"5 qəpiklik" dronla milyonluq helikopteri aşıran İran bu əraziləri şəxsi mülkü adlandırdı

"5 qəpiklik" dronla milyonluq helikopteri aşıran İran bu əraziləri şəxsi mülkü adlandırdı
10.06.2026 14:47 Təhlil

ABŞ Ordusuna məxsus "Apache" tipli hərbi helikopter Hörmüz boğazı yaxınlığında İranın Shahed-136 kamikadze dronu ilə vurularaq qəzaya uğrayıb.

Hadisədən sonra İranın Xarici İşlər naziri Seyid Abbas Əraqçi sərt açıqlama verərək bildirib ki, Hörmüz boğazı beynəlxalq sular sayılmır və bu ərazi yalnız İran və Oman arasında bölüşdürülmüş su hövzəsidir.

Nazir həmçinin vurğulayıb ki, regionda xarici hərbi qüvvələrin mövcudluğu qəbulolunmazdır və boğazın statusu iki sahilyanı ölkənin suverenliyinə aiddir.

Hörmüz boğazı dünyanın ən strateji dəniz keçidlərindən biridir.  Fars körfəzini Oman körfəzi və Hind okeanı ilə birləşdirən bu dar su yolunun eni ən dar nöqtəsində cəmi 33 kilometrdir. Şimal sahili İrana, cənub sahili isə Oman Sultanlığına məxsusdur. Qlobal neft daşımalarının təxminən 20 faizi məhz bu boğazdan keçir, buna görə də o, dünya enerji təhlükəsizliyi üçün kritik nöqtəsi sayılır.

1959-cu ildə İran, 1972-ci ildə isə Oman öz ərazi sularını 12 dəniz mili genişləndirib. Bu da nəticədə boğazın böyük hissəsinin həmin iki ölkənin ərazi sularına düşməsinə səbəb olub.

Beynəlxalq hüquqa əsasən Hörmüz boğazı “beynəlxalq boğaz” statusuna malikdir və burada tranzit keçid hüququ tətbiq olunur. Amma o, açıq dəniz (high seas) sayılmır. İran BMT-nin Dəniz Hüququ Konvensiyasına qoşulmayıb və yalnız “masum keçid” prinsipini qəbul edir.

Oman isə konvensiyanın üzvü olsa da, hərbi gəmilərin keçidi üçün əvvəlcədən icazə tələb edir. Bu fərqli yanaşmalar uzun illərdir regionda gərginliyin əsas mənbələrindən biri kimi qalır.

Jalə Rövşən 

NEWS FEED
30 JULY 2026
İlk görüş, parlaq qələbə: Fatimə Bayramova rəqib tanımadı 12:15 Erdal Beşikçioğlu saxlanıldı 12:07 İngilislərin dünya çempionu olduğu gün - Dünya bu məşhur azərbaycanlıdan danışır 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 All News