Prezidentin yeni təyinat verdiyi Fəxrəddin İsmayılov kimdir ?

Prezidentin yeni təyinat verdiyi Fəxrəddin İsmayılov kimdir ?
06.08.2026 14:53 Araşdırma

Prezident İlham Əliyev Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyində kadr dəyişikliyi ilə bağlı sərəncamlar imzalayıb.

Sərəncamlara əsasən, Elman Telman oğlu Abdullayev Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb. Digər sərəncamla isə Fəxrəddin Nəcəf oğlu İsmayılov Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi təyin edilib. 

Fəxrəddin İsmayılov ali təhsilini həm Azərbaycanda, həm də xaricdə alıb. Bakı Dövlət Universiteti və Fransanın Nitsa Sofiya Antipolis Universitetində bakalavr təhsili alıb. Daha sonra Belçikanın Brüssel Azad Universitetində (Vrije Universiteit Brussel) Avropaya inteqrasiya üzrə magistr dərəcəsinə yiyələnib. Dövlət idarəçiliyi sahəsində ikinci magistr təhsilini isə ABŞ-nin Harvard Universitetinin Harvard Kennedy School-da tamamlayıb.

Fəxrəddin İsmayılov Azərbaycan, ingilis, fransız və rus dillərini sərbəst bilir.

Diplomatik fəaliyyətinə 2000-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində başlayıb. Xidmət illərində nazirliyin mərkəzi aparatında, eləcə də Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyində və Avropa Şurası yanında Daimi Nümayəndəliyində müxtəlif məsul vəzifələrdə çalışıb. 

O, həmçinin Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı Səfirliyində müşavir vəzifəsində fəaliyyət göstərib. Xarici İşlər Nazirliyinin İnsan Hüquqları və Demokratiya İdarəsinin rəisi kimi də çalışaraq bu sahədə dövlət siyasətinin həyata keçirilməsində iştirak edib.

Azərbaycan Respublikası Prezidentinin 16 oktyabr 2018-ci il tarixli sərəncamı ilə Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi təyin olunan Fəxrəddin İsmayılov bu vəzifəni 2026-cı ilin avqust ayınadək icra edib.

Jalə Rövşən 

NEWS FEED
06 AUGUST 2026
Acı qidalardan kimlər uzaq durmalıdır? – Qastroenteroloq açıqladı 16:53 Gələcəyin peşələri dəyişir: Gənclər ən çox hansı ixtisaslara üz tutur? 16:48 Metroda 10 aylıq fasilə: Bakı nəqliyyatında nələr dəyişəcək? 16:45 Estoniyada məktəblilər üçün dron kursu başlayır 16:44 Türkiyə nəhəngi Salah transferini bitirdi! 16:35 2026 reqlamentinin sirrini “McLaren” açıqladı! 16:16 ABŞ üçün məsələ təkcə İran deyil - TRAMPIN YAXIN ŞƏRQ PLANI NƏDİR ? 16:15 Bu qida qocalmanı ləngidə bilər 16:01 Özbəkistan millisinin baş məşqçisi açıqlama verdi 16:01 İdman edənlərin nəzərinə: Yorğunluq hissini necə dəf etmək olar? 15:49 Qan təzyiqini ayaqda ölçün - Mütəxəssislər açıqladı 15:39 Ən faydalı şokolad növü açıqlandı - Bu növ iltihabı azalda bilər 15:31 Sanders: Pulu İsrailə yox vətəndaşlarımıza xərcləməliyik 15:18 “Qarabağ”ın səsinə Lublin stadionu şahid olacaq! 15:14 “Formula-1” ulduzlarının gecə macərası üzə çıxdı! 14:54 Prezidentin yeni təyinat verdiyi Fəxrəddin İsmayılov kimdir ? 14:53 Elman Abdullayev UNESCO-dan geri çağırıldı, yerinə təyinat oldu 14:29 Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi geri çağırıldı 14:26 Qəzzada 112 insan 1000 gündən sonra dəfn edildi - VİDEO 14:17 Rassell “Formula-1”dəki sərt reallığı açıqladı! 14:09 Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi geri çağırıldı, yenisi təyin olundu - FOTOLAR 14:04 Kannavaro millidəki gizli problemi üzə çıxardı! 13:51 Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirdi 13:43 Azərbaycanlı futbol funksioneri növbəti dəfə UEFA-nın seçimi oldu! 13:29 AZCON-a "Azərkosmos"la bağlı yeni səlahiyyətlər verildi 13:26 All News