Ədliyyə orqanlarında qulluğa qəbul elan edildi - Ərizə qəbulu davam edir

Ədliyyə orqanlarında qulluğa qəbul elan edildi - Ərizə qəbulu davam edir
21.04.2026 17:54 Sosial

Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyası tərəfindən xüsusi icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün müsabiqə (sənəd qəbulu - 1 aprel – 1 may 2026-cı il), eyni zamanda Ədliyyə Nazirliyinin ədliyyə orqanlarında qulluğa qəbul üzrə Müsabiqə Komissiyası tərəfindən dövlət icra məmuru vəzifəsi üzrə müsabiqə (sənəd qəbulu - 17 aprel – 18 may 2026-cı il) elan edilib.

Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən TodayPress TV-yə verilən məlumata görə, hazırda hər iki müsabiqə üzrə ərizələrin qəbulu davam edir.

Bildirilib ki, dövlət icra məmuru vəzifəsi üzrə müsabiqə elanından sonra namizədlərin bəziləri dövlət icra məmuru vəzifəsi, digərləri xüsusi icra məmuru vəzifəsi, bir qismi isə hər iki vəzifə üzrə elan edilmiş müsabiqədə iştirak etmək arzusunda olduqlarını qeyd ediblər. Elanlarda göstərilən tələblərə cavab verən hər bir şəxs istəyinə uyğun olaraq müsabiqələrin birində və ya hər ikisində iştirak edə bilər. Müsabiqələrin hər biri ayrılıqda keçiriləcək və iki mərhələdən ibarət olacaq. Hər müsabiqənin test imtahanı mərhələsi ödənişlidir.

Həmçinin qeyd edək ki, həm dövlət, həm də xüsusi icra məmuru olmaq üçün xüsusi ixtisas tələbi yoxdur, istənilən ixtisas üzrə ali təhsilli şəxslər müsabiqələrdə iştirak etmək üçün müraciət edə bilərlər.

Namizədlərin müsabiqələrdə iştirak etmələrini daha da asanlaşdırmaq məqsədilə müvafiq texniki imkanlar yaradılıb. Belə ki, xüsusi icra məmuru vəzifəsi üzrə elan edilmiş müsabiqədə iştirak üçün qeydiyyatdan keçmiş şəxslərə aşağıdakı imkanlar verilir:

Yalnız xüsusi icra məmuru vəzifəsi üzrə müsabiqədə iştirak etmək istədikdə əvvəlki qeydiyyatları öz qüvvəsini saxlayır;

Xüsusi icra məmuru vəzifəsi üzrə müsabiqədə iştirakdan imtina edib dövlət icra məmuru vəzifəsi üzrə müsabiqədə iştirak etmək istədikdə linkə keçid edərək, sadələşdirilmiş qaydada müraciət edə bilərlər.

Xüsusi icra məmuru üzrə müsabiqədə iştiraklarını saxlamaqla yanaşı, dövlət icra məmuru vəzifəsi üzrə müsabiqədə iştirak etmək istədikdə linkə keçid edərək, sadələşdirilmiş qaydada müraciət edə bilərlər.

Qeyd edilib ki, həm dövlət, həm də xüsusi icra məmuru:

məcburi icra orqanı statusuna malikdir;

məhkəmə və digər orqanların müvafiq qərarlarının icrasını həyata keçirir;

bu zaman eyni səlahiyyətləri daşıyır, eyni funksiyaları icra edir;

hər ikisinin fəaliyyəti üzərində qanunvericiliklə nəzərdə tutulmuş qaydada inzibati və məhkəmə nəzarəti mövcuddur.

Bununla yanaşı, dövlət və xüsusi icra məmuru arasında aşağıdakı fərqlər vardır:

Dövlət icra məmuru:

ədliyyə qulluqçusudur, Ədliyyə Nazirliyinin yerli icra qurumunda fəaliyyət göstərir;

xüsusi rütbə və xüsusi geyim forması daşıyır;

vəzifələrinin icrası müqabilində aylıq əmək haqqı alır;

bütün icra sənədlərini icra edir;

həmçinin cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrasını, o cümlədən probasiya nəzarətini həyata keçirir.

Xüsusi icra məmuru:

ədliyyə qulluqçusu deyil, ayrıca peşə sahibidir;

xüsusi geyim forması və nişan daşıyır;

Ədliyyə Nazirliyi tərəfindən verilən şəhadətnamə əsasında fəaliyyət göstərir;

fəaliyyətini ofisində həyata keçirir, bunun üçün öz köməkçisini və digər işçilərini işə götürür;

tariflər əsasında fəaliyyətindən gəlir götürür, bununla ofisini və özünü maliyyələşdirir, vergi və digər məcburi ödənişləri ödəyir;

qanunda müəyyən edilmiş istisnalar nəzərə alınmaqla, bütün icra sənədlərini icra edir.

Qeyd edilib ki, Ədliyyə Nazirliyinin icra məmurlarının fəaliyyətinə nəzarəti bilavasitə həyata keçirən qurumunda xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə və ya dövlət icra məmuru vəzifəsində 3 (üç) ildən az olmayaraq işləmiş şəxslər xüsusi icra məmuru üçün müsabiqənin test mərhələsindən azad edilirlər. Test mərhələsindən azad edilmək üçün şəxslər bununla bağlı təsdiqedici rəsmi sənədləri 1 may 2026-cı il tarixinədək iş saatları ərzində - saat 09:00-dan 18:00-dək Ədliyyə Nazirliyinin İnşaatçılar prospekti, 1 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

Müsabiqələrlə bağlı əlavə məlumat üçün (012) 510-10-01 (daxili: 10705, 10713, 10409, 10416) nömrəli telefonla əlaqə saxlamaq olar.

TodayPress TV

NEWS FEED
31 JULY 2026
Xamenei haradadır? - MKİ və MOSSAD Xameneinin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 50 yaşdan sonra sümükləri qorumaq üçün bu 6 qidanı rasionunuza əlavə edin 10:13 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Azərbaycan nefti bahalaşdı 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Azərbaycan və Qırğızıstan yeni iş yerləri açacaq 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər 09:39 İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu -VİDEO 09:35 Lamin Yamalın ekstravaqant görünüşünün sirri açıqlandı 09:27 Futbolda yeni qarşıdurma: UEFA-nın dünya çempionatı planı üzə çıxdı 09:24 Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib 09:17 Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib 09:16 “Brent” neftinin qiyməti açıqlandı 09:10 All News