“ASAN xidmət” təcrübəsi Karib hövzəsi ölkələrində təbliğ edildi

“ASAN xidmət” təcrübəsi Karib hövzəsi ölkələrində təbliğ edildi
02.06.2025 10:24 Sosial

25–29 may 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Barbados Respublikasının Baş nazirinin Ofisinin dəvəti əsasında bu ölkədə səfərdə olub.

Əsas məqsəd “ASAN xidmət” təcrübəsinin Barbadosda tətbiqi ilə əlaqədar müzakirələrin aparılması və görüşlərin keçirilməsi olub.

TodayPress TV xəbər verir ki, Barbados Respublikasının dövlət xidmətlərinə məsul naziri ilə görüşdə nazir hökuməti üçün əsas prioritetlərindən birinin dövlət xidmətlərinin göstərilməsi sahəsinin təkmilləşdirilməsi olduğunu qeyd edərək, bu sahədə Azərbaycanın qabaqcıl “ASAN xidmət” təcrübəsindən faydalanmaq istədiklərini bildirib. 

Həmçinin görüş zamanı Barbados tərəfi “ASAN xidmət” təcrübəsinin  ölkələrində tətbiqi ilə əlaqədar sazişin imzalanması təşəbbüsü ilə çıxış edib və belə bir sənədin qısa müddətdə imzalamağa hazır olduqlarını bildirib.

Barbadosun bir sıra dövlət qurumlarının rəhbərləri, yüksək vəzifəli hökumət rəsmilərinin iştirakı ilə “ASAN xidmət” və Dövlət Agentliyi tərəfindən dövlət xidmətlərinin göstərilməsi sahəsində tətbiq olunan innovativ həllərin nümayişinə dair geniş tədbir keçirilib. Dövlət Agentliyinin nümayəndələri tərəfindən “ASAN xidmət”, burada göstərilən innovativ həllər, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyəti, beynəlxalq əməkdaşlıq sahəsində əldə olunan nailiyyətlərə dair geniş təqdimatlar edilib. Hazırda ölkəmizin qabaqcıl təcrübəsinin 30-dan çox dövlətlə paylaşıldığı tədbir iştirakçılarının diqqətinə çatdırılıb. 

Barbadosun bir sıra yerli qurumlarının fəaliyyəti ilə tanışlıq da həyata keçirilib.

Dövlət Agentliyinin nümayəndə heyəti BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin təşkilçatçılığı və BMT-nin Latın Amerikası və Karib hövzəsi üzrə İqtisadi Komissiyasının tərəfdaşlığı ilə keçirilən “Dövlət sektorunda idarəetmənin gələcəyi: innovasiya və dövlət sektorunun transformasiyası üçün düşüncə tərzinin dəyişdirilməsi” mövzusundakı tədbirdə iştirak edib. Əsas məqsəd Karib Hövzəsi ölkələrində dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi sahəsində müzakirələrin aparılması olub. Tədbirdə Karib hövzəsi ölkələrini təmsil edən dövlətlərin nümayəndələri qatılıblar.

Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri “ASAN xidmət” konsepsiyası haqqında ətraflı təqdimatla çıxış edərək, bu modelin ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında dövlət xidmətlərinin göstərilməsi sahəsində həyata keçirilmiş mühüm islahat olduğunu vurğulayıb və vətəndaşların böyük rəğbətini qazandığını diqqətə çatdırıb.

Tədbir çərçivəsində “ASAN xidmət” təcrübəsinin paylaşılması istiqamətində Karib hövzəsi ölkələrinin nümayəndələri ilə görüşlər keçirilib və əməkdaşlıq imkanları müzakirə edilib.

FOTOLAR

“ASAN xidmət” təcrübəsi Karib hövzəsi ölkələrində təbliğ edildi — 1
“ASAN xidmət” təcrübəsi Karib hövzəsi ölkələrində təbliğ edildi — 2
“ASAN xidmət” təcrübəsi Karib hövzəsi ölkələrində təbliğ edildi — 3
“ASAN xidmət” təcrübəsi Karib hövzəsi ölkələrində təbliğ edildi — 4
XƏBƏR LENTİ
16 IYUN 2026
Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq 21:54 Azarkeşlərin diqqətinə: "Neftçi"nin yeni mövsüm üçün tam hazırlıq qrafiki! 22:16 Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək 21:45 Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 Livanda PUA dəhşəti: "Hizbullah" üzvlərinin olduğu avtomobillər hədəfə alındı 19:39 Bakıda keçirilən iclasda tarixi qərar 20:42 "Qarabağ" yeni mövsümə necə hazırlaşır? - Qurban Qurbanov danışdı 21:20 Ecenin öldüyü gecə yaşananları anası açıqladı 20:19 Tramp İsraili hədəf aldı, missiyanı Suriyaya verdi: "Hizbullah"ı o məhv edəcək! 20:16 Nöqsana görə qovulan direktor qayıtmağı tələb etdi - Rədd cavabı aldı 20:14 Trampın ən yaxın adamları Moskvaya gedir? - Uşakov açıqladı 20:08 Bakıda qadına qarşı əxlaqsız təkliflər edən manyak saxlanıldı - VİDEO 20:22 Türkiyə hərbi gəmisi ABŞ-yə daxil oldu 19:43 Azərbaycanın daha 3 boksçusu Dünya Kubokunda mərhələ adladı 22:19 "Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqibi bəlli oldu 19:11 Kürdəmirdə iki maşın aşdı, xəsarət alanlar var 20:10 "Zirə" klubunun Konfrans Liqasındakı rəqibi bəlli oldu 20:10 Oman və İran Hörmüz boğazında azad gəmiçiliyə sadiqliklərini təsdiqlədilər 19:06 Ramil Həsən və Numan Kurtulmuş türk dövlətləri arasında əməkdaşlığı müzakirə etdilər 19:09 "İkinci mərhələ daha çətin olacaq" - Çin XİN rəhbəri xəbərdarlıq etdi 18:46 Ceyhun Bayramov Türk İnvestisiya Fondunun prezidenti ilə görüşdü 18:58 “Qafqaz Qartalı - 2026” təliminin açılış mərasimi keçirildi 18:40 Böyük Britaniya və Aİ arasında ikinci sammit - Tarix açıqlandı 18:36 "Sabah"ın Çempionlar Liqasındakı rəqibi bəlli oldu 18:17 Bütün Xəbərlər