Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələ: Tranzit məhdudiyyətləri aradan qaldırıldı

Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələ: Tranzit məhdudiyyətləri aradan qaldırıldı
22.10.2025 18:08 Təhlil

Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb.


“Onu da qeyd etməliyəm ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub. Zənnimcə, bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir”, - İlham Əliyev qeyd edib.

Ermənistan tərəfindən bu addıma cavab gecikməyib.

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan Azərbaycana tranzit məhdudiyyətləri aradan qaldırdığı üçün təşəkkür edir. Eyni zamanda Ermənistan da bu sülhpərvər addıma adekvat cavab verəcək. 


Ermənistan Baş Nazirinin müavini Mqer Qriqoryan isə Prezident İlham Əliyevin bəyanatını alqışladıqlarını bilirib:

“Bu addım regional kommunikasiyaların açılmasına, etimadın qurulmasına və sülh gündəliyinin irəliləməsinə kömək edəcək".

Məsələ ilə bağlı TodayPress TV-yə danışan Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Kazım Kazımov Ermənistan tərəfinin açıqlamalarını müsbət qiymətləndirib:


"Ermənistanın son açıqlamaları diqqətəlayiqdir. Azərbaycan həm müharibədən əvvəl, həm də müharibədən sonra bölgədə qarşılıqlı əməkdaşlıq və sülh təşəbbüsləri ilə çıxış edib. Ermənistan bu təkliflərə uzun müddət qulaq asmadı. Yalnız Azərbaycan ordusunun qəti qələbəsindən, torpaqlarımızın işğaldan azad edilməsindən sonra vəziyyət dəyişdi. Prezident İlham Əliyev müharibədən sonra sülh quruculuğu prosesini ardıcıl və uğurlu şəkildə həyata keçirdi. Ermənistan artıq anlayır ki, həm hərbi, həm də diplomatik müstəvidə Azərbaycanla rəqabət apara bilmir. Buna görə də sülh prosesinə daha müsbət yanaşmağa başlayıb.

Ermənistan xülyalardan əl çəkib məntiqi düşünməyə başlamalıdır və ümid edirəm ki, artıq başlayıb. Uzun illər “Böyük Ermənistan” və “iki dəniz arasında Ermənistan” kimi xəyallarla yaşayan bu ölkə, nəticədə, özünü məhvə apardı. Qonşularının torpaqlarına təcavüz etdilər, on minlərlə günahsız insanı qətlə yetirdilər, bir milyondan artıq insanı doğma yurdundan qovdular. Nəticədə isə Ermənistanın öz əhalisi ölkəni tərk etdi, iqtisadiyyat dərin böhranla üzləşdi, Azərbaycan və Türkiyə kimi regionun iki nüfuzlu dövləti ilə münasibətlər düşmənçilik səviyyəsinə endi. Bu siyasətinin sonunda Ermənistan məğlub oldu. Buna görə də Ermənistanda revanşist çağırışlar səslənməməlidir.  Xüsusilə sabiq prezidentlər Serj Sarkisyan və Robert Köçəryanın siyasi iddialarını yenidən yüksək səslə dilə gətirməsi ümid edirəm ki, Ermənistanda qarşılıq tapmayacaq".

Ekspert qeyd edib ki, əgər Ermənistan bu gün dövlətçiliyini qorumaq və inkişaf etdirmək istəyirsə, Azərbaycanla qarşılıqlı anlaşma yolunu tutmalıdır:


"Azərbaycanın məqsədi bölgədə sabitlik və iqtisadi əməkdaşlıq mühitinin bərqərar olmasıdır. Qazaxıstandan Ermənistana ilk yük daşınmasının həyata keçirilməsi də bu istiqamətdə atılmış əhəmiyyətli addımdır. Bu, Ermənistan iqtisadiyyatına müəyyən dərəcədə töhfə verə bilər və gələcəkdə genişlənəcək tranzit layihələrinin başlanğıcı kimi dəyərləndirilə bilər.

Paşinyanın qeyd etdiyi adekvat cavabı isə gözləyirik. Hesab edirəm ki, Zəngəzur dəhlizinin açılması və ya Türkiyə üzərindən maneəsiz yük daşımalarının təmin edilməsi istiqamətində irəliləyiş əldə oluna bilər. 

Ümid edirəm ki, Ermənistan bu dəfə verdiyi sözün arxasında duracaq və bölgədə sülhün və sabitliyin bərpası üçün real addımlar atacaq".

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bütün Xəbərlər