Hansı valideynlərə güzəştlər olunacaq? – AÇIQLANDI

Hansı valideynlərə güzəştlər olunacaq? – AÇIQLANDI
13.06.2025 16:27 Sosial

Milli Məclisin deputatı Fatma Yıldırım parlamentin Elm və təhsil komitəsinin iclasında təklif edib ki, 0-3 yaşlı uşaqlara baxan valideynlər üçün çevik və qısaldılmış iş rejimi, müəyyən vəzifələr üçün onlayn çalışmaq icazələrinin qanunla tənzimlənərək tətbiq olunması mexanizmləri hazırlanmalıdır. 

Bəs sözügedən mexanizm tətbiq olunarsa, onun hansı üstünlükləri olacaq?

Mövzu ilə bağlı TodayPress TV-yə danışan iqtisadçı Elçin Rəşidov bildirib ki, uşaqlı ailələr üçün çevik iş rejiminin tətbiqi dövlətin sosial siyasətinin güclənməsinə, ailə institutunun möhkəmlənməsinə və ölkənin uzunmüddətli iqtisadi inkişafına müsbət təsir göstərə bilər.

Ekspertin sözlərinə görə, istər ananın, istərsə də atanın uşağa daha çox vaxt ayırması ailə institutunu gücləndirməklə yanaşı, uşaqların baxımı və tərbiyəsi baxımından da cəmiyyətə töhfə verəcək:

"Bu tip mexanizmlər demoqrafik baxımdan da əhəmiyyətlidir. İnsanlar ailə və uşaq planlaması apararkən sosial dəstək mexanizmlərini nəzərə alırlar. Bu gün atılan addımlar gələcək 30-50 ilin iqtisadi əsasını formalaşdıra bilər".

İqtisadçının fikrincə, çevik iş qrafiki ilə bağlı qanunvericilik bazasının formalaşdırılması vacibdir. Bunun üçün ilkin mərhələdə məsələ parlamentdə müzakirəyə çıxarılmalı, Əmək Məcəlləsinə müvafiq düzəlişlər edilməlidir.

Onun sözlərinə görə, xüsusilə 0-3 yaşlı uşaqları olan valideynlər üçün çevik və ya qısaldılmış iş rejimi qanunla tənzimlənməlidir. Bu addımı atan şirkətlərə də müəyyən vergi və sosial ödəniş güzəştləri verilməlidir. Məsələn, həmin işçinin vergisi və DSMF ödənişi dövlət tərəfindən qarşılanarsa, bu təşəbbüsləri daha da stimullaşdırar.

Elçin Rəşidov həmçinin əlavə edib ki, çevik iş modeli bəzi bizneslər üçün müəyyən çətinliklər yarada bilər. Çünki bu zaman işəgötürənlər əmək resurslarından tam şəkildə istifadə edə bilməyəcək. Onun fikrincə, gender bərabərliyini qorumaq üçün güzəştlər yalnız qadınlara deyil, həm də atalara şamil olunmalıdır: 

"Əgər güzəştlər yalnız qadınlara tətbiq olunarsa, bu, gender balansını poza bilər. İşəgötürənlər qadınları işə götürməkdən çəkinə bilərlər. Bu isə yeni bir diskriminasiya formasına səbəb olar. Texnoloji infrastruktur da əsas amildir. Bakıda məsafədən və onlayn iş imkanları geniş yayılmış olsa da, regionlarda bu sahədə ciddi çatışmazlıqlar var. Əgər çevik iş rejimi onlayn formatda tətbiq olunacaqsa, internet infrastrukturunun və texnoloji vasitələrin əlçatanlığı da artırılmalıdır".

Ekspert vurğulayıb ki, beynəlxalq təcrübədə sosial dövlət modelini tətbiq edən ölkələrdə bu sahədə uğurlu nümunələr mövcuddur. Məsələn, İsveçdə valideynlərə iş yerindən icazə, güzəştli və ya tam ödənişsiz bağça sistemi tətbiq olunur. Türkiyədə isə çevik iş rejimi və məsafədən işləmə imkanları mövcuddur, lakin uşaq baxımı proqramları məhduddur və bütün ailələri əhatə etmir. Amma ABŞ kimi lider ölkə heç bir dəstək vermir. 

Qeyd edək ki, təklifdə əsaslı baxım, dayə və ailə yardım proqramları, eləcə də uşağın psixoloji vəziyyətinin nəzərə alınması da yer alır.

Türkan İsgəndərli

FOTOLAR

Hansı valideynlərə güzəştlər olunacaq? – AÇIQLANDI — 1
XƏBƏR LENTİ
06 AVQUST 2026
Sulutəpədə avtoservisdə YANĞIN baş verdi 00:49 UEFA Çempionlar Liqası: "Fənərbağça" qələbə qazandı 00:29 Yəmən sahillərində raket hücumu - Neft gəmisi hədəf alındı! 00:00 4 mərtəbəli bina UÇDU - Axtarış işləri aparılır 23:54 "ABŞ və İsrail İranı 48 saat ərzində ələ keçirmək istəyirdi" - Pezeşkian 23:42 Sürücülərin NƏZƏRİNƏ!: Bakının daha üç küçəsində təmir işləri aparılacaq 23:30 Zelenskinin vəzifədən azad etdiyi Ukraynalı diplomata YENİ İTTİHAM 23:07 Çempionlar Liqası: "Sabah" səfərdə "Orhus"a məğlub oldu 21:13 Omanla danışıqlar yekunlaşır! - Qəribabadi AÇIQLADI 23:03 Ebola epidemiyası 2 dəfə sürətlə yayılır! - ÜST rəhbərindən XƏBƏRDARLIQ 22:51 Gürcüstanda kütləvi elektrik kəsintisinin səbəbi bu imiş 22:40 Bakıda məscid ərazisində baş verən yanğın söndürüldü - YENİLƏNİB 21:54 "Nə lazımdırsa edəcəyik!" - Netanyahu nə planlaşdırır? 22:21 Rutte Ukrayna üçün raket axtarışını SÜRƏTLƏNDİRİR - Müttəfiqlər ayağa qaldırıldı 22:09 İran XİN: ABŞ-dən mesajlar almışıq! 21:57 FIFA-da qalmaqal: Final kimə və nə qarşılığında verilir? 21:40 Hakan Fidan: “İsrailin sülh niyyəti yoxdur!” 21:27 Qəzzada müharibə dayanmayacaq? İsrail AÇIQLADI 21:19 Məhkəmə MN-in sabiq rəisi ilə bağlı qərarını belə dəyişdi 21:07 Gürcüstan yenə “qaranlığa qərq oldu” - Sabotaj araşdırması başlanıldı 20:51 TRIPP-in “taleyi” bu tarixdə bəlli olacaq - Ermənistan Məhkəməsi qərar verəcək 20:44 “Orhus” - “Sabah” oyununun vaxtı dəyişdirildi 20:31 ABŞ “dənizin altına” sərmayə qoydu: 76,6 milyard dollar 20:24 Kanala girən 14 yaşlı oğlandan xəbər yoxdur - Fövqəladə Hallar hərəkətə keçdi 20:10 Türkiyə mediası Hacıyevin fikirlərini təhrif etdi - FOTO 19:56 Bütün Xəbərlər