Tramp-Mask qarşıdurması: Hədəf Ukraynadır?

Tramp-Mask qarşıdurması: Hədəf Ukraynadır?
09.06.2025 15:30 Təhlil

“ABŞ prezidenti Donald Tramp və milyarder İlon Mask arasındakı qarşıdurma süni şəkildə yaradılıb, burada əsas hədəf Ukraynadır”.

Politoloq Rizvan Hüseynov bunu TodayPress TV-yə danışarkən deyib. 

O, son günlər Qərb və Rusiya mediasında yayımlanan “Rusiya İlon Maska siyasi sığınacaq təklif edir” xəbərinə münasibət bildirərkən vurğulayıb ki, bu iddialar ciddi geosiyasi reallıqlara söykənmir və daha çox sarı mətbuatın spekulyativ yanaşmalarına əsaslanır.

“Bu kimi xəbərlər əsaslı deyil və daha çox manipulyativ xarakter daşıyır. Kreml daxilindəki bəzi dairələr düşünür ki, guya Mask və Tramp arasındakı münasibətləri korlamaqla müəyyən geosiyasi dividendlər qazanmaq olar. Amma son hadisələr göstərdi ki, İlon Mask əslində Trampdan bir növ üzr istədi və əvvəlki ritorikasını geri çəkdi”.

Analitikin sözlərinə görə, Trampla Mask arasındakı münasibətlər əvvəldən heç də “dostluq” və ya “qardaşlıq” üzərində qurulmayıb. Bu münasibətlər sırf biznes maraqlarına əsaslanır və indi də ortaq maraqlar davam edir. Əvvəlki kimi isti münasibət gözlənilməsə də, tərəflər arasında uçurum da olmayacaq. 

“Bəzi beynəlxalq analitiklər Tramp–Mask qarşıdurmasının süni şəkildə formalaşdırıldığını düşünürlər. Bu qarşıdurmanın arxasında duran əsas hədəf Ukraynadır. Belə bir görüntü yaradılır ki, guya ABŞ dövləti İlon Maska dəstək vermir və o da buna cavab olaraq "Starlink" sistemini Ukraynada məhdudlaşdıra bilər. Bu isə Ukraynanın həm kəşfiyyat, həm də rabitə imkanlarını ciddi şəkildə zəiflədəcək. Tramp bu vəziyyətdən Ukraynaya təzyiq vasitəsi kimi istifadə edə bilər. Maskla olan münasibətlər də bu strategiyanın bir hissəsi kimi formalaşdırılır”, - deyə o nitqini sonlandırıb. 

Qeyd edək ki, Tramp və Mask sosial şəbəkələrdə bir-birinə qarşı sərt açıqlamalar veriblər. Amerikalı sahibkar bildirib ki, onun dəstəyi olmasaydı, Tramp 2024-cü ilin noyabrında keçirilən seçkilərdə qalib gələ bilməzdi. O, Trampın impiçmenti ideyasını dəstəkləyib, Ağ Evin təşəbbüsü ilə hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini, prezidentin tətbiq etdiyi idxal rüsumlarını tənqid edib və bu ilin ikinci yarısında Amerika iqtisadiyyatı üçün tənəzzül proqnozlaşdırıb.

Töhfə Səməd

FOTOLAR

Tramp-Mask qarşıdurması: Hədəf Ukraynadır? — 1
XƏBƏR LENTİ
01 AVQUST 2026
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 Bütün Xəbərlər