Bitməyən HÜCUMUN SİRRİ: Netanyahu Trampı BELƏ inandırıb...

Bitməyən HÜCUMUN SİRRİ: Netanyahu Trampı BELƏ inandırıb...
18.03.2026 19:15 Təhlil

ABŞ, Ukrayna vasitəsilə Rusiyanı yumşaldaraq Çinə qarşı strateji üstünlük əldə etməyə çalışır. Bu barədə "Politico" nəşri məlumat yayıb.

Maraqlıdır, bu ABŞ-nin Çinə qarşı geosiyasi üstünlük əldə etmək məqsədini nə dərəcədə reallaşdıra bilər?

Sözügedən mövzunu politoloq Elşad Həsənov TodayPress TV-yə şərh edib.


O, qeyd edib ki, ABŞ Ukrayna müharibəsi ilə Rusiyanı zəiflədir:

"ABŞ Ukrayna vasitəsilə Rusiyanı müharibəyə cəlb etdi və artıq beşinci ildir ki, Rusiya–Ukrayna müharibəsi davam edir. ABŞ Ukraynaya lazım olan silah-sursatı vaxtında vermədi ki, Ukrayna öz torpaqlarını tam şəkildə işğaldan azad edə bilsin. Buna isə Amerika imkan vermədi. Niyə? Səbəb aydındır: Rusiyanı düşdüyü bataqlıqda daha da zəiflətmək. Yəni Rusiya iqtisadi cəhətdən zəifləyir, hərbi potensialı tükənir, tankları və raket ehtiyatları azalır. Nəticədə, gələcəkdə mümkün ABŞ–Çin qarşıdurmasında Rusiya Çinə ciddi dəstək verə bilməyəcək".


Ekspert hesab edir ki, bu gün baş verən ABŞ–İsrail–İran gərginliyi də müəyyən mənada həmin gələcək qarşıdurmaya hazırlıq kimi qiymətləndirilə bilər:


"İsrailin təkidi ilə ABŞ və İsrail birlikdə İrana qarşı hərbi əməliyyatlara başlayıb və artıq 19 gündür bu münaqişə davam edir. Bu müharibədə İsrail və ABŞ İranın hərbi obyektlərinə zərbələr endirsələr də, onu tam məğlub edə bilmirlər. Çünki İranın arxasında həm Rusiya, həm də Çin dayanır. Çin İrana ciddi siyasi dəstək verir və bir neçə dəfə ABŞ-dən hücumları dayandırmağı tələb edib".

Analitik bildirib ki, İran burada müəyyən mənada Çinin proksi qüvvəsi kimi çıxış edir:

"İran bu münaqişədə geri çəkilmədi. Əgər danışıqlar zamanı İran nüvə proqramını dayandırmağa razılaşsaydı, bəlkə də müharibə baş verməzdi. Lakin onlar bu proqramdan imtina etmədiklərini və sona qədər davam edəcəklərini bildirdilər. Hətta İsraili məhv edəcəklərinə dair təhdidlər də səsləndirdilər. Bu səbəbdən Netanyahu Trampı inandıra bildi ki, İran yaxın zamanda nüvə silahı əldə edə bilər və bu, həm İsrail, həm də ABŞ üçün təhlükə yaradır. Nəticədə, Tramp müharibəyə başlamaq qərarı verdi. Lakin bu gün ABŞ cəmiyyətində də buna qarşı etirazlar artmaqdadır. Hətta Tramp administrasiyasında yüksək vəzifəli şəxslərdən biri – antiterror mərkəzinin rəhbəri – bu siyasətə etiraz olaraq istefa verib. Ümumilikdə, əhalinin böyük hissəsi bu müharibənin dayandırılmasını istəyir".


E.Həsənov vurğulayıb ki, ümumilikdə, hazırda baş verən münaqişələr bir növ gələcək böyük güclər qarşıdurmasının sınaq mərhələsi kimi görünür.

"Bu qarşıdurmanın əsas mərkəzində isə Tayvan məsələsi dayanır. ABŞ Tayvanı Çinə vermək istəmir, Çin isə onu öz ayrılmaz hissəsi hesab edir. Necə ki ABŞ Ukrayna vasitəsilə Rusiyanı zəiflətməyə çalışır, Çin də İran vasitəsilə ABŞ-ni zəiflətmək və gələcək qarşıdurmada üstünlük qazanmaq niyyətindədir", - analitik fikrini sonlandırıb.

Jalə Rövşən

NEWS FEED
15 JUNE 2026
Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 All News