Bakının notası Moskvanı SİLKƏLƏDİ! - Zatulini KİM DANIŞDIRIBMIŞ?

Bakının notası Moskvanı SİLKƏLƏDİ! - Zatulini KİM DANIŞDIRIBMIŞ?
07.02.2026 14:30 Təhlil

6 fevral 2026-cı il tarixində Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. 


Görüşdə Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin Ermənistan vətəndaşlarının məhkum olunması ilə bağlı bəyanatına görə kəskin etiraz bildirilib və Rusiya tərəfinə nota təqdim edilib.  

Azərbaycan XİN-in məlumatına görə, Zatulinin ölkəmizin suverenliyi və ərazi bütövlüyü əleyhinə çıxışları, separatizmə açıq dəstəyi və məhkəmə qərarlarını təhrif etməyə yönəlmiş açıqlamaları qətiyyətlə pislənib, Rusiya tərəfi isə bu cür destruktiv fəaliyyətlərə son qoymağa çağırılıb.

Mövzu ilə bağlı TodayPress TV-yə danışan politoloq Çingiz Şahbazi bildirib ki, Konstantin Zatulin kimi Rusiya “siyasətçi”lərinin Azərbaycana qarşı bu tip bəyanatlarla çıxış etməsi əvvəlki dövrlərdə də müşahidə olunub:


“Zatulin birmənalı olaraq Ermənistan tərəfinə işləyən, post-münaqişə dövründə onlara kömək edən və maddi maraqlarını güdən rus siyasətçilərindən biridir. Onun bu qəbildən olan sayıqlamalarını az eşitməmişik.  

Separatçı rejimin “nümayəndələrinin” ölkəmizdə həbs edilərək mühakimə olunması ilə bağlı səsləndirdiyi fikirlər də erməni dairələrinin təzyiqləri ilə əlaqəlidir. Belə ki, ermənilərin külli miqdarda pulunu yeyən Zatulinə “Nə üçün susmusan? Səsini çıxart!” deyə təzyiq göstərilir”.  

Politoloqun sözlərinə görə, Zatulinin Azərbaycana qarşı çıxışlarını birbaşa Kremlin rəsmi siyasəti kimi qiymətləndirmək düzgün olmasa da, onları təsadüfi hesab etmək də olmaz:

“Bundan əlavə, Zatulinin Azərbaycana qarşı çıxışları birbaşa Kremlin siyasəti olmaya bilər, amma tamamilə təsadüfi və Kremlin nəzarətindən kənar da hesab edilməməlidir. Kremlə lazım olanda Zatulinə çox rahat şəkildə yerini göstərə bilər. Bu baxımdan, Zatulinin sayıqlamaları heç şübhəsiz ki, həm də Kremlin Azərbaycanla bağlı vəziyyəti ölçmə siyasəti ilə üst-üstə düşür. Yəni Zatulinin bəyanatı Kremlin sifarişi olmasa da, ona qarşı müxalif də deyil”.

Ç.Şahbazi vurğulayıb ki, Zatulin Rusiya Dövlət Dumasının deputatı olsa da, rəsmi icra strukturlarını təmsil etmir:


“Bilirsiniz ki, Zatulin Rusiya Dövlət Dumasının deputatıdır. Lakin o, hökumətin hansısa qanadını və yaxud Xarici İşlər Nazirliyini təmsil etmir. Zatulin uzun illərdir ermənipərəst mövqeyi və postsovet məkanında neo-imperiyalist baxışları ilə tanınır. Onun ermənilərlə bağlı mövqeyi də yeni deyil və bütün siyasi kapitalını bu istiqamətdə xərcləməklə məşğuldur. Bu baxımdan onun mövqeyini birbaşa Kremlin mövqeyi kimi təqdim etmək doğru olmazdı”.

Ekspert qeyd edib ki, Rusiya siyasi sistemində bu cür sərbəst çıxış edən deputatlar xüsusi rol oynayır:

“Diqqət etsəniz, Rusiya siyasi sistemində Zatulin kimi sərbəst danışan deputatlar çoxdur və Moskva bu cür təşəbbüs və fikirlərin sahiblərini qoruyur, bunu söz azadlığı kimi qələmə verir. Əlbəttə ki, lazım olduqda onları kənara çəkməyi də bacarır. Bu isə Moskvanın siyasətinə uyğun olmadığı zaman baş verir”.

Sonda Çingiz Şahbazi Azərbaycanın rəsmi addımının prosesin əsas göstəricisi olduğunu bildirib:

“Hazırda Azərbaycan Xarici İşlər Nazirliyi Zatulinin bəyanatı ilə bağlı Rusiyaya nota verib. Əsas indikator da məhz budur: Rusiyanın XİN-nin və ya Kremlin rəsmi mövqeyi necə olacaq? Əgər susqunluq nümayiş etdirilərsə, bu, Bakıya qarşı yumşaq təzyiq mexanizmi kimi oxunmalıdır”. 

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 All News