Tramp “Bibi”sini belə təhqir etdi: Dünyanın danışdığı qalmaqal — SİTAT-SİTAT...

Tramp “Bibi”sini belə təhqir etdi: Dünyanın danışdığı qalmaqal — SİTAT-SİTAT...
02.06.2026 11:53 Təhlil

Yaxın Şərq yenidən alovlanır, lakin bu dəfə ən böyük partlayış cəbhə xəttində deyil, bağlı qapılar arxasında – Vaşinqton və Qüds xəttində baş verib. 

ABŞ Prezidenti Donald Tramp ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında keçən son telefon danışığı diplomatik etiketləri tamamilə alt-üst edən görünməmiş gərginliyə səbəb olub. ABŞ rəsmilərinin sızdırdığı məlumatlar Ağ Ev və müttəfiqi arasındakı münasibətlərin kritik həddə çatdığını göstərir.

"Sən dəli olmusan, mən olmasaydım, həbsdə idin!"

"Axios" nəşrinin etibarlı mənbələrə istinadən yaydığı xəbərə görə, Donald Tramp İsrailin "Hizbullah"la atəşkəsə razı olması üçün Netanyahuya qarşı olduqca sərt və təhqiramiz ifadələr işlədib. Söhbətin gedişatını xülasə edən ABŞ rəsmisi Trampın Netanyahuya birbaşa belə dediyini bildirir:

“Sən dəli olmusan. Mən olmasaydım, sən indi həbsxanada olardın. Səni mən xilas edirəm. Amma indi hamı səndən nifrət edir, buna görə də hamı İsrailə nifrət edir”.

Çoxlu söyüşlərin və ağır ittihamların yer aldığı bu telefon danışığında Trampın son dərəcə qəzəbli olduğu, bir məqamda Netanyahuya “Sən nə edirsən axı?!” deyə qışqırdığı vurğulanır. Tramp İsrail Baş nazirini nankorluqda ittiham edib və ona korrupsiya məhkəmələrini xatırladaraq, vaxtilə onun İsrail Prezidenti İsxak Hersoq tərəfindən əfv edilməsi üçün necə çağırışlar etdiyini eyham vurub.

Mənbələrin bildirdiyinə görə, Tramp bu söhbətdə Netanyahu üzərində tam psixoloji üstünlük qazanıb. İsrail Baş naziri isə bu təzyiq qarşısında sadəcə, “Oldu, oldu, hər şeyin həll olunacağına əmin ol” deməklə kifayətlənib.

Pərdəarxası: Vaşinqtonu qəzəbləndirən nə idi?

Əslində, ABŞ rəsmi dairələri "Hizbullah"ın İsrailə davamlı hücumlar etdiyini və Təl-Əvivin cavab vermək hüququ olduğunu qəbul edir. Lakin Trampın qəzəbinə səbəb İsrail ordusunun son günlər həddindən artıq sərt addımlar atması olub. Vaşinqton hesab edir ki, Netanyahunun bu aqressiv taktikası ABŞ-nin İranla atəşkəsin uzadılması istiqamətində apardığı həssas diplomatik səyləri riskə atır. Çünki Tehran Livan cəbhəsində sakitlik yaranmayacağı təqdirdə heç bir razılaşmaya getməyəcəyini bəyan edib.

Bu gərgin danışıqdan sonra daxili siyasətdə də sular durulmayıb. Netanyahunun ofisi mövzu ilə bağlı susmağa üstünlük versə də, İsrail müxalifəti dərhal hücuma keçib. Yaşar Partiyasının lideri və sabiq Baş Qərargah rəisi Qadi Ayzenkot Netanyahunu zəiflikdə ittiham edərək yazıb:

“İsrail tarixində heç vaxt bu qədər açıq şəkildə, əsassız bir tələb qarşısında geri çəkilən Baş nazir olmayıb. Hökumət milli maraqlara zərər vurur. Bizə ABŞ-nin İranla danışıqları barədə nağıllar danışmayın; Metula atəş altındadır, şimal boşalır”.

Eyni zamanda, ölkənin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir də Netanyahuya çağırış edərək, Trampa "yox" deməyin vaxtı çatdığını və "Hizbullah"a qarşı hücumların genişləndirilməli olduğunu bildirib.

Telefon danışığının dərhal ardından Donald Tramp özünün "Truth Social" platformasında tamamilə fərqli bir rəsm cızmağa çalışıb. O, Netanyahu ilə “çox məhsuldar” bir danışıq apardığını yazaraq, İsrailin Beyruta planlaşdırdığı böyük hərbi reydi dayandırdığını iddia edib: “O, qoşunlarını geri çevirdi. Təşəkkür edirəm, Bibi!” 

Bununla da kifayətlənməyən Tramp "Hizbullah" rəhbərliyi ilə də gizli vasitəçilərlə danışdığını və onların atəşi dayandırmağa razı olduqlarını iddia edib. Lakin həm İsrail hərbi mənbələri Beyruta doğru heç bir qoşun hərəkətinin olmadığını bildirərək Trampı təkzib edib, həm də Vaşinqton, Qüds və Beyrutdan gələn ziddiyyətli bəyanatlar ortada dəqiq bir razılaşmanın olmadığını göstərib

Nəticədə, İsrail Beyruta planlaşdırdığı zərbələri müvəqqəti təxirə salsa da, Netanyahu "Hizbullah" hücumları dayandırmasa, Livan paytaxtını yenidən vuracaqları ilə hədələyib.

Qiymət Mahir

XƏBƏR LENTİ
04 AVQUST 2026
Ceki Çan Azərbaycandadır 00:50 İrandan ABŞ-yə: “Keçməyə imkan verməyəcəyik, vuracağıq!” 01:25 DSX-nin təqaüddə olan polkovniki vəfat etdi - FOTO 01:13 Ukraynanın ABŞ-dəki yeni səfiri o ola bilər 00:42 Qəzzada sülhlə bağlı YENİ ADDIM: Türkiyə-HƏMAS görüşünün detalları 00:31 Nəriman Axundzadə Türkiyə klubuna keçdi 00:09 ABŞ əvvəlcə İranın şərtlərini qəbul edib, amma sonra… 23:57 İstanbul məktəblərində YENİ QƏRAR: Məscidlər yaradılacaq 23:41 “NATO-ya Rusiyanın yarısı olmaq üçün hələ 12 il lazımdır” - Zalujnı 23:28 İran Ukraynaya zərbə endirmək istəyirmiş - Son anda buna görə fikrini dəyişib 23:18 İsrail Qəzzadan nə vaxt çıxacaq? - AÇIQLANDI 23:07 SOCAR Gürcüstan zavodunu bu ölkənin nefti ilə təmin edəcək - Rusiya nefti “dəbdən düşdü” 22:54 Tramp İrana son şans verdi: 4 avqusta qədər nə baş verəcək? 22:42 SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu 22:26 Füzulidə açıq ərazidə yanğın başladı - VİDEO 22:15 Zelenski Azərbaycan haqqında görün, nələr dedi 22:09 Zelenski Ukraynanın ABŞ-dəki səfirini vəzifəsindən azad etdi 21:51 Lənkəranda açıq ərazidə baş verən yanğın söndürüldü 20:12 Bu mərkəzi xəstəxananın direktoru işdən çıxarıldı - Səbəb... 21:39 “Sumqayıt” hazırlıq oyununda “İmişli”yə məğlub oldu 21:30 Azərbaycanlıların da olduğu gəmi VURULDU - TƏCİLİ 21:21 ABŞ-nin keçmiş diplomatından XƏBƏRDARLIQ: "Dünya bu boğazdan asılıdır" 21:07 Rusiyanın müvəqqəti işlər vəkili İsveç XİN-ə çağırıldı 20:51 İstanbulda torpaq sürüşməsi - Dağıntılar altında qalanlar var 20:42 Dənizdə bədbəxt hadisə: 15 yaşlı yeniyetmə BATDI 20:27 Bütün Xəbərlər