Ermənilərin Sevr "sevdası" oyandı: Tarix nə deyir?

Ermənilərin Sevr "sevdası" oyandı: Tarix nə deyir?
16.10.2025 15:15 Təhlil

Erməni KİV-də əks olunun məlumatlara görə, Ermənistan və Azərbaycan arasında sülh sazişi Sevrdə imzalana bilər.

Bu şəhər Fransanın paytaxtı Parisin cənub-qərbində yerləşir. 


Öncədən ehtimallar arasında Sevrin adı çəkilmirdi. Bəs bu məlumat indi niyə ortaya atıldı? 

Ermənilərin 1920-ci il tarixli Sevr müqaviləsi sevgisi məlumdur. Ümumiyyətlə, Sevrin tarixdəki əhəmiyyəti nədir? Sülh müqaviləsinin orda imzalanacağı iddiası nəyə işarə edir? 

Mövzu ilə bağlı TodayPress TV-yə danışan tarix elmlər namizədi, dosent Akif Nağı Sevr müqaviləsini Avropa üçün utancverici hadisə adlandırıb:


“Həmin dövrdə başda Böyük Britaniya olmaqla, Antanta dövlətləri Osmanlını yer üzündən silməyə çalışırdılar. 1453-cü ildə Konstantinopol fəth edilərək İstanbula çevrildikdən sonra Antanta ölkələri daim Osmanlıya qarşı düşmənçilik siyasəti yürüdüblər. 1920-ci ildə Sevr müqaviləsi imzalanarkən Antanta dövlətləri ABŞ-nin razılığı ilə Osmanlı torpaqlarını öz aralarında bölüşdürmüşdülər. Türkiyə üçün yalnız kiçik bir hissə — Ankara ilə Sivas arasındakı ərazi saxlanılmışdı. Qalan bütün torpaqlar Antantanın nəzarəti altına keçirdi. Bu planı həyata keçirmək məqsədilə onlar 1920-ci ilin avqustunda Sevr müqaviləsini imzaladılar. Müqavilə çərçivəsində Türkiyənin altı vilayəti hesabına Ermənistan adlı dövlət yaratmaq planlaşdırılmışdı, halbuki həmin ərazilərdə ermənilərin sayı çox az idi. Buna baxmayaraq, məqsəd Osmanlıya qarşı ermənilərin əsassız iddialarını gerçəkləşdirmək idi. Osmanlı tərəfi də məcburiyyət qarşısında bu sənədə imza atmışdı və hər şey Avropanın planına uyğun gedirdi”.

Tarixçi bu proseslərdə Türkiyə Respublikasının qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürkün rolundan bəhs edib:


“Bu prosesdə Antantada Atatürk amilini nəzərə almamışdılar. Mustafa Kamal Atatürk hələ 1919-cu ildən hədəfini elan etmişdi: Ankara mərkəz olmaqla, Türkiyənin bütün əraziləri işğaldan azad edilməli idi. O zaman Atatürkü yetərincə ciddi qəbul etmirdilər və bu səbəbdən planlarını rahatlıqla həyata keçirmək niyyətində idilər. Ancaq Atatürk ardıcıl hərbi əməliyyatlar həyata keçirdi və 1920-ci ilin payızında onun rəhbərliyi ilə aparılan əməliyyatlar nəticəsində Ermənistan Cənubi Qafqazda cəmi kiçik bir ərazi ilə kifayətləndi. 1920-ci ilin noyabrında Ermənistan ordusu tam məğlub edildi və dekabrın 2-də kapitulyasiya aktını imzaladı. Müqavilənin şərtlərinə görə, Ermənistanın ərazisi 9 min kvadrat kilometr nəzərdə tutuldu və Türkiyənin bütün tələbləri qəbul olundu. İrəvan və onun ətrafı Ermənistanın ixtiyarında saxlanıldı”.

Akif Nağının sözlərinə görə, görünür, ermənilər hələ də Sevr sevdasından əl çəkməyiblər. Üstəlik, müqavilənin imzalandığı şəhərin Fransada yerləşməsi də təsadüfi deyil — Fransa tarix boyu onlara dəstək göstərib. Ermənistan mediasında Sevr barədə məlumatların yenidən gündəmə gətirilməsi və sülh müqaviləsinin imzalanması üçün məkan göstərilməsi də təsadüf deyil, müəyyən mesaj xarakteri daşıyır:


“Onlar Türkiyə ilə Azərbaycanı bir görürlər. 1920-ci ildəki ədalətsiz müqavilə Türkiyəyə qarşı imzalanmışdı. Həmin dövr ermənilər üçün məğlubiyyətlə bitmişdi. Ola bilər ki, indi onlar həmin uğursuzluqdan çıxmaq üçün Azərbaycanla sülh müqaviləsini özləri üçün yeni mərhələ kimi görürlər. Əslində, bu, onların xilas yolu ola bilər. Azərbaycan hazırda sülh naminə güzəştlər edir, təşəbbüslər göstərir. Ermənistandakı bəzi qüvvələr isə hələ də siyasi oyunlarla məşğuldurlar. Reallığı düzgün qiymətləndirməsələr, itkiləri böyük olacaq. Əgər avantüralarından əl çəkib bölgə reallıqlarına uyğunlaşa bilməsələr, bu halda Qafqazdan çəkilmək məcburiyyətində qalacaqlar”, – deyə ekspert diqqətə çatdırıb.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
ABŞ və İranın ortaq tələbi cavabsız qaldı: İsrail geri addım atmır 21:26 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 DÇ-2026: İspaniya-Kabo Verde oyunu başladı 20:09 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 ABŞ qalib gəlmədi, İran məğlub olmadı: Əsl qalib kimdir? 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Bütün Xəbərlər