Moskvanın vurulmasının bədəli - Azərbaycanlılara milyonlarla ziyan dəydi, çarəsizdirlər - VİDEO

Moskvanın vurulmasının bədəli - Azərbaycanlılara milyonlarla ziyan dəydi, çarəsizdirlər - VİDEO
19.06.2026 15:34 Təhlil

Hüquqşünas, sabiq müstəntiq Müşfiq Abbasov Moskvadakı "Sadovod" bazarında çalışan azərbaycanlıların ağır maddi zərərlə üzləşdiyini bildirib.

TodayPress TV xəbər verir ki, o, bu barədə "Facebook" hesabında paylaşım edib.


Müşfiq Abbasov qeyd edib ki, 10 gün əvvəl "Sadovod" bazarında olub və özünə pencək almaq üçün təxminən 15-20 mağazaya baş çəkib. Onun sözlərinə görə, daxil olduğu bütün mağazalarda satıcılar azərbaycanlı olub.

"Bu bazar bütünlüklə azərbaycanlılardan ibarətdir. Yüzlərlə azərbaycanlı burada işləyib Azərbaycandakı ailəsinə pul göndərir. İndi bu bazar məhv oldu. Burada işləyən azərbaycanlılara milyonlarla ziyan dəydi", – deyə o bildirib.

Abbasovun sözlərinə görə, bəzi sahibkarlar banklardan külli miqdarda kredit götürərək mal alıblar, lakin həmin mallar da məhv olub.

"Elə adamlar var ki, banklardan külli miqdarda kredit götürüb mal alıb. Həmin mallar artıq məhv oldu. Adamlar çarəsizdir. Gözlər sığortaya dikilib. Sığortanın isə həmin ziyanı qarşılaması sual altındadır", – paylaşımda qeyd olunub.

O vurğulayıb ki, müharibə insanlara yalnız fəlakət gətirir və gec-tez dayansa da, itirilənləri geri qaytarmaq mümkün olmur.

Sonda hüquqşünas, sabiq müstəntiq Moskvada zərər çəkən həmyerlilərimizə səbir arzulayıb.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
05 AVQUST 2026
Maks Ferstappen komanda rəhbərinə heyranlığını gizlətmədi 17:21 Şirvan kanalı bərpa edildi 17:11 Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək 17:03 “Uilyams” çıxış yolunu gələcək mövsümdə axtarır 16:45 İstidə təkcə bədən yox, dişlər də susuz qalır 16:33 Nigar Fərhadın əri həbs edildi 16:26 Yaş artdıqca niyə qida zövqümüz dəyişir? 16:21 Kobaxidze Abxaziya ilə bağlı təşəkkür etdi 16:12 “Hall Siti”dən səs-küylü transfer: “Olimpiakos”un qapıçısı İngiltərəyə yollandı 16:11 U-15 qız millimiz beynəlxalq arenada öz sözünü deməyə hazırdır 15:53 Deputat: "Milli məsələlər heç vaxt şəxsi maraqların alətinə çevrilməməlidir" 15:51 Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ 15:39 Yayda balıq tutanlara xəbərdarlıq - Qadağaları pozanları nə gözləyir? 15:24 Hikmət Hacıyev: Azərbaycan heç vaxt öz ərazisindən qonşu ölkəyə qarşı istifadə olunmasına icazə verməz 15:12 İldırım meydanda faciə yaratdı: futbolçu həyatını itirdi 15:04 Quayakildə medal hədəfi: millimiz hazırdır! 15:00 Şimalda həftə hərarətli keçdi - İki ölkə raket duelinə çıxdı 14:57 İsti havada niyə insanlarla ünsiyyət qurmaq istəmirik? - Psixoloq açıqladı 14:47 Ukrayna Rus dronlarının yaradıcısını hədəf taxtasına qoydu - GÖRÜNTÜLƏR 14:40 Torpaq sürüşməsi maşınları əzdi – Sürücülərin zərərini kim ödəyəcək? 14:30 Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək 14:26 Digahda məhkuma aid silah-sursat aşkarlandı 14:11 Qələbə kölgədə qaldı: Neymar qalmaqal yaratdı! 14:15 Özbəkistan elə bir addım atdı ki... - Mərkəzi Asiya Kremlin kölgəsindən çıxır? - ŞƏRH 14:10 Şvartsman yenidən böyük səhnəyə qayıda bilər! 13:32 Bütün Xəbərlər