Ankaranın nüvə xəbərdarlığı: Bakı üçün nə dəyişə bilər?

Ankaranın nüvə xəbərdarlığı: Bakı üçün nə dəyişə bilər?
10.02.2026 17:47 Təhlil

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, bölgədə kimsə nüvə silahı əldə edərsə, Türkiyə də nüvə silahlanması yarışına qoşulmaq məcburiyyətində qalacaq. 

Əgər Türkiyə həqiqətən nüvə silahlanması yarışına qoşularsa, bu proses Azərbaycana necə təsir edə bilər? 

Mövzu ilə bağlı politoloq Abutalıb Səmədov TodayPress TV-yə danışarkən vurğulayıb ki, Türkiyənin nüvə silahına sahib olması Azərbaycanın təhlükəsizliyinə müəyyən əlavə təminatlar versə də, bu üstünlüklər həlledici xarakter daşımır.

 

Analitik qeyd edib ki, hazırda bölgədə nüvə silahı istehsalına ən yaxın ölkə İrandır. Onun sözlərinə görə, İran artıq 400 kiloqramdan çox, 60% zənginləşdirilmiş uran ehtiyatına malikdir və nüvə silahı istehsalı üçün tələb olunan 90%-lik zənginləşməyə çatması təxminən iki ay çəkə bilər. 

“Əgər İran nüvə silahı əldə edərsə, bu, regionda zəncirvari reaksiyaya səbəb ola bilər. Bu halda Türkiyənin də nüvə silahı istiqamətində işlərə başlaması ehtimalı yüksəlir və qısa müddətdə nüvə silahına malik olan ölkələrdən biri də Türkiyə ola bilər”, - deyə siyasi şərhçi izah edib. 


Politoloqun fikrincə, Türkiyənin nüvə silahına sahib olması Azərbaycanın təhlükəsizliyinə müəyyən əlavə təminatlar versə də, bu üstünlüklər həlledici xarakter daşımır: 

“Mən güman etmirəm ki, bu, Azərbaycana çox böyük üstünlüklər verir. Çünki nüvə silahı artıq əvvəlki kimi güclü təhdid potensialına malik deyil. Əvvəllər nüvə silahının təsiri daha yüksək qiymətləndirilirdi. Ukrayna müharibəsi ərəfəsində və ya Pakistan-Hindistan qarşıdurması zamanı bu amilin rolu indikindən daha güclü idi”. 

Siyasi analitik xatırladıb ki, hazırda əsas məhdudlaşdırıcı güc dövlətlərin konvensional hərbi potensialıdır. Onun sözlərinə görə, bu gün həlledici amillər hərbçilərin sayı, konvensional silahların səviyyəsi və ümumi hərbi gücdür və Türkiyə bu baxımdan dünyanın ən güclü dövlətlərindən biridir. 


A. Səmədov bildirib ki, Azərbaycanın Türkiyə kimi güclü müttəfiqə malik olması ölkənin müstəqilliyi və suverenliyinin qorunması baxımından böyük əhəmiyyət daşıyır:  

“Nüvə silahının mövcudluğu bu təminatları müəyyən qədər artıra bilər, lakin bu gün əsas söz konvensional silahlara məxsusdur və həm Türkiyə, həm də Azərbaycan ordusunun bu sahədə potensialı çox yüksəkdir”. 

Aysel Mətləb

TodayPress TV 

NEWS FEED
16 JUNE 2026
Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 All News