlərinə görə, Qərbin təsir cəhdləri və yad dəyərlərin təşviqi geniş ictimai etirazla üzləşib:

"Gürcüstandakı son parlament seçkiləri zamanı Qərb institutlarının təxminən 25 minə yaxın vətəndaş cəmiyyəti strukturunu maliyyə və idarəetmə baxımından ələ keçirməsi iddiaları yayıldı. Onlar vasitəsilə hakimiyyəti qərbpərəst qüvvələrə təhvil vermək, daha sonra isə Gürcü xalqına yad olan dəyərləri qəbul etdirmək cəhdlərinin olduğu bildirildi. Məsələn, eyni-cinsli nikahların, LGBTQ+ hərəkatının genişləndirilməsi kimi təşəbbüslər Tiflisdə bir neçə dəfə kütləvi aksiyalarla gündəmə gətirilib. Bu çağırışlar kütləvi müqavimətlə üzləşib".

T.Abbasov hesab edir ki, gürcü cəmiyyəti Qərb təzyiqlərinə rəğmən öz ənənəvi dəyərlərini qorumaqda israrlıdır:

"Bu, əslində ölüm-dirim mübarizəsidir: Qərb çalışır ki, müstəqil dövlətləri öz siyasi çətiri altına alsın. Lakin bu, asan məsələ deyil. Çünki Gürcü xalqı öz ənənəvi dəyərlərinə sadiqdir, ailə institutunu qoruyur və LGBTQ+ hərəkatını qətiyyətlə rədd edir. Onlar seçdikləri yolun milli yol olduğunu bildirirlər. Azərbaycan da eyni yolu keçib, özünü qorumağı bacarıb və bundan böyük qazanc əldə edib".

Ekspert, həmçinin münasibətlərin yalnız bərabərhüquqlu platformada mümkün olduğunu vurğulayıb:

"Əsas olan budur ki, münasibətlər bərabərhüquqluluq prinsipi üzərində qurulmalıdır. Yəni Avropa İttifaqı və ya Fransa kimi dövlətlər digər ölkələrə yuxarıdan aşağı baxa bilməz, hegemonluq nümayiş etdirə bilməz. Onların diktəsi ilə hərəkət etmək mümkün deyil".

Politoloq son olaraq əlavə edib ki, gürcü xalqı böyük qətiyyət nümayiş etdirir. Bu proseslər fonunda Gürcü xalqı böyük mətinlik, bacarıq və siyasi manevr qabiliyyəti göstərib:

"Hesab edirəm ki, bu gərginlik uzun müddət davam edə bilər. Avropa İttifaqının parçalanması ilə bağlı da artıq müəyyən işartılar görünür. Digər tərəfdən, cəmiyyətlərdə oyanış prosesi başlayıb və insanlar öz seçimlərini edəcəklər".

Jalə Rövşən

PHOTOS

Gürcüstanda “ölüm-dirim” mübarizəsi: Qərb təsirinə qarşı "Azərbaycan duruşu" — 1
NEWS FEED
16 JUNE 2026
DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 All News