Afrikalı fransızlar dünya çempionu olacaqlar!

Afrikalı fransızlar dünya çempionu olacaqlar!
01.07.2026 16:43 Təhlil

Hazırda davam edən Futbol üzrə dünya çempionatının budəfəki qalibinin böyük ehtimalla, Fransa olacağını bütün qlobal mərc kampaniyaları da açıqlayır. Təbii ki, bu böyük ümidin arxasında ciddi potensial və baxımlı oyun dayanır. Eyni zamanda birbaşa oyunçuların demək olar ki, hamısının afrika mənşəli olması.

Başqa bir arqument odur ki, heç bir Afrika komandası nə zamansa dünya kubokunu başının üstünə qaldıra bilməyəcək. Çünki artıq formalaşmış işğal mentaliteti, zəiflik hissi onları meydanda belə, həlledici anda tərk etmir. Amma Fransada doğulan, ikinci, üçüncü nəsil afro-fransızlar üçün afrikalı keçmiş sadəcə Savannada çitanın arxasınca düşüb qaçmaqdan formalaşan fiziki üstünlüyü miras daşıyır, doğulduğu ölkə isə imperiyadır və onlar da bir Napoleon kimi, bir korsikalı franszıdan daha artıq katolik misalı kimi boy atmaqdadırlar. Yaşıl meydanların fatehləri arasında Mbappe, Olise, Osman Dembele  kimi qladiatorlara ağ adamların qalib gəlməsi mümkün kimi görünmür.

2018-ci il Dünya Çempionatında 23 nəfərlik Fransa millisinin 15-i Afrika mənşəli idi - 87 faiz. Həmin il qızıl medal qazandılar. Lakin hər şeydən maraqlısı başqa bir rəqəmdir: Kylian Mbappenin atası kamerunlu, anası əlcəzairlidir; Paul Pogbanın valideynləri Qvineyadandır; N'Golo Kanteni valideynləri Malidən gəlib Fransaya. Bu insanlar Fransanın ən yaxşı futbolçuları oldu -  ölkələrini,  özlərini işğal etmiş ölkənin millisi üçün.

1884-cü ildə Berlin Konfransında Afrika ərazilərini öz aralarında bölüşdürən Avropa dövlətlərindən Fransa bir baxımdan digərlərindən kəskin fərqlənirdi: o, işğalda müstəmləkəçilik siyasətinin iki fərqli modelindən  "assosiasiya" (yerli idarəetmənin saxlanması) ilə yanaşı  "assimilasiya" siyasətini seçdi. Bu, "mission civilisatrice" - "mədəniləşdirici missiya"  idi: idarə etdikləri xalqları istismar etmək və onları "fransızlaşdırmaq", "Fransanın ekvivalentinə" çevirmək. Nəticə paradoksal oldu: Bu siyasət Afrikadan Fransaya beyin köçünün, istedadının axınını yaratdı.

Amma bu seçim heç də könüllü iqtisadi hesablama deyildi. Fransa assimilasiyada "seçici" idi:

Mbappé fransızdır, çünki istedad sahibidir; eyni ata-anadan doğulub Fransanın banliyölərindəki yoxsul kvartallarında böyüyən, işsiz qalan, cinayətə cəlb olunan gənc isə sadəcə "ərəbdir". Bu ikiqatlı standart assimilasiyanın mahiyyətini ortaya qoyur: siz "öz olmaq" hüququnu ancaq özünüzü sübut etdikdə qazanırsınız. Futbolçular üçün bu sübut meydanda baş verir.

Fransız psixiatrı və filosof Frantz Fanon, "Yerini bilməyənlər" (The Wretched of the Earth, 1961) kitabında bu mexanizmi dəqiq izah edir: müstəmləkə psixologiyası "özünə nifrəti" normallaşdırır, işğal altında yaşayan insan get-gedə öz mədəniyyətini, öz kökünü aşağı, işğalçının mədəniyyətini isə üstün görməyə başlayır. Bu, güc altına düşmənin qaçınılmaz psixoloji nəticəsidir. Lakin assimilasiya edilənin psixologiyası başqadır: o artıq özünün "daha fransız" olduğunu sübut etmək məcburiyyəti hiss edir. Çünki şübhəyə məhkumdur dərisi, soyadı, vəzifəsi nə olursa olsun, sübut etmə məcburiyyəti bitmir.

Burada bir nüans var ki, çox az adam ona diqqət yetirir: assimilasiya edilmiş birinci nəsil (yəni özü köçüb gəlmiş) ilə həmin şəxslərin Fransada doğulmuş övladları arasında psixoloji fərq var. Birinci nəsil iki dünyanı şüurlu olaraq yaşayır — köhnə ev, yeni ev. Lakin ikinci nəsil — yəni Fransada doğulan, Fransada böyüyən, Fransıca düşünən, lakin soyadına, görünüşünə görə hər gün sorğuya çəkilən insan  daha kəskin bir gərginlik içindədir: o nə kökündən, nə də bütünlüklə yeni mühitində özünü tam hiss edir. Bu boşluq "kimlik yarışına" çevrilir.

Futbolda isə bu yarış tamamilə fərqli işləyir. Meydanda hər şey açıq-aşkar görünür: ya bacarırsan, ya yox. Nəticə rəqəmlə ölçülür, heç kimə güzəşt yoxdur. N'Golo Kanté Fransa millisində parlayanda mətbuat onu sadəcə “fransız” adlandırır. Amma zədələnib kənarda qalanda qəzetlər dərhal “afrikalı mənşəli” etiketini yapışdırır. 2018 Dünya Çempionatı isə bu paradoksun ən parlaq nümunəsi oldu. Tərkibində 87 faiz “mənşəcə xarici” olan Fransa yığması üç həftə ərzində bütün dünyanı silkələyib çempionluq qazandı. Niyə? Çünki hər bir futbolçu o yaşıl meydanda özünü sübut etmək üçün canını qoyurdu.Lakin bu hekayənin kölgəli tərəfi də var.

2010-cu ildə Fransa Futbol Federasiyasının texniki direktoru Fransua Blakartın iştirakı ilə keçirilən gizli iclasda afrikalı mənşəli gənclərə qeyri-rəsmi kvota qoymağı müzakirə etmişdilər.

Blakart demişdi:

“Uşaqları seçəndə onların köklərinə qayıda biləcəyini nəzərə alaq, amma bunu rəsmi deməyək”. Jurnalist Belkaseminin qeydə aldığı bu söhbət ictimailəşəndə böyük skandal qopdu, federasiya rəhbərliyi dəyişdirildi.Bu hadisə bir şeyi çox aydın göstərdi: assimilasiya heç vaxt tam başa çatmır. Meydanda da, həyatda da “sübut etmək” məcburiyyəti hər iki tərəf üçün davam edir.

İndi isə tamam fərqli bir kontekstə keçək. Görünüşcə çox fərqli, amma psixoloji mexanizm etibarilə eyni olan bir nümunəyə.

Robert Köçəryan 1954-cü ildə Xankəndidə (Stepanakert) doğulub — Dağlıq Qarabağın mərkəzində. Serj Sarkisyan isə həmin il Qarabağın Şuşa rayonunda, azərbaycanlı kəndinə yaxın bir yerdə anadan olub. Hər ikisi Azərbaycanlılarla qonşuluqda böyüyüb, sovet dövrünün çoxmillətli mühitini yaşayıblar, iddialara görə köklərində azərbaycanlı qanı da var.  Hər ikisi sonradan Ermənistanın prezidenti olub və Qarabağ münaqişəsinin ən qanlı səhifələrində birbaşa könüllü icraçı mövqeyində dayanıblar. 2000-ci ildə britaniyalı jurnalist Tomas de Vaal Serj Sarkisyanla müsahibə götürüb. Bu müsahibə 2012-ci ildə Carnegie Fondu tərəfindən tam mətn şəklində dərc olunub. Sarkisyan orada açıq şəkildə deyir:

“Xocalıdan əvvəl azərbaycanlılar elə bilirdilər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməyən insanlardır. Biz bu stereotipi qırmalı idik. Və qırdıq da.”Robert Köçəryan isə 2004-cü ildə Avropa Şurası Parlament Assambleyasında azərbaycanlı deputat Rafael Hüseynovun sualına cavab verərkən Qarabağdakı hərbi əməliyyatlarda iştirakından “qürur duyduğunu” açıq bəyan etmişdi. Onlar psixoloji baxımdan daha dərin bir reallığı əks etdirir. Qarabağda doğulub, azərbaycanlılarla qonşuluqda böyüyən bir insan üçün “erməni kimliyi” nə demək idi? O, yeganə xalq deyildi — ətrafda azərbaycanlılar da, ruslar da var idi.


Əziz Əlibəyli Beynəlxalq münasibətlər üzrə tədqiqatçı

PHOTOS

Afrikalı fransızlar dünya çempionu olacaqlar! — 1
NEWS FEED
01 JULY 2026
Tourette sindromu necə təzahür edir? Əsas əlamətlər və yanaşma 16:29 Səmanın yeni ağası havada: Su-57 döyüş meydanında nələri dəyişəcək? 17:58 Marko Palestra "Çelsi"yə transfer olundu 17:23 İrritabl bağırsaq sindromu: Hansı şikayətlərlə özünü göstərir? 16:19 İsrail höküməti bu torpaqları ABŞ-yə verir 17:31 "Bakılılar Günü"ndə erməni hiyləsi – Bolşeviklərin əsl üzü 17:28 Putin çarəsiz qaldı, Hindistandan təcili yardım istədi 17:22 Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam 17:17 "Qarabağ" Ukrayna klubuna uduzdu 17:05 Maaş və pensiya arasındakı fərq - Təqaüdə çıxmaqdansa, işləməyə üstünlük verirlər 16:36 Ursula Fon der Lyayen Azərbaycana səfərə gəldi 16:47 Afrikalı fransızlar dünya çempionu olacaqlar! 16:43 Ölkələrin iqtisadiyyatları sanksiyalara necə öyrəşirlər? 16:35 Heyvanlara zərər verənlərə ağır cəzalar gələ bilər – AÇIQLAMA 16:32 1/16 final mərhələsinin növbəti oyunları açıqlandı 16:24 Elnur Hidayətoğlu vəzifəsindən ayrıldı 16:22 MEDİA Prezidentə inamı açıqladı - SORĞU 16:14 İranın "Hörmüz"ü var, Azərbaycanın nəyi var? 16:11 Xameneinin dəfni zamanı yüzlərlə məhbus əfv olunacaq 16:00 İrəvan Moskva ilə razılığa gəlir: Paşinyan və Mişustin nələri müzakirə etdi? 15:47 Ukrayna Rusiya üzərində tarixi qələbəyə yaxınlaşır - son 4 gün... 15:37 Rusiyanın strateji obyekti alovlara təslim oldu - VİDEO 15:37 Ukraynanın növbəti prezidenti o olacaq 15:23 Amerika İran gəmisini birgə təlimə dəvət etdi, sonra torpedo ilə vuraraq batırdı 15:18 İsrail "erməni soyqırımı" edir — Paşinyan hədəqədən çıxdı 15:11 All News