414 illik "Erməni quyusu": Erməni saxtakarlığının növbəti ünvanı...

414 illik "Erməni quyusu": Erməni saxtakarlığının növbəti ünvanı...
17.11.2025 12:55 Təhlil

Ukraynanın Ternopol vilayətinin kənd ərazisində 414 illik unikal abidə aşkar edilib. Ternopol vilayətinin Yazlovets kəndində tədqiqatçılar təsadüfən 1611-ci ilə aid olan hidravlik konstruksiyanı kəşf ediblər. Bu abidə Erməni mediasında “Erməni quyusu” kimi təqdim olunub. 

Ekspertlər hesab edirlər ki, bu, erməni siyasi dairələrinin müxtəlif ölkələrdə abidələr üzərindən “erməni izi” axtarma praktikasının yeni istiqamətidir. Məqsəd gələcək iddialar üçün saxta “tarixi baza” yaratmaq cəhdi kimi qiymətləndirilir. 

Maraqlıdır Ukraynada 414 illik “Erməni quyusu” ətrafında yaradılan bu informasiya manipulyasiyası Ermənistanın regiondan kənarda da yeni “tarixi dayaqlar” formalaşdırmaq strategiyasının davamıdırmı və bu cür iddialar gələcəkdə hansı siyasi riskləri yarada bilər?


Məsələ ilə bağlı TodayPress TV -yə danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, bu, ermənilərin ənənəvi siyasətidir:

 "Onlar uzun illərdir müxtəlif bölgələrdə özlərinə aid tarixi irs formalaşdırmağa çalışır və tarixi saxtalaşdırmaqla məşğul olurlar".

Ekspert qeyd edib ki, ermənilər harada yaşasalar, tarixi öz xeyirlərinə saxtalaşdırmağa çalışırlar:

"Tez-tez böyük iddialarla çıxış etsələr də, nəticədə bu iddiaların əsassızlığı üzə çıxır və özlərini biabırçı vəziyyətə salırlar. Bu faktlar göstərir ki, Ermənistanın yaratdığı problem təkcə Türk dünyasına qarşı yönəlməyib – erməni siyasi düşüncəsinin mahiyyəti, başqa sözlə, “erməni xisləti” bir çox ölkələr üçün ziyanlı davranış modelinə çevrilib. Onlar yaşadıqları və mövcud olduqları hər yerdə bu tip abidələr axtarır, tarixi öz mənfəətlərinə uyğun şəkildə dəyişməyə cəhd göstərirlər".

O vurğulayıb ki, Qarabağ azad edildikdən sonra illərlə bölgədə Azərbaycan tarixinin məqsədli şəkildə təhrif edildiyi və bu saxtalaşdırmanın izləri bu gün də açıq şəkildə görünür:

"Sovet dövründə Azərbaycana qarşı bu siyasətin necə aparıldığını yaxşı bilirik. Azərbaycanın xoş niyyətindən istifadə edərək, bizim tarixi abidələrin kütləvi şəkildə saxtalaşdırılmasına çalışdılar. Qarabağ işğaldan azad edildikdən sonra işğal dövründə həmin ərazilərdə aparılan genişmiqyaslı saxtalaşdırma kampaniyasının izlərini aydın şəkildə gördük. Prezident İlham Əliyev dəfələrlə bu faktları dilə gətirib və göstərib ki, ermənilər işğal illərində tarixi necə təhrif ediblər".

Z.Əmrəliyev sonda əlavə edib ki, bu faktları nəzərə alsaq, Ukraynada analoji saxtalaşdırma cəhdlərinin ortaya çıxması təəccüblü deyil. Hazırda Ukraynada müharibə davam edir, ölkədə vəziyyət qarışıqdır və erməni siyasi dairələri belə həssas situasiyadan istifadə edərək tarixi abidələri “erməniləşdirməyə” çalışırlar. Bu, həqiqətən də, ciddi və narahatlıq doğuran faktdır və bütöv bir millətin faciəsi kimi qiymətləndirilə bilər. 

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 All News