İlham Əliyev Laçında "Həkəriçay" su anbarının təməlini qoydu

İlham Əliyev Laçında "Həkəriçay" su anbarının təməlini qoydu
11.07.2026 11:01 Daxili siyasət

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Laçında "Həkəriçay" su anbarının təməlini qoyub.

TodayPress TV xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Prezident İlham Əliyevə layihə barədə məlumat verib.

Bildirilib ki, layihəyə əsasən Azərbaycanın hüdudlarında formalaşan Həkəri çayı üzərində ümumi tutumu 100 milyon kubmetr, faydalı həcmi isə 90 milyon kubmetr olan su anbarının yaradılacaq, həmçinin suburaxma qabiliyyəti saniyədə 8 kubmetr, uzunluğu isə 172 kilometrə yaxın magistral boru kəməri inşa ediləcək.

Bu infrastrukturun Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Xocavənd və Ağdam rayonları üzrə təqribən 700 min nəfəri saniyədə 2,5 kubmetr həcmində keyfiyyətli içməli su ilə təmin etmək potensialı olacaq.

"Həkəriçay" su anbarından qidalanan magistral boru kəmərinin üzərində ümumi gücü 10.81 MVt olan 3 su elektrik stansiyasının (SES) tikintisi də nəzərdə tutulur.

Qeyd edək ki, "Həkəriçay" su anbarı əhalinin keyfiyyətli və dayanıqlı içməli su təminatı ilə yanaşı, işğaldan azad edilmiş ərazilərimizin su ehtiyatlarının səmərəli idarə olunmasında, bölgənin, habelə ölkəmizin digər iri şəhərlərinin içməli su təchizatının yaxşılaşdırılmasında və regionların sosial-iqtisadi inkişafının dəstəklənməsində mühüm rol oynayacaq.


XƏBƏR LENTİ
11 IYUL 2026
Azərbaycanlıların rayonunda amerikalı ailəni 4 yaşı oğlu ilə dərədə öldürdülər - İllərə damğa vuran olay 12:17 Fatimənin qatili Batumi aeroportunda saxlanıldı - FOTO/VİDEO 12:22 Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - Video 12:11 Amerika kəşfiyyatı Trampın öldürülməsinə imkan vermədi – Sui-qəsdi necə açdılar? 11:43 Ukrayna Rusiyanın adını gördüyü hər şeyi dağıdır 11:26 1000 raket İrana tuşlanıb, əmr verilib 11:11 Şərqi Tehran əyalətində partlayış səsi eşidildi 11:18 İlham Əliyev Monqolustan Prezidentini təbrik etdi 11:48 Prezident Laçında Hoçaz çayının üzərindəki su elektrik stansiyalarının açılışında iştirak etdi 11:46 İlham Əliyev Laçında "Həkəriçay" su anbarının təməlini qoydu 11:01 Tramp Avropa liderləri ilə məzələndi: "Gərək Ərdoğan onlara su tapançası verərdi" 10:39 İranın son 24 saatı - Amerika yekun zərbə vuyracaq 10:35 Rusiya ordusu qırıldı, bitdi - Ukrayna dəhşətli rəqəmləri açıqladı 10:29 Dünya iqtisadiyyatının "şah damarı" kəsilir 10:07 Fars körfəzində təxliyə əməliyyatı: 1200 dənizçi Hörmüz boğazından necə çıxarıldı? 09:45 Azərbaycan XİN Monqolustanı təbrik etdi 09:37 Qazaxda ağır yol qəzası baş verdi, 3 nəfər xəsarət aldı 09:33 Kiyevdə gecəyarı dəhşəti – Rusiya paytaxta ballistik raketlərlə hücum etdi 09:19 Əhaliyə XƏBƏRDARLIQ: Bu ərazilər işıqsız qalacaq 22:12 Bağırsağınızı xilas edən 8 içki açıqlandı 00:11 Bu məhsulları soyuducuda saxlamaq təhlükəlidir - SİYAHI 23:30 Bu şəhərdə havanı 8 dərəcə soyudan sistem işə salındı 23:23 Hər gün bu qədər badam yeyin – Bədəninizdəki dəyişiklik sizi təəccübləndirəcək 23:17 Saakaşvili Putinlə bağlı ilk dəfə bunları dedi 01:44 Bakıda məktəb ərazisində bıçaqlanma oldu 01:39 Bütün Xəbərlər