Açıqlamalar göstərir ki, Rusiya Ermənistanı işğala zəmin hazırlayır

Açıqlamalar göstərir ki, Rusiya Ermənistanı işğala zəmin hazırlayır
08.06.2026 16:15 Təhlil

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistandakı parlament seçkilərinin “Qərbin və Aİ-nin müxalifətə qarşı görünməmiş təzyiqi və müdaxiləsi” şəraitində keçirildiyini bəyan edib.

Hakim “Mülki Müqavilə” Partiyasının dəstəyinin xeyli azalmasını, Erməni Apostol Kilsəsinə qarşı təzyiqləri və cəmiyyətin dərin qütbləşməsini vurğulayan bu mövqe  Moskvanın gələcək addımları üçün zəmin deməkdir. 

Seçkilərdən sonra Rusiyanın Ermənistanda hansı taktikalara əl ata biləcəyi ilə bağlı bir neçə ehtimal var: 

Rusiya artıq “Mülki Müqavilə”nin zəiflədiyini qeyd edib. Seçkidən sonrakı dövrdə Rusiyayönlü müxalif qüvvələrə (xüsusilə Köçəryan və ya digər ənənəvi liderlərə yaxın qruplara) maliyyə, media və təşkilati dəstəyin artırılması mümkündür. Kilsə ilə bağlı təzyiqlərə cavab olaraq, Rusiya Erməni Apostol Kilsəsini “milli dayaq” kimi ön plana çıxararaq dini və mədəni kartı daha fəal şəkildə işə sala bilər. Bu isə küçə etirazlarını və ya yeni siyasi platformaların yaranmasını stimullaşdıra bilər.

Ermənistan Rusiya qazı və enerji resurslarından ciddi şəkildə asılıdır. Seçkilərdən sonra Qərbə daha da yaxınlaşma siqnalları verilsə, Moskva qaz qiymətlərini artırmaq, təchizatı məhdudlaşdırmaq və ya Avrasiya İqtisadi İttifaqı çərçivəsində təqdim olunan güzəştləri ləğv etməklə İrəvana iqtisadi xəbərdarlıq göndərə bilər. Eyni zamanda, Rusiyada yaşayan erməni diasporunun pul köçürmələri və biznes əlaqələri də təzyiq alətinə çevrilə bilər.

Həmçinin Kremlin mətbuat katibi Dmitri Peskov Ermənistandakı parlament seçkilərinin yekun nəticələrini gözlədiklərini və proses zamanı baş verdiyi iddia olunan “çoxsaylı qanun pozuntuları” ilə bağlı bütün məlumatları diqqətlə qeydə aldıqlarını bildirib. Bu da  Rusiyanın seçki prosesinə tənqidi yanaşdığını və gələcək mövqeyini formalaşdırmaq üçün arqumentlər topladığını göstərir.

Artıq informasiya müharibəsi başlayıb.  Rusiya mediası və sosial şəbəkələri vasitəsilə “Qərb satqınlığı”, “Paşinyanın ölkəni xarici qüvvələrin təsiri altına verməsi” və “milli xəyanət” kimi narrativlərin gücləndirilməsi ehtimalı var. Erməni dilində xüsusi kontent, Telegram kanalları və kilsə ilə bağlı materiallar daha geniş şəkildə yayıla bilər. Bu isə cəmiyyətdəki qütbləşməni daha da dərinləşdirə bilər.

Ən real ssenaridə Rusiya birbaşa hərbi müdaxiləyə əl atmadan, hibrid üsullarla (iqtisadi təzyiq, daxili siyasi qüvvələrə dəstək və informasiya kampaniyaları vasitəsilə) Paşinyan hakimiyyətini zəiflətməyə çalışacaq. Bununla belə, hərbi müdaxilə kimi daha sərt addımlar ehtimalını da tam istisna etmək olmaz.

Bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putinin xarici ölkələrdə Rusiya vətəndaşlarının həbsi, saxlanılması və ya təqibi hallarında rus silahlı qüvvələrinin istifadəsinə imkan verən qanunu imzalaması da Ermənistana müdaxilə etmək üçün   potensial təzyiq "kozr"ı ola bilər.  

Məqsəd ya hakimiyyət dəyişikliyinə nail olmaq, ya da İrəvanı Qərblə yaxınlaşma siyasətindən geri çəkilməyə məcbur etmək ola bilər.   Zaxarovanın sərt tonu göstərir ki, Moskva Ermənistanı öz təsir dairəsindən çıxarmağa hazır deyil və Qərbin bölgədəki fəallığını cavabsız qoymaq niyyətində də  deyil.

Qeyd edək ki, Antonio Kosta, Irakli Kobaxidze və Kasım-Comart Tokayev artıq Paşinyanı təbrik ediblər. Bu isə Qərbin və bəzi MDB ölkələrinin Paşinyana siyasi dəstək verdiyini göstərir və Rusiya ilə Qərb arasında yeni rəqabət dalğasını gücləndirə bilər. 

Ermənistan hazırda iki böyük geosiyasi mərkəzin arasında sıxışmış vəziyyətdədir. Qərbin artan təsiri ilə Rusiyanın mümkün “qayıdış strategiyası” arasında seçim etmək məcburiyyətində qaldığı barədə fikirlər səsləndirilir. Mübarizənin toxumları isə artıq media məkanında səpilir.

Hətta, bəzi ekspertlər deyirlər ki, Rusiya "start"da dayanıb. 

Moskvanın bu dəfə yalnız bəyanatlarla kifayətlənəcəyini, yoxsa real təsir alətlərini işə salacağını yaxın zamanda görəcəyik.  

Jalə Rövşən 

NEWS FEED
16 JUNE 2026
Rusiyanı 1941-ci ildən pis hala salarıq – Almanların gözü "qızdı" 14:29 İranda kim uduzdu, kim uddu, peşmanı kim olacaq? 14:29 Rusiya və Türkiyə XİN rəhbərləri arasında görüş başladı 14:15 7 min pakistanlı turist Bakıdan qayıtmadı - Təhlükəli vəziyyət yarandı 14:09 Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 All News