Çin G7-yə çağırıldı: Pekini Moskvadan ayırmaq üçün yeni oyun qurulur?

Çin G7-yə çağırıldı: Pekini Moskvadan ayırmaq üçün yeni oyun qurulur?
13.11.2025 12:30 Təhlil

Fransa Prezidenti Emmanuel Makron 2026-cı ildə Fransada keçiriləcək G7 sammitinə Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpini dəvət etməyi planlaşdırır.

"Bloomberg"in məlumatına görə, Makron bu addımla “səssizliyə batmaqda olan G7”-ni yenidən aktivləşdirmək istəyir. Bildirilir ki, Si Cinpinə dəvət gərginliyə səbəb ola bilər. Bu təklif Qərb ölkələri arasında fikir ayrılığı yarada bilər, çünki G7 son illərdə Çinin təsirinə və Rusiyaya dəstəyinə qarşı yönəlib. 

Maraqlıdır, Makronun bu addımı hansı məqsədi daşıyır?


Mövzu ilə bağlı TodayPress TV-yə danışan politoloq Elxan Şahinoğlu bildirib ki, Makronun Si Cinpini G7-yə dəvət etməsi qlobal gərginliklə bağlıdır:

“Fransa Prezidentinin 2026-cı ildə Fransada keçiriləcək G7 sammitinə Çin lideri Si Cinpini dəvət etməsi beynəlxalq aləmdə yaranan vəziyyətlə əlaqədardır. Çin “böyük yeddilərin” üzvü deyil. SSRİ dağıldıqdan sonra Rusiya “böyük yeddilərə” daxil edilərək format “böyük səkkizlərə” çevrilmişdi.

“Böyük səkkizlər” klubu 1998-ci ildən 2014-cü ilə qədər fəaliyyət göstərib. Rusiya 2014-cü ildə Krımı ilhaq etdikdən sonra qurumdan uzaqlaşdırılıb və “böyük səkkizlər” yenidən “böyük yeddilərə” çevrilib”.

Ekspertin qənaətincə, Çinin G7-yə dəvət olunması Qərbin onu Rusiyadan uzaqlaşdırmaq cəhdidir:

“Rusiya və Çin ittifaq qurublar və bu, Qərb ölkələrini ciddi şəkildə narahat edir. Vaşinqton və Brüssel çalışıblar ki, Çin Rusiyaya təsir edərək Ukrayna müharibəsini dayandırsın. Ancaq Pekin Rusiya–Ukrayna müharibəsinin dayandırılması üçün real addım atmayıb. Buna baxmayaraq, Qərb Çini Rusiyadan uzaqlaşdırmağa cəhd edir. Çünki hesab olunur ki, Çinin dəstəyi olmadan Rusiya Ukraynaya qarşı müharibəni davam etdirə bilməz. Çinin “böyük yeddilərin” növbəti toplantısına dəvət olunması da bu məqsədlə bağlıdır”.

Politoloq sonda əlavə edib ki, Çinin G7-yə qatılması gözlənilir, lakin bu, Pekinin xarici siyasətinə təsir göstərməyəcək:

“Əlbəttə, bu, o demək deyil ki, “böyük yeddilər” Çinin iştirakı ilə “böyük səkkizlərə” çevriləcək. “Böyük yeddilərə” daxil olan ölkələr Si Cinpini inandırmağa çalışacaqlar ki, Ukrayna müharibəsini dayandırmaq üçün Rusiyaya təsir göstərmək lazımdır. Si Cinpin Makronun dəvətini qəbul edərək 2026-cı ildə Fransada keçiriləcək G7 sammitinə qatılacaq, lakin bu, Çinin xarici və təhlükəsizlik siyasətinə təsir etməyəcək”.

Jalə Rövşən

XƏBƏR LENTİ
30 IYUL 2026
İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Ermənilərin qara siyahıya saldığı, son nəfəsinə qədər Azərbaycanı sevən amerikalı - Tomas Qolst 13:46 Paşinya Rusiya-Ermənistan əlaqələrindən danışdı: Bizimlə münasibətləri ya eksklüziv görür, ya da ümumiyyətlə görmürlər 13:38 “Bornmut”un əsas qol silahı uzun müddət oynamayacaq 13:34 “Baş nazirin xanımı zorakılığın qurbanı olsa...” - Anna Hakobyan təhdidlərdən danışdı 13:31 Ançelottidən Neymar etirafı: Məni yalnız bu əsəbiləşdirdi 13:26 Rusiya təyyarəsi vuruldu, səfir öldürüldü – Baş nazirin dəhşətli əmri 13:21 Bütün Xəbərlər