Azərbaycanlıların rayonunda amerikalı ailəni 4 yaşı oğlu ilə dərədə öldürdülər - İllərə damğa vuran olay

Azərbaycanlıların rayonunda amerikalı ailəni 4 yaşı oğlu ilə dərədə öldürdülər - İllərə damğa vuran olay
11.07.2026 12:42 Araşdırma

2018-ci ilin iyul ayında Gürcüstanın dağlıq Duşeti rayonunda, Xada dərəsində baş vermiş cinayətdən səkkiz il ötdü. Amerika vətəndaşları olan Smitlər ailəsinin – Rayan, Lora və onların 4 yaşlı övladları Kalebin qətlə yetirilməsi həm Gürcüstan, həm də beynəlxalq müstəvidə ciddi əks-səda doğurmuşdu.


Rayan və Lora Smitlər sıradan bir turist ailəsi deyildilər. Onlar ABŞ-dən Gürcüstana köçmüş, altı ildən çox idi ki, Marneuli rayonunda məskunlaşaraq yerli icmanın bir hissəsinə çevrilmişdilər. Cütlük Gürcüstan vətəndaşlığını da qəbul etmişdi. Rayan Smit regional toxuculuq ənənələrini dirçəltmək, unudulmaqda olan qədim xalça dizaynlarını bərpa etmək məqsədilə "reWoven" layihəsini təsis etmiş və xalça biznesi qurmuşdu. Həyat yoldaşı Lora isə Marneulidə yerli azərbaycanlı və gürcü uşaqlara təmənnasız olaraq ingilis dili tədris edirdi. 4 yaşlı oğulları Kaleb isə bu multikultural mühitdə böyüyürdü.


İstintaq sənədlərinə əsasən, 2018-ci il iyulun 4-də Xada dərəsində kempinq edən Smitlər ailəsi ərazidə qoyun otaran 19 yaşlı gürcü çoban Malxaz Kobauri ilə qarşılaşıb. Onların arasında Kobaurinin ov tüfəngi zəminində mübahisə yaranıb. Mübahisə böyüdükdə Kobauri ov silahından Rayan Smitə arxadan atəş açaraq onu hadisə yerindəcə qətlə yetirib. Atasının öldürüldüyünü görən və qorxudan ağlayan 4 yaşlı Kaleb cinayətin şahidi olduğu üçün Kobauri tərəfindən yaxın məsafədən güllələnib. Həyat yoldaşı Lora Smit hadisə yerindən qaçmağa çalışarkən Kobauri tərəfindən təqib olunub. Ekspertizanın rəyinə görə, cinayətkar Lora Smitə qarşı cinsi təcavüz törətmiş, daha sonra isə onu boğaraq öldürüb cəsədini şəlalənin yaxınlığındakı dərəyə atmışdı.

Ailə ilə əlaqə kəsildikdən sonra iyulun 6-da genişmiqyaslı axtarış-xilasetmə əməliyyatına başlanılıb. İlk olaraq şəlalə yaxınlığında Lora Smitin cəsədi tapılıb. İlkin baxışda bunun bədbəxt hadisə nəticəsində yıxılma olduğu ehtimal edilsə də, sonrakı ekspertizalar zorakılıq izlərini üzə çıxarıb. Çox keçmədən Rayan Smitin də meyiti tapılıb. Şübhəli şəxs qismində saxlanılan çoban Malxaz Kobauri dindirilmə zamanı 4 yaşlı Kalebin cəsədini gizlətdiyi yeri – qar uçqunu və kolların altını müstəntiqlərə göstərib.


Məhkəmə gedişatında Malxaz Kobauri ilkin etiraf ifadəsindən imtina edərək cinayəti özünün törətmədiyini, əraziyə gələn tanımadığı iki silahlı şəxsin Smitlər ailəsini onun gözü qarşısında öldürdüyünü və onu susmağa məcbur etdiyini iddia edib. Lakin prokurorluğun təqdim etdiyi təkzibolunmaz maddi sübutlar bu versiyanı tamamilə alt-üst edib. Ballistik ekspertiza qətlin törədildiyi ov silahının birbaşa Kobauriyə məxsus olduğunu, DNT ekspertizası isə mərhum Lora Smitin bədənində və geyimlərində Kobaurinin bioloji izlərinin qaldığını təsdiqləyib. Eyni zamanda hadisə yerində başqa heç bir kənar şəxsə aid iz tapılmayıb.


2019-cu ilin mart ayında Mtsxeta Rayon Məhkəməsində andlılar məhkəməsi yekdil qərarla Malxaz Kobaurini ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə (iki və ya daha çox şəxsi, o cümlədən köməksiz vəziyyətdə olan uşağı öldürmə) və cinsi zorakılıq maddələri ilə təqsirli bilib. Məhkəmə ona qanunda nəzərdə tutulmuş ən ağır cəzanı – ömürlük həbs cəzasını kəsib. Səkkiz il sonra da bu hadisə Gürcüstanın hüquq tarixində ən ağır və rezonans doğuran cinayət işlərindən biri kimi araşdırma materiallarında qalır.

Qiymət Mahir

NEWS FEED
11 JULY 2026
Morten Yulmannın "Sportinq"dəki 141 matçlıq erası bitdi 14:43 Nə səsi var, nə də mühərriki... – NASA-nın gizlətdiyi görüntülər açıldı... 14:37 Bakıda 3 küçə tamamilə məhdudlaşdırılacaq – SƏBƏB... 14:15 Şuşanın daha bir parçası canlanır – Kiçik Qaladərəsinə daha 11 ailə qayıdacaq 14:13 İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə görüşdü 14:10 Prezidenti maliyyələşdirən investor hökumətin başına keçir: Sandu baş nazir postunu ona verir 13:51 "Ağ-qaralar"ın təcrübəli kapitanı formanı təhvil verdi 13:42 Kim qapıları bağladı! – "Biz yox, NATO və tərəfdaşlarınız silahsızlaşsın" 13:34 Dağlıq rayonlarda yaşayanların nəzərinə! Temperatur... 13:18 Pərdəarxası Hörmüz bazarlığı – Vaşinqton Tehrandan hansı rəsmi bəyanatı tələb edir? 12:47 Azərbaycanlıların rayonunda amerikalı ailəni 4 yaşı oğlu ilə dərədə öldürdülər - İllərə damğa vuran olay 12:17 Fatimənin qatili Batumi aeroportunda saxlanıldı - FOTO/VİDEO 12:22 Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - Video 12:11 Amerika kəşfiyyatı Trampın öldürülməsinə imkan vermədi – Sui-qəsdi necə açdılar? 11:43 Ukrayna Rusiyanın adını gördüyü hər şeyi dağıdır 11:26 1000 raket İrana tuşlanıb, əmr verilib 11:11 Şərqi Tehran əyalətində partlayış səsi eşidildi 11:18 İlham Əliyev Monqolustan Prezidentini təbrik etdi 11:48 Prezident Laçında Hoçaz çayının üzərindəki su elektrik stansiyalarının açılışında iştirak etdi 11:46 İlham Əliyev Laçında "Həkəriçay" su anbarının təməlini qoydu 11:01 Tramp Avropa liderləri ilə məzələndi: "Gərək Ərdoğan onlara su tapançası verərdi" 10:39 İranın son 24 saatı - Amerika yekun zərbə vuracaq 10:35 Rusiya ordusu qırıldı, bitdi - Ukrayna dəhşətli rəqəmləri açıqladı 10:29 Dünya iqtisadiyyatının "şah damarı" kəsilir 10:07 Fars körfəzində təxliyə əməliyyatı: 1200 dənizçi Hörmüz boğazından necə çıxarıldı? 09:45 All News