Leyla Əliyeva və Arzu Əliyeva Altıağac Milli Parkını ziyarət etdilər

Leyla Əliyeva və Arzu Əliyeva Altıağac Milli Parkını ziyarət etdilər
24.06.2025 14:03 Sosial

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Xızı rayonuna səfəri çərçivəsində Altıağac Milli Parkının ərazisində yerləşən Vəhşi Heyvanlar üçün Reabilitasiya Mərkəzinin yenidən qurulmasının təməlqoyma mərasimində iştirak ediblər.

TodayPress TV xəbər verir ki, burada reabilitasiyaya ehtiyacı olan vəhşi heyvanların, xüsusilə də ayıların təbii yaşam mühitinə qaytarılması üçün zəruri şərait yaradılacaq.

Mərkəzdə heyvanların baytarlıq müayinələrindən keçirilməsi, fiziki reabilitasiya prosesləri, davranış bərpası mərhələləri üzrə proqramlar və xüsusi qidalanma rejimləri tətbiq olunacaq. Bu proseslər heyvanların yalnız tam hazır olduqları halda təbii yaşam mühitinə buraxılmalarını təmin edəcək.

Daha sonra Bakı Zooloji Parkında uzunmüddətli reabilitasiya prosesi tamamlanmış və tam sağalmış vəhşi quşlar Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı ilə Altıağac Milli Parkının ərazisində təbiətə buraxılıb. Təbiətə buraxılan quşlar arasında 2 bataqlıq belibağlısı və 1 ağquyruq sahil qartalı var. Bu yırtıcı quş növləri zəifləmiş və xəsarət almış vəziyyətdə yerli sakinlər tərəfindən aşkarlanaraq Bakı Zooloji Parkına təhvil verilmişdi. Zooloji Parkda mütəxəssislərin nəzarəti altında quşlar tam reabilitasiya olunaraq təbii yaşam mühitinə uyğun vəziyyətə gətirilib. Reabilitasiyadan sonra quşların təbiətə buraxılması ekosistemdə balansın bərpası və biomüxtəlifliyin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.

IDEA İctimai Birliyi vətəndaşlara müraciət edərək bildirir ki, vəhşi heyvanların ev şəraitində saxlanılması biomüxtəlifliyin zəifləməsinə, təbii balansın pozulmasına və heyvanların həyatına ciddi təhlükə yaranmasına səbəb olur. Bu cür hallar vəhşi heyvanların təbii instinktlərini itirməsinə, stres və aqressiv davranışlara yol açmaqla yanaşı, həmçinin insan həyatı üçün potensial təhlükə yaradır. Eyni zamanda, vətəndaşlardan zəif və ya xəsarət almış vəhşi heyvanlarla rastlaşdıqda onların reabilitasiyaya cəlb olunması üçün Bakı Zooloji Parkının qaynar xəttinə (012 4401096) məlumat vermələri xahiş olunur.

FOTOLAR

Leyla Əliyeva və Arzu Əliyeva Altıağac Milli Parkını ziyarət etdilər — 1
Leyla Əliyeva və Arzu Əliyeva Altıağac Milli Parkını ziyarət etdilər — 2
Leyla Əliyeva və Arzu Əliyeva Altıağac Milli Parkını ziyarət etdilər — 3
Leyla Əliyeva və Arzu Əliyeva Altıağac Milli Parkını ziyarət etdilər — 4
Leyla Əliyeva və Arzu Əliyeva Altıağac Milli Parkını ziyarət etdilər — 5
Leyla Əliyeva və Arzu Əliyeva Altıağac Milli Parkını ziyarət etdilər — 6
Leyla Əliyeva və Arzu Əliyeva Altıağac Milli Parkını ziyarət etdilər — 7
Leyla Əliyeva və Arzu Əliyeva Altıağac Milli Parkını ziyarət etdilər — 8
Leyla Əliyeva və Arzu Əliyeva Altıağac Milli Parkını ziyarət etdilər — 9
XƏBƏR LENTİ
31 IYUL 2026
Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Səudiyyə İranı məğlub etmək üçün İraqı vurdu - YENİ SSENARİ İŞƏ DÜŞDÜ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Bütün Xəbərlər