5 saatlıq Putin-Uitkoff Görüşü: NƏTİCƏLƏR

5 saatlıq Putin-Uitkoff Görüşü: NƏTİCƏLƏR
03.12.2025 16:45 Təhlil

Dekabrın 2-də Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff arasında görüş baş tutub. Qapalı formatda təxminən 5 saat davam edən görüşdən sonra Rusiya prezidentinin köməkçisi Yuri Uşakov ABŞ–Rusiya danışıqlarının bəzi məsələlərində yaxınlaşma olsa da, hələ əsas kompromislərin tapılmadığını bildirib. Onun sözlərinə görə, görüşdə ərazi məsələləri də müzakirə edilib, lakin liderlərin görüşü hələ planlaşdırılmır. Uşakov prosesin “faydalı” olduğunu və tərəflərin əməkdaşlıq perspektivlərini gördüyünü vurğulayıb.


Maraqlıdır, Yuri Uşakovun açıqlamaları fonunda prosesin gedişatı necə inkişaf edəcək?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Tofiq Abbasov bildirib ki, yaxın zamanda böyük irəliləyiş gözlənilmir:


"Əsas məsələ odur ki, bu görüş baş tutdu. Dərhal böyük nəticələr gözləmək isə sadəlövhlük olardı, çünki tərəflərin yanaşmalarında ciddi fərqlər və boşluqlar mövcuddur. Hazırda Rusiya həm hərbi, həm də psixoloji üstünlüyə malik olduğundan onu razı salmaq asan olmayacaq. Ukrayna üçün ən ağrılı məsələ ərazi məsələsidir. Çünki Rusiya Krım istisna olmaqla təxminən 20 min kvadrat kilometr ərazini nəzarətdə saxlayır və bu torpaqları geri qaytarmaq istəməyəcəyi aydındır. Tarix göstərir ki, “qanla alınan torpaq” asanlıqla verilməz".


Onun sözlərinə görə, Rusiya NATO genişlənməsini təhlükə saydığı üçün Qərblə gərginliyi artıb: 

"Rusiya uzun müddətdir Ukraynadan potensial təhlükə görürdü. Qərbin Ukraynanı NATO-ya üzv etmək cəhdləri Moskvanın əsas narahatlıqlarından biridir. Rusiya isə NATO-nun öz sərhədlərinə yaxınlaşmamasını və Avropa ölkələrindən təhlükəsizlik zəmanətləri almağı tələb edir. Bunun fonunda Moskva nümayəndələri dəfələrlə qeyd ediblər ki, lazım gəlsə, taktiki nüvə silahından istifadə edilə bilər. Onların fikrincə, Qərb Rusiyanı sıxışdırır və açıq şəkildə düşmən mövqeyi sərgiləyir".


O, vurğulayıb ki, Putinin Münhen Təhlükəsizlik Konfransından sonra münasibətlərin mahiyyəti dəyişdi: artıq tərəfdaşlıqdan yox, birbaşa rəqabət və qarşıdurmadan danışılır. Rusiya və Qərb bu gün bir-birini ekzistensial rəqib və hətta düşmən kimi görür. Bu səbəbdən tərəflərin bir-birinə ciddi güzəştlər etməsi real görünmür.

Politoloq qeyd edib ki, ABŞ-Rusiya dialoqu qeyri-müəyyəndir:

"Donald Tramp Avropadan məsafələşməklə yanaşı, Rusiya ilə daha etibarlı dialoqa meylli olduğunu bildirir. Lakin bu dialoqun necə inkişaf edəcəyi hələ məlum deyil. Rusiya hərbi üstünlüyünü diplomatik masada da təzyiq aləti kimi görür. Son günlər döyüşlərin gedişatı göstərir ki, Ukrayna ordusu bir çox istiqamətdə çətin vəziyyətdədir və geri çəkilir. Bu informasiya təkcə Rusiya yox, Qərb mənbələri tərəfindən də təsdiqlənir. Onlarla istiqamətdə Rusiya hücum mövqeyindədir və Ukrayna ordusu ciddi resurs çatışmazlığı yaşayır".


Analitik hesab edir ki, görüş vacib idi, amma əsas razılaşmaların təməli artıq Alyaskada Tramp və Putin arasında keçirilmiş görüşdə qoyulub. Hazırkı danışıqlar isə daha çox taktiki məsələlərin razılaşdırılmasıdır və bu prosesdə iki tərəfin nümayəndələri – Uşakov, Kirillov, Stiv Uitkoff, Cared Kuşner – fəal iştirak edir.

Tofiq Abbasov onu da vurğulayıb ki, Ukraynanın atəşkəs qərarı prosesin taleyini müəyyən edəcək:

"Prosesin necə inkişaf edəcəyi Ukraynanın qərarından asılı olacaq. Əgər Ukrayna atəşi dayandırmasa və qoşunlarını təmas xəttindən geri çəkməsə, vəziyyəti daha da ağırlaşacaq. Rusiya hərbi yolla təzyiqi artıracaq. Rusiyanın təminat, sənaye potensialı və müttəfiq dəstəyi Ukraynadan daha üstündür və Moskva hərbi-sənaye kompleksini maksimal gücdə işlədir".


Ekspert sonda əlavə edib ki, əgər Qərb, xüsusilə Avropa, Ukraynaya real və kafi yardım göstərməsə, Kiyev daha ağır şərtlərlə sülhə məcbur ediləcək. Zelenski gec olmadan manevr edərək atəşkəsə nail olmağa çalışmalıdır ki, mövcud təmas xətti dondurulsun. Rusiya isə Ukrayna qoşunlarının təmas xəttindən geri çəkilməsini tələb edir. Onun sözlərinə görə, hazırda əsas məsələ Rusiya ordusunun irəliləməsinin qarşısını almaqdır.  

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
31 JULY 2026
Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 “Port Baku”da ev yanır - VİDEO 18:39 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Səudiyyə İranı məğlub etmək üçün İraqı vurdu - YENİ SSENARİ İŞƏ DÜŞDÜ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 All News