ABŞ-nin "qırmızı xətti": İranın “nüvə oyunu” gərginləşir…

ABŞ-nin "qırmızı xətti": İranın “nüvə oyunu” gərginləşir…
02.07.2025 16:23 Təhlil

İranın nüvə potensialının artması ABŞ və müttəfiqləri üçün “qırmızı xətt” sayılır”.

Politoloq Tural İsmayılov bunu TodayPress TV-yə açıqlamasında deyib.

O qeyd edib ki, İran-ABŞ münasibətlərinin gərginləşməsi son illərdə, xüsusilə İranın nüvə proqramı ətrafında ciddiləşərək regional və qlobal təhlükəsizlik üçün ciddi risklər yaradır:

“1979-cu il İslam İnqilabından sonra iki ölkə arasında etimadın olmaması və qarşılıqlı düşmənçilik siyasəti münasibətləri daim gərgin saxlayıb. İranın uranı 60%-ə qədər zənginləşdirməsi və qabaqcıl sentrifuqalar istifadə etməsi nüvə silahı potensialını artırır ki, bu da ABŞ və müttəfiqləri üçün “qırmızı xətt” sayılır. ABŞ-nin 2018-ci ildə nüvə sazişindən çıxması və sanksiyaların sərtləşdirilməsi İranın iqtisadiyyatını zəiflətsə də, Tehranın nüvə ambisiyalarını gücləndirib. İsrailin 2025-ci ilin iyununda İrana zərbələri və ABŞ-nin bu hücumlarda iştirakı gərginliyi pik həddə çatdırıb”. 

Ekspert hesab edir ki, İranın nüvə silahı əldə etməsi qısamüddətli perspektivdə çətin görünür:

“Zənginləşdirilmiş urandan döyüş başlığına keçid 18-24 ay tələb edir. Əgər İran nüvə silahı əldə etsə, bu, hücum edənlər üçün çəkindirici amil ola bilər, lakin eyni zamanda regionda silahlanma yarışını sürətləndirər. ABŞ-nin hərbi müdaxilə siyasəti İranın daxili rejimini zəiflətməyə yönəlsə də, Tehran tam təslim olmaqdan imtina edir və “ön müdafiə” strategiyasını davam etdirir. İranın nüvə silahına sahib olması ABŞ və İsrail üçün strateji təhlükə yaratsa da, Tehran üçün bu, rejimin sağ qalmasını təmin edən “toxunulmazlıq” qarantiyası kimi görünür. Lakin nüvə silahının istifadəsi İran üçün fəlakətli nəticələrə, o cümlədən qlobal təcridə və hərbi cavaba səbəb ola bilər. ABŞ-nin daxilində hərbi müdaxiləyə qarşı müxalifət, xüsusilə “Öncə Amerika” tərəfdarlarının təzyiqləri Trampın hərbi eskalasiyadan çəkinməsinə səbəb ola bilər. Diplomatik danışıqların bərpa olunması hazırda çətin görünür. İran-ABŞ qarşıdurması yeni müharibəyə çevrilə, lakin bu, daha çox lokal zərbələr və proksi müharibələri şəklində ola bilər. Nəticədə, İranın nüvə silahı əldə etməsi çəkindirici amil olsa da, regionda və dünyada daha geniş eskalasiya riskini artırır”.

Qeyd edək ki, “Böyük yeddilik” kimi tanınan dünyanın 7 sənayeləşmiş ölkəsinin xarici işlər nazirləri ötən gün verdikləri birgə bəyanatda İsrail və İran arasında atəşkəsi dəstəklədiklərini bildiriblər. Eyni zamanda İranın nüvə proqramı ilə bağlı razılığa gəlmək üçün danışıqların bərpa olunmasını istəyiblər. ABŞ lideri Donald Tramp isə davamlı olaraq İranın nüvə silahı əldə etmək hüququna malik olmadığını israr edir və İran daxilində uranın zənginləşdirməsini tamamilə dayandırmağa çağırır. 

Qiymət Mahir

FOTOLAR

ABŞ-nin "qırmızı xətti": İranın “nüvə oyunu” gərginləşir… — 1
XƏBƏR LENTİ
31 IYUL 2026
25 mindən çox miqrant Seutadan Mərakeşə qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Səudiyyə İranı məğlub etmək üçün İraqı vurdu - YENİ SSENARİ İŞƏ DÜŞDÜ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 Bütün Xəbərlər