Azərbaycanın İsveçrəsi - Kəlbəcər!

Azərbaycanın İsveçrəsi - Kəlbəcər!
25.11.2025 16:39 Təhlil

“Kəlbəcər Azərbaycanın ən səfalı bölgələrindən biridir və çox vaxt hətta İsveçrə ilə müqayisə olunur”.

Milli Məclisin deputatı Arzuxan Əlizadə bunu TodayPress TV-yə deyib. 


Onun sözlərinə görə, Kəlbəcər tezliklə böyük turizm məkanına çevriləcək:

"İnanıram ki, hazırda sürətlə qurulan infrastruktur Kəlbəcəri gələcəkdə bütün dünyaya tanıdacaq. Rayonun çox zəngin florası, yeraltı və yerüstü təbii sərvətləri var. Zod qızıl mədəni, “İstisu” və digər unikal təbii resurslar Kəlbəcəri yaxın illərdə daha da cazibədar turizm mərkəzinə çevirəcək. Bu, böyük potensiala malik bir bölgənin inkişaf yoludur".

Deputat xatırladıb ki, Kəlbəcər 27 il boyunca tamamilə viran qoyulub:


"Tarixə baxanda görürük ki, 1993-cü il aprelin 2-də Kəlbəcər işğala məruz qaldı və Azərbaycanın ən strateji nöqtələrindən biri olduğuna görə ciddi itki idi. Rayon Ermənistan və Göyçə ilə bilavasitə sərhəddə yerləşir. İşğal dövründə ermənilər Laçın yoluna paralel olaraq Kəlbəcərdən də özlərinə marşrut açmış, 27 il ərzində bölgəni tamamilə dağıdıb viran qoymuşdular. Heç bir iş görülməmiş, əksinə olan-qalan infrastruktur da məhv edilmişdi".

O vurğulayıb ki, Ermənistana verilən hər güzəşt dağıntı ilə nəticələnib. 2020-ci ildə 44 günlük müharibədə əldə etdiyimiz böyük Qələbə sayəsində isə Kəlbəcəri geri almaq imkanı yaranıb. 


Parlamentari, həmçinin Kəlbəcərdə aparılan bərpa və infrastruktur layihələrinin bölgənin sürətli inkişafını təmin etdiyini diqqətə çatdırıb:

"Bu gün Kəlbəcərdə geniş bərpa və yenidənqurma işləri aparılır. Regionun turizm, kənd təsərrüfatı və sənaye potensialı çox yüksəkdir. Alternativ yolların çəkilməsi, Toğana–Kəlbəcər yolunun istifadəyə verilməsi, ölkənin ən uzun tunellərindən birinin tamamlanması bölgəyə qayıdışı daha da sürətləndirir. “İstisu” üzərində emal müəssisəsinin açılması və digər infrastruktur layihələri Kəlbəcərin inkişafına güclü təkan verir".

Arzuxan Əlizadə sonda əlavə edib ki, bütün bunlar bizə əminliklə deməyə əsas verir ki, Kəlbəcər yaxın gələcəkdə Azərbaycanın ən inkişaf etmiş, ən çox ziyarət olunan və təbiəti ilə valeh edən bölgələrindən birinə çevriləcək. Bu torpaqlar təkcə bizim üçün deyil, bütün dünya üçün cəlbedici bir turizm məkanına çevrilmək potensialına malikdir. 


Qeyd edək ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamına uyğun olaraq noyabrın 25-i Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur. 

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Bütün Xəbərlər