“Bir gündə sülh” vədi niyə baş tutmadı? - ŞƏRH

“Bir gündə sülh” vədi niyə baş tutmadı? - ŞƏRH
30.01.2026 18:32 Təhlil

“ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinin dünyagörüşləri bir-birinə paralellik təşkil edir. Hər iki lider dominant xarakterli mövqedən çıxış etməyə çalışır və hesab edir ki, verdikləri qərarlar və qarşıya qoyduqları hədəflər ən qısa zamanda reallaşa bilər”.

Politoloq Elçin Xalidbəyli bunu TodayPress TV-yə açıqlamasında deyib.


O bildirib ki, məhz bu yanaşma Putinin Ukrayna savaşına başlayarkən üç gün ərzində Kiyevdə qələbə paradı keçirəcəyini iddia etməsinə səbəb olmuşdu:


“Lakin indiyədək bu baş verməyib. Əksinə, Rusiya Ukrayna savaşından daha az itkilərlə çıxmağın yollarını axtarır. Ən əsası isə Kreml bu məsələdə Rusiyanın qlobal təsir gücündən daha çox məhz ABŞ-nin dəstəyinə ümid bəsləyir”.

Analitik xatırladıb ki, ABŞ Prezidenti Donald Tramp da prezident seçkilərində qalib gəldikdən dərhal sonra Ukrayna savaşını bir gün ərzində nizamlayacağını bəyan etmişdi:


“Ancaq onun prezident səlahiyyətlərinin icrasına başlamasından artıq bir il keçib və Ukrayna savaşı hələ də yekunlaşmayıb. Əksinə, bu münaqişə ətrafında başladılmış sülh prosesi hər ötən gün daha da qəliz xarakter almağa başlayır”.

Elçin Xalidbəyli qeyd edib ki, tərəflərdən mümkün qədər pozitiv mesajlar verilsə də, real vəziyyətin fərqli olduğu açıq şəkildə görünür:


“Rusiyanın diktə etdiyi şərtlər rəsmi Kiyev tərəfindən qəbul olunmayıb. Prezident Volodimir Zelenski açıq şəkildə bəyan edib ki, Ukrayna Donbası və Zaporojye Atom Elektrik Stansiyasını Rusiyaya döyüşsüz verməyəcək”.

Onun sözlərinə görə, Moskvanın əsas tələblərindən biri Zaporojye Atom Elektrik Stansiyasının Rusiyaya verilməsi və ya ən azı ortaq istifadəsi, Donbas bölgəsinin isə tam şəkildə Rusiyanın nəzarətinə keçməsidir:


“Rəsmi Kiyev bu tələbləri qəbul etmir və Prezident Zelenski Donbasın və Zaporojye Atom Elektrik Stansiyasının döyüşsüz verilməyəcəyini açıq şəkildə bəyan edir”.

Politoloq hesab edir ki, Trampın bütün cəhdlərinə baxmayaraq, Ukrayna savaşının bu il ərzində yekunlaşması barədə qəti fikir söyləmək hələ tezdir:

“Müəyyən anlaşmalar və mövqe yaxınlaşmaları mövcud olsa da, indiyədək baş vermiş analoji situasiyalar göstərir ki, proses yenidən gərginləşə və nəzarətdən çıxa bilər”.


Elçin Xalidbəyli əlavə edib ki, Rusiyanın savaş potensialı artıq tükənmək üzrədir və ölkə ciddi iqtisadi problemlərlə üz-üzə qalıb:

“Kreml bunu gizlətməyə çalışsa da, alternativ informasiya qaynaqları Rusiya iqtisadiyyatının böhranlı mərhələdə olduğunu göstərir. Bundan əlavə, canlı qüvvə və hərbi texnika çatışmazlığı da Moskvanın imkanlarını məhdudlaşdırır”.

Qiymət Mahir

NEWS FEED
31 JULY 2026
Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Azərbaycan və Qırğızıstan yeni iş yerləri açacaq 09:49 Azərbaycan Prezidenti: İmzalanan sənədlər paketi əməkdaşlığımızın nə qədər geniş sahələri əhatə etdiyini göstərir 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər 09:39 İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu -VİDEO 09:35 Lamin Yamalın ekstravaqant görünüşünün sirri açıqlandı 09:27 Futbolda yeni qarşıdurma: UEFA-nın dünya çempionatı planı üzə çıxdı 09:24 Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib 09:17 Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib 09:16 “Brent” neftinin qiyməti açıqlandı 09:10 Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müqavilə imzalanıb 09:05 Çolpon-Ata və Şuşa şəhərləri qardaşlaşıb 09:02 Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar 09:00 Danlanan basketbolçu NBA Yay Liqasının MVP-si oldu və “Qolden Steyt”ə keçdi 08:56 Rusiyaya PUA hücumu: Neft zavodları və iri logistika mərkəzləri vuruldu -VİDEO 08:52 İraoladan İsak mesajı: “Mövsümün əsas simalarından biri olacaq” 08:45 Dünya futbolunda gərginlik: FIFA-dan mühüm bəyanat 08:42 Azərbaycan Prezidenti: Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun uğurla fəaliyyət göstərməsi məni sevindirir 08:28 Prezident İlham Əliyev: "Manas" adını daşıyan məktəb qardaşlığımızın növbəti rəmzidir 08:27 Azərbaycan Prezidenti: Qırğızıstanın uğurlarına dostlarınız və qardaşlarınız olaraq hər zaman sevinirik 08:24 Çolpon-Ata şəhərində prezidentlərin iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilir 08:23 Sadır Japarov: Qırğızıstan və Azərbaycanı ortaq tarixi köklər və mənəvi yaxınlıq birləşdirir 08:30 Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib 07:57 All News