İran və İsrail arasında sular durulmur...

İran və İsrail arasında sular durulmur...
24.11.2025 14:22 Təhlil

İsrail rəsmiləri və hərbi ekspertlər arasında İranla bağlı açıqlamalarda ziddiyyət yaranıb: xarici işlər naziri Gideon Saar İsrailin hazırda Tehrana hücum etməyi planlaşdırmadığını desə də, keçmiş kəşfiyyat zabitləri İranın hava müdafiəsinin bərpa olunmaması səbəbilə İsrailin istənilən an yeni zərbələr endirə biləcəyini bildirir. Tehran isə raket obyektlərini sürətlə bərpa etsə də, tam müdafiə gücünə malik deyil. Bu fərqli yanaşmalar İsrail–İran qarşıdurmasında situasiyanın hansı səmtə yönəldiyini yenidən gündəmə gətirir.  


Maraqlıdır, İsrailin rəsmi siyasi mövqeyi hücumu inkar etdiyi halda, hərbi-kəşfiyyat dairələrinin “İran müdafiəsizdir, İsrail istənilən an zərbə endirə bilər” tezisləri regionda təhlükəsizlik balansını necə dəyişir?  

Sözügedən mövzu ilə bağlı TodayPress TV-yə danışan siyasi analitik Sona Əliyeva  bildirib ki, İsrail və İran yeni müharibəyə hazır görünmür:  


"Son İsrail–İran qarşıdurması göstərdi ki, İsrail də İran da yeni müharibəyə tam hazır deyil. Üstəlik, bu dəfə mümkün qarşıdurma daha uzunmüddətli ola bilər. Fikrimcə, həm Tehran, həm də Tel-Əviv indi müxtəlif kanallar vasitəsilə diplomatiya qapısını açıq saxlamağa çalışır. Bu meyil hazırkı mərhələdə hər iki tərəf üçün vacib faktordur. Lakin tərəflərin özləri də yaxşı anlayırlar ki, danışıqlar real nəticə verməyəcək".


Onun sözlərinə görə, İranın raket arsenalını artırması mümkün müharibənin risklərini ciddi şəkildə yüksəldir:


"Digər mühüm məqam isə ondan ibarətdir ki, İran bu dəfə daha ciddi müqavimət göstərə bilər. İran rəsmilərinin bildirdiyinə görə, raket zavodları sutkalıq rejimdə işləyir və yeni müharibə başlayacağı halda, İsrailin müdafiə sistemini aşmaq üçün iyun ayında olduğu kimi 12 gün ərzində 500 deyil, 2000 raket atmaq imkanına malik olacaqlar. İsrail də bu potensialın fərqindədir".

Sona Əliyeva sonda vurğulayıb ki, eyni zamanda, İsrailin hazırda daha üstün mövqedə olduğu da unudulmamalıdır. Elə buna görə hər iki tərəf, ən azı indiki mərhələdə, diplomatik kanalları açıq saxlamağa üstünlük verəcək. 

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Bütün Xəbərlər