Starmerin Pekin səfəri ŞOKU: Britaniyalı ekspertin ŞƏRHİ

Starmerin Pekin səfəri ŞOKU: Britaniyalı ekspertin ŞƏRHİ
28.01.2026 16:26 Təhlil

Böyük Britaniyanın Baş naziri Kir Starmer yanvarın 28-31-də Çinə rəsmi səfər edəcək. 


Bu, 2018-ci ildən bəri Britaniya hökumət başçısının Çinə ilk səfəri olacaq.

Məlumata görə, səfərin məqsədi Böyük Britaniya ilə Çin arasında “yeni diplomatik münasibətlər dövrü”nün əsasını qoymaqdır. 

Səfər çərçivəsində ikitərəfli münasibətlər, iqtisadi əməkdaşlıq və qlobal gündəmdə duran əsas məsələlərin müzakirə olunacağı gözlənilir.

KİV buna səssiz qalmayıb. “The Atlantic” yazıb ki, Starmerin Pekinə səfəri tarixi dəyişiklik əlaməti ola bilər, ənənəvi Qərb ittifaqlarında böhran Londonun Çində yeni dəstək bazası axtarmağa məcbur olduğunu göstərir. 

Məsələ ilə bağlı TodayPress TV-yə danışan britaniyalı ekspert Neil Vatson bildirib ki, Starmerin Pekinə gözlənilən səfəri sadəcə diplomatik nəzakət jesti deyil və Brexitdən (Böyük Britaniyanın Avropa İttifaqından çıxması prosesi), pandemiyadan və Honq Konq böhranından sonrakı dövrdə Böyük Britaniya ilə Çin arasında ilk rəsmi yüksək səviyyəli yaxınlaşma olacaq.


Onun sözlərinə görə, bu addım Böyük Britaniyanın xarici siyasətində tam yön dəyişikliyi deyil, daha çox strateji yenidən kalibrləşmə kimi qiymətləndirilməlidir: 

“Böyük Britaniya xüsusilə Mühafizəkar hökumətlərin buraxdığı iqtisadi səhvlər fonunda, Leyborist hökumət dövründə Vaşinqtonun anti-Çin siyasətini əvvəlki kimi kor-koranə izləməyə bilər. Bu, ABŞ-dən tam uzaqlaşma yox, daha çevik və müstəqil manevr cəhdidir. Starmerin bu istiqamətdə mümkün addımlarını şərtləndirən bir neçə mühüm faktor mövcuddur. Böyük Britaniya iqtisadi durğunluq, yüksək inflyasiya və Brexitdən sonra yaranmış ticarət itkiləri ilə üz-üzədir. Çin isə hələ də nəhəng bazar və mühüm investor olaraq qalır. Bu reallıq Londonun Pekinlə münasibətləri yenidən nəzərdən keçirməsini qaçınılmaz edir”.

Neil Vatson vurğulayıb ki, Avropa İttifaqının (Aİ) aparıcı ölkələri artıq bu yolu seçib:

“Xüsusilə Almaniya və Fransa Çinlə praqmatik əsasda əməkdaşlıq edir. Böyük Britaniya da bu “orta xətt”ə uyğunlaşmağa çalışa bilər”.

Ekspertin fikrincə, Starmer Mühafizəkar sələflərindən fərqli olaraq Böyük Britaniyanı daha müstəqil aktor kimi təqdim etmək niyyətindədir:

“O, “yetkin liderlik” nümayiş etdirmək, diplomatik peşəkarlığı bərpa etmək və Böyük Britaniyanı kor-koranə Amerika peyki deyil, suveren qlobal oyunçu kimi yenidən mövqeləndirmək istəyir. ABŞ daxili siyasi qütbləşmə və seçki proseslərinə fokuslandığı bir dövrdə bir çox müttəfiqlər alternativ strategiyalar axtarır. Vaşinqtonu tam tərk etmədən, lakin manevr imkanlarını genişləndirərək ehtiyatlı balans siyasəti aparılır”.

Ekspert əlavə edib ki, Böyük Britaniyanın Çinlə yaxınlaşması ölkənin XXI əsrdə öz yerini axtarmasının təzahürüdür:


“Brexitdən sonra Böyük Britaniya geosiyasi, iqtisadi və psixoloji baxımdan sürüklənmə vəziyyətinə düşüb. Starmerin Çinlə yaxınlaşması Aİ və Hind–Sakit okean güc blokları tərəfindən kənarda saxlanıldıqdan sonra təcriddən çıxmaq üçün ehtiyatlı addım kimi dəyərləndirilə bilər”.

Neil Vatson risklərə də diqqət çəkib:

“Vaşinqton bunu xüsusilə təhlükəsizlik və texnologiya sahələrində “Five Eyes” kəşfiyyat alyansında yumşaq çatlaq kimi qəbul edə bilər. Daxildə isə Starmer “Pekini sakitləşdirməkdə” ittiham oluna bilər. Əgər bu proses düzgün koordinasiya olunmasa, NATO və G7 tərəfdaşlarında Böyük Britaniyanın mövqeyi ilə bağlı suallar yaranacaq”.

Ekspertin fikrincə, bu addım Qərb blokunda daha geniş tendensiyanın tərkib hissəsidir:

“Qərb dünyası intizamlı blok siyasətindən çoxqütblü diplomatiyaya doğru yönəlir. Yeni mərhələdə orta güclər fərqli strategiya seçir. Böyük Britaniya, Fransa, Hindistan və Türkiyə kimi ölkələr “strateji balanslaşdırma” siyasəti aparır — Çinlə iqtisadi əməkdaşlıq edilir, hərbi sahədə balans saxlanılır, Trampın rəhbərlik etdiyi ABŞ-dən müəyyən məsafə qorunur və regional təsir gücü artırılır”.

Sonda britaniyalı ekspert vurğulayıb ki, bu səfər düzgün icra olunarsa, Londona yeni imkanlar aça bilər:

“Bu addım Böyük Britaniyanın asılılıq olmadan qlobal əhəmiyyətini bərpa edə bilər. Lakin bu yalnız realizm və dayanıqlıq arasında incə xəttin qorunması halında mümkün olacaq”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 50 yaşdan sonra sümükləri qorumaq üçün bu 6 qidanı rasionunuza əlavə edin 10:13 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Azərbaycan nefti bahalaşdı 10:09 Bütün Xəbərlər