Bayru getdi, böhran qapıdadır - Makron üçün SON BAŞLAYIR!

Bayru getdi, böhran qapıdadır - Makron üçün SON BAŞLAYIR!
10.09.2025 09:40 Təhlil

"Böyük ehtimalla, Fransa Prezidenti Emmanuel Makron səlahiyyət müddətini başa çatdırmadan istefa verməyə məcbur olacaq".

Politoloq Elçin Xalidbəyli bunu TodayPress TV-yə açıqlamasında deyib.

O bildirib ki, Emmanuel Makronun hakimiyyəti son illərdə olduqca ağır sınaqlardan keçir:

"Belə ki, bir müddət əvvəl Makron həm öz nüfuzunun, həm də rəhbərlik etdiyi partiyanın cəmiyyətdəki dəstəyinin azalmasını nəzərə aldı və Avropa Parlamentində keçirilən seçkilərdəki məğlubiyyəti əsas gətirərək Fransada növbədənkənar parlament seçkiləri keçirdi. Lakin həmin seçkilərdə də istədiyi nəticəni əldə edə bilmədi. Bunun ardınca, Makrona qarşı impiçment prosesi başlandı və Fransa tarixində ilk dəfə olaraq parlament prezidentə qarşı impiçment müraciətini qəbul edərək icraya yönəltdi. Ümumilikdə isə Makron hakimiyyətinə qarşı aparılan anti-kampaniya prosesi uğurla davam edir və onun siyasi mövqelərini zəiflədir".

"Fransa ciddi aktor kimi qəbul edilmir"

Ekspert əlavə edib ki, Makronun dövründə Fransanın Afrikadakı mövqelərini itirməsi, xüsusilə ucuz xammal mənbələrindən məhrum olması ölkə iqtisadiyyatında ciddi böhrana yol açıb. Bununla yanaşı, Fransanın beynəlxalq nüfuzu da minimum səviyyəyə enib. Rəsmi Paris artıq qlobal proseslərdə ciddi aktor kimi qəbul edilmir.

"Bütün bu amillər Fransa cəmiyyətində Makron hakimiyyətinə qarşı formalaşan mənfi münasibətin əsas səbəblərindəndir. Ən başlıcası hazırda Fransa iqtisadiyyatının çöküş vəziyyətində olmasıdır ki, bu da sosial-iqtisadi şəraitin ağırlaşmasına gətirib çıxarır. Nəticədə sosial narazılıqlar kütləvi siyasi etirazlara çevrilir. Yaz aylarında Fransada yeni güclü etiraz dalğasının baş qaldıracağı gözlənilir", - deyə siyasətçi vurğulayıb.

"Makron istefaya məcbur qalacaq"

E.Xalidbəyli izah edib ki, Makronun növbəti prezident seçkilərinə qədər hakimiyyətdə qalıb-qalmayacağı sual altındadır. Böyük ehtimalla o, ya səlahiyyət müddətini başa çatdırmadan istefa verməyə məcbur olacaq, ya da impiçment prosesi onun vəzifədən uzaqlaşdırılması ilə nəticələnəcək.

Qeyd edək ki, Fransanın Baş naziri Fransua Bayrunun hökuməti doqquz aylıq fəaliyyətdən sonra sentyabrın 9-da istefa verib. Son 20 ayda dördüncü dəfədir ki, Parisdə baş nazir dəyişir. 

Xatırladaq ki, sentyabrın 8-də Bayru hökumətinə çağırdığı etimad səsverməsində uduzub. O, sosial ödənişlərin dondurulması və iki milli bayram gününün ləğvini təklif etmişdi.

Prezident Emmanuel Makron Bayrunun istefasını qəbul edib və bir neçə gün ərzində yeni baş nazir təyin edəcəyini bildirib. Lakin ekspertlərə görə, Makronun mərkəzçi düşərgəsindən yeni fiqur seçməsi ölkədə siyasi sabitliyi təmin etmək əvəzinə yeni qarşıdurmalara yol aça bilər.

Qiymət Mahir

TodayPress TV

FOTOLAR

Bayru getdi, böhran qapıdadır - Makron üçün SON BAŞLAYIR! — 1
XƏBƏR LENTİ
31 IYUL 2026
Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Səudiyyə İranı məğlub etmək üçün İraqı vurdu - YENİ SSENARİ İŞƏ DÜŞDÜ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 Bütün Xəbərlər