Dünya bu SİQNALI gözləyir: İran bir neçə günə nə edəcək?

Dünya bu SİQNALI gözləyir: İran bir neçə günə nə edəcək?
22.04.2026 13:11 Təhlil

ABŞ Prezidenti Donald Tramp Pakistanın təklifi ilə atəşkəs müddətini uzadıb. Bu vəziyyətə kənardan baxanda ortaya çıxan mənzərə bir az fərqlidir. Görünən odur ki, formal açıqlamalarla real proseslər üst-üstə düşmür. 

Atəşkəs kağız üzərində bitib, amma eyni vaxtda Donald Tramp onu uzadır. Bu, klassik razılaşma deyil. Daha çox “dayan, amma hazır ol” tipli bir vəziyyətdir. Yəni tərəflər geri çəkilməyib, sadəcə temp aşağı salınıb.

Burda İranın susması xüsusilə diqqət çəkir. Adətən belə hallarda ya açıq rədd olur, ya da şərtlərlə razılıq. Burada isə heç nə yoxdur. Bu da onu göstərir ki, qərar hələ yekunlaşmayıb və ya yuxarıdan siqnal gözlənilir. Böyük ehtimalla son söz Müctəba Xamenei  kimi fiqurların mövqeyindən asılıdır. 

Daxildə isə ritorika tam fərqlidir. Qalibafın sərt çıxışı, mitinqlər, raketlərin nümayişi – bunlar daha çox daxili auditoriyaya mesajdır. Yəni hökumət zəif görünmək istəmir. Bu tip addımlar adətən real qərarsızlıq olanda daha çox olur.

ABŞ tərəfi isə paralel olaraq informasiya xəttini işləyir. Ağ Ev tərəfindən “məqsədlərə nail olundu” açıqlaması faktiki vəziyyətdən çox mövqe formalaşdırmaq üçündür. Çünki eyni vaxtda blokada qalır və hərbi hazırlıq saxlanılır. Əgər hər şey bitmişdisə, bu qədər hazırlığa ehtiyac olmazdı. 

Ərbilə edilən zərbə də göstərir ki, proses tək bir xətt üzrə getmir. İran birbaşa toqquşmadan qaçaraq yan istiqamətlərdə təzyiq yaradır. Bu, riski yaymaq üçündür – bir nöqtədə partlamasın deyə, bir neçə yerdə gərginlik saxlayır.  

Ən həssas məsələ isə Hörmüz  ətrafıdır. Orada hər hansı real gərginlik artıq təkcə region məsələsi deyil, birbaşa enerji bazarına təsir edir. Ona görə də ora ilə bağlı istənilən siqnal ciddi qəbul olunur. 

ABŞ daxilinə gəlsək, burda  da vəziyyət tam stabil deyil. Tulsi Gabbard ətrafındakı hadisələr göstərir ki, mövzu artıq daxili siyasətə qarışıb. Bu da qərarların daha sərt və bəzən daha riskli ola biləcəyini göstərir. 

Tərəflər hələ müharibəyə keçmək istəmir, amma geri də çəkilmir. Hamı mövqeyini gücləndirir və qarşı tərəfin axsamasını gözləyir. Bəs İran yaxın günlərdə nə edəcək?  Oradan gələcək siqnal bütün dinamikanı dəyişə bilər.

Jalə Rövşən

NEWS FEED
15 JUNE 2026
Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 All News